Doktoranturaya qəbul

6283

Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul 

Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul və dissertanturaya müsahibə üçün aşağıdakı sənədlər təqdim edilir:

  1. Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
  3. Tərcümeyi-hal;
  4. 3 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  5. İş yerindən xasiyyətnamə;
  6. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surətləri (bakalavr və magistr diplomları və onlara əlavələr).

-Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları – təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnaməni;

-Elmlər doktoru proqramı üzrə sənəd verən-elmlər namizədi (fəlsəfə doktoru) diplomunun və dosent attestatının (əgər varsa) surətini;

  1. İş stajı olanlar – əmək kitabçasının surətini;
  2. Şəxsiyyəti təsdiq edən sənədin surətini;
  3. Çap olunmuş elmi əsərlərin siyahısını (seçilmiş ixtisas üzrə minimum 2 əsər, çap olunmuş jurnalın üz qabığının və mündəricatının surəti əlavə olunmaqla);
  4. Məqaləsi olmayan və doktoranturaya sənəd verənlər üçün seçilmiş ixtisas üzrə referat (20-25 səh.);
  5. İddiaçının malik olduğu sertifikatlar (diplomların və s.) surətləri sənədlərə əlavə   oluna bilər.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

 

SHARE