ADU-nun əsas binasında kitabxana bölməsi yaradılıb

1280

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın verdiyi tapşırığa əsasən universitetin R.Behbudov küçəsi 134 ünvanında yerləşən əsas binasında kitabxana bölməsi yaradılıb. Bu, əsas binada təhsil alan tələbələrə, eləcə də professor-müəllim heyətinə ADU-nun Təbriz küçəsində yerləşən tədris korpusundakı kitabxanaya getmədən istənilən kitabı oxuyub geri qaytarmaq şərti ilə əldə etmək imkanı verəcək.

Tələbə və müəllimlərin sifarişinə əsasən kitabxana əməkdaşları sifariş olunan kitabların ən qısa müddətdə əsas binaya çatdırılmasını təmin edəcəklər.

Qeyd edək ki, ADU-nun kitabxanası ildə yeddi minə qədər oxucuya xidmət edir. Kitab fondunda beş yüz mindən artıq ədəbiyyat saxlanılır.

SHARE