Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası

1510

Aqşin Rüstəmov2017-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin təşəbbüsü ilə bir çox yeni mərkəz və elmi-tədqiqat laboratoriyaları ilə yanaşı, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası (ETL) da yaradılmışdır.

Laboratoriyanın yaradılması universitetin  təhsil və tədrisində böyük əhəmiyyət kəsb edir.

 Azərbaycanşünaslıq ETL-nin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq məfkurəsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin tədqiqi və təbliği, Azərbaycanşünaslığın inkişafına dəstək göstərməkdir.

Laboratoriyanın əsas vəzifələri:

─  Universitetdə təhsil alan azərbaycanlı gənclərin müasir elmi biliklərə yiyələnmiş və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, azərbaycançılıq ruhunda tərbiyə olunması işinə dəstək göstərmək;

─  Universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri, müasir Azərbaycanın gerçəklikləri ilə yaxından tanış olmalarını təmin etmək;

─ Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan multikulturalizminin və xalqımızın tolerantlıq ənənələrinin inkişaf etdirilməsi, gənclər arasında Azərbaycan dilinə qayğıkeş münasibətin, ədəbiyyat və incəsənətinə marağın artırılması istiqamətində fəaliyyət göstərmək;

─ Ölkədə və ölkə xaricində Azərbaycanşünaslıq istiqamətində fəaliyyət göstərən müəssisə və təşkilatlar, elm və mədəniyyət mərkəzləri ilə, eləcə də universitet daxilində elm, tədris və mədəniyyət sahələrində fəaliyyət göstərən struktur bölmələrlə qarşılıqlı işgüzar əlaqələr qurmaq və onlarla yaradıcı əməkdaşlığı möhkəmləndirməkdir.

 

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, t.  f. d.

Rüstəmov Aqşin İldırım oğlu

Tel: (+99412) 441 46 65

Email: [email protected]

 

 

SHARE