ADU-nun rektoru Kamal Abdulla Qulam İshaqzai ilə görüşüb

497

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov müasir Norveç ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Roy Yakobsenin “Görünməzlər” əsərini Azərbaycan dilinə tərcümə edib və kitab “Qanun” nəşriyyatında işıq üzü görüb.

A.Rəhimovun birbaşa Norveç dilindən tərcümə etdiyi əsər bizi Norveçə tarixi-mədəni bir səyahətə aparır. Norveçdə kiçik bir adada cərəyan edən həyat uğrunda mübarizə insanı valeh edir. Bu əsər təkcə Skandinaviyada deyil, bütün dünyada böyük maraqla qarşılanıb və yazılan gündən dünyanın bir çox aparıcı dillərinə tərcümə edilib.

R.Yakobsenin “Görünməzlər” əsəri əməkdaşımızın birbaşa Norveç dilindən tərcümə etdiyi 6-cı əsərdir.

SHARE