Rusiyaşünaslıq mərkəzi elmi-tədqiqat laboratoriyası

1468

Məmməd ƏliyevAzərbaycan Dillər Universitetinin (ADU)rektoru, akademik K. M. Abdullayevin rəhbərliyi altında 2017-ci ildə yaradılmış  “Rusiyaşünaslıq mərkəzi” elmi –  tədqiqat laboratoriyası bu gün ölkəmizdə  Rusiya üzrə araşdırmalar aparan yeganə mərkəzdir.

Laboratoriyaın yaradılmasında məqsəd Rusiya Federasiyasının təhsil, elm və mədəniyyət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək, müqaviləli münasibətlər çərçivəsində ixtisaslaşmış Rusiya universitetləri və strukturları ilə əməkdaşlıq etməkdir.

“Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistika Universiteti, Rusiyanın birinci prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, A. S. Puşkin adına Dövlət Rus dili İnstitutu, Moskva Şəhər Pedaqoji Universiteti və Rusiya Elmlər Akademiyasının müvafiq institutları ilə əməkdaşlıq etməyi və bu əməkdaşlıq çərçivəsindəelmi seminarlar, diskussiyalar, konfranslar təşkil etməyi planlaşdırır.

“Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyası Rusiyanın tarixi, mədəniyyəti, dini, siyasəti və qanunvericliyi ilə bağlı beynəlxalq konfransların təşkilatçılarından biri olacaqdır.

Laboratoriya Rusiyadakı Azərbaycan diasporu və Azərbaycandakı Rus icması ilə əməkdaşlıq etməyi nəzərdə tutur.

“Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyası tədqiqat və koordinasiya qurumları, Rusiyanın “Elmin İnkişaf Fondu”, “Aleksandr Soljenitsın adına Rusiya Xarici Ticarət Evi”, “MAPRYAL”, Azərbaycanda isə “Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi”, Rus icması, “Rossotrudniçestvo”və s.ilə əlaqələrin yaradılmasını planlaşdırır.

Laboratoriya Rusiya alimlərinin – siyasətçilərin, hüquqşünasların, mütəfəkkirlərin elmi əsərlərini Azərbaycan dilinə tərcümə etməyi, Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndində ADU tələbələri üçün istehsalat və pedaqoji təcrübənitəşkil etməyi, “Rusiyanın tarixi”, “Rusiya Federasiyasının hüquq sistemi”, “Rusiyanın mədəniyyəti”, “Rusiya mədəniyyəti”, “Rusiyanın  dini”, “Rusiyanın etnoqrafiyası”, “Rus dili ixtisas ölkəsinin dili kimi”, “Rus dili xarici dil kimi” və s. fənlər üzrə elmi-metodik və tədris materialları dərc etdirməyi planlaşdırır.

Laboratoriyanın  qarşısında duran vəzifələr çox əhəmiyyətlidir  və onun uğurlu fəaliyyəti Azərbaycanın akademik və siyasi həyatı üçün vacibdir.

 

Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, f.e.d., professor

Əliyev Məmməd Arif oğlu

Tel:  (+99412) 440 19 56

Email: [email protected]

 

SHARE