Azərbaycan ədəbiyyatı kafedrası

3612

Azərbaycan ədəbiyyatı kafedrası 2005-ci il noyabr ayından Azərbaycan Dillər Universitetində fəaliyyət göstərir. 2012-ci ildən isə Azərbaycan dilçiliyi kafedrası ilə birləşərək Azərbaycan dili və ədəbiyyatı kafedrası kimi işinə davam etmişdir. 2017-2018-ci tədris ilində iki kafedranın ayrılması nəticəsində yeni yaranan Azərbaycan ədəbiyyatı kafedrasına akad. Muxtar Kazım oğlu İmanov rəhbərlik edir.

Kafedranın hal-hazırda fəlsəfə doktoru proqramı üzrə 3 doktorantı, fəlsəfə doktoru proqramı üzrə 5 dissertantı, elmlər doktoru proqramı üzrə 3 dissertantı var. Kafedra üzvləri elmi-pedaqoji kadr hazırlığına xüsusi əhəmiyyət verir və bu məsələdə universitetin  alimləri ilə əməkdaşlıq edirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  doktorantı  Pərvin Ələmdar qızı Nurəliyeva (5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə) “Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan”  mövzusunda  filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin doktorantı Aytən Ələsgər qızı Quliyevanın 5716.01 – Azərbaycan ədəbiyyatı ixtisası üzrə “Şəxsi arxivlərdə ədəbi epistolyar irs” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Elnarə Kamandar qızı Abdullayevanın 5716.01 – Azərbaycan ədəbiyyatı, 5718.01 – Dünya ədəbiyyatı (ingilis ədəbiyyatı)  ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Müasir dövrdə (1991-2011) ingilisdilli ədəbiyyatşünaslıqda Azərbaycan ədəbiyyatının öyrənilməsi problemləri” mövzusunda filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirə olunmuşdur.

2017-ci ildə baş müəllim Röya Məftun qızı Mürşüdova  filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

Kafedranın müəllimi, fil.f.d. Nuridə Zabit qızı Muxtarzadə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasına elmlər doktoru proqramı üzrə doktoranturaya, kafedranın laborantı Kürsümxanım Yaşar qızı Tahirli ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasına fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuşdur.

Kafedrada tədris olunan fənlər filologiya yönümlüdür.

2016/2017-ci tədris ilində ölkəmizdə və xaricdə nəşr olunmuş elmi əsərlərinin siyahısı

Kafedranın adı Kafedra üzrə nəşr olunmuş elmi əsərlər Xaricdə nəşr olunmuş elmi əsərlər
1. Azərbaycan ədəbiyyatı 1 dərslik

5 proqram

1 dərs vəsaiti

48 məqalə

16 tezis

5 məqalə

 

Bakalavr və magistratura səviyyəsində tədris olunan fənlər

Azərbaycan ədəbiyyatı kafedrasında I semestr üzrə keçirilən fənlərin siyahısı:

Təhsil fakültəsində  tədris olunan fənlərin siyahısı

Bakalavr Təhsil  fakültəsi
I semestr Azərbaycan  ədəbiyyatı

 

Bakalavr Əlavə təhsil və təcrübə fakültəsi
I semestr Azərbaycan  ədəbiyyatı

 

Filologiya və jurnalistika fakültəsi üzrə tədris olunan fənlərin siyahısı

Bakalavr Filologiya və jurnalistika fakültəsi
I semestr 1.     Azərbaycan  ədəbiyyatı

2.     Ədəbiyyatın tədrisi metodikası

3.     Ölkə ədəbiyyatı tarixi

4.     Müasir Azərbaycan nəsri (seçmə fənn)

5.     Jurnalistika nəzəriyyəsi və təcrübəsi

6.     Azərbaycan  jurnalistika tarixi

7.     Mürəkkəb tip proqramların ssenari planı

8.     KİV-in hüquqi tənzimlənməsi

9.     Online jurnalistikası

10.    Jurnalistikaya giriş

11.    Jurnalistikaya giriş (rus bölməsi)

12.    Radio və tv texnikası və verilişlərin istehsalı

13.     Jurnalistin nitq mədəniyyəti

14.     Radio jurnalistikası

15.     Yeni media jurnalistikası

16.     KİV-də menecment və reklam

17.     Fotojurnalistika

 

Magistratura  şöbəsində tədris olunan  fənlərin siyahısı

Magistratura Magistratura şöbəsi
I semestr 1.     Ədəbiyyatşünaslıqda tədqiqat metodları

2.     XX- XXl əsr kəsiyində bədii nəsr

3.     XX əsr ədəbiyyatında “mədəniyyət romanı” fenomeni

4.     Ədəbiyyatda postmodernizm (seçmə fənn)

5.     Ədəbiyyatda multikulturalizm (seçmə fənn)

6.     Azərbaycan Satirik ədəbiyyatı (seçmə fənn)

7.     Folklor və yazılı ədəbiyyat (seçmə fənn)

8.     Füzuli ədəbi irsinin tədrisi metodikası (Seçmə fənn)

9.     Azərbaycan ədəbiyyatının tədrisinin nəzəri problemləri

10.   Divan ədəbiyyatının tədrisi metodikası (Seçmə fənn)

 

Filologiya və jurnalistika fakültəsində II semestr üçün tədris olunan fənlərin siyahısı

Bakalavr Filologiya və jurnalistika  fakültəsi
II semestr 1.     Azərbaycan ədəbiyyatı  tarixi

2.     Ölkə ədəbiyyatı tarixi

3.     Azərbaycan şifahi xalq ədəbiyyatı

4.     Azərbaycan ədəbiyyatı

5.     Azərbaycan ədəbiyyatı (Rus bölməsi)

6.     Mühacirət ədəbiyyatı (seçmə fənn)

7.     Müasir ədəbi – estetik cərəyanlar (seçmə fənn)

8.     Qədim Şərq ədəbiyyatı (seçmə fənn)

9.     Azərbaycan  uşaq ədəbiyyatı (seçmə fənn)

10.   Bədii əsərlərin təhlili metodikası (seçmə fənn)

11.   Azərbaycan  mühacirət ədəbiyyatı (seçmə fənn)

12.   Azərbaycan  jurnalistika tarixi – 1

13.   Azərbaycan  jurnalistika tarixi – 1 (Rus bölməsi)

14.   TV jurnalistikası

15.   Azərbaycan  jurnalistika tarixi

16.   KİV-in dili və redaktənin əsasları

17.   Çap texnikası və qəzet istehsalı

18.   Beynəlxalq jurnalistika media sistemində

19.   KİV – də, radioda müsahibə (seçmə fənn)

20.   Müasir ingilisdilli media (seçmə fənn)

 

Magistratura şöbəsində  tədris olunan  fənlərin siyahısı

Azərbaycan ədəbiyyatı ixtisası üzrə

Magistratura Magistratura şöbəsində 
II semestr 1.     XX əösr ədəbiyyatında poeziya janrı

2.     Folklor və yazılı ədəbiyyat (seçmə fənn)

3.     Müasir ədəbiyyatda dramın  modifikasiyası

 

Təhsil fakültəsində  tədris olunan fənlərin siyahısı

Bakalavr Təhsil  fakültəsi
II semestr 1.     Azərbaycan ədəbiyyatı

2.     Azərbaycan ədəbiyyatı (rus bölməsi)

 

 

 

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akad.

İmanov Muxtar Kazım oğlu

Tel: (+99412) 441-22-78 (daxili 228)

E-mail: [email protected]

 

SHARE