Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası

1332

Respublikamızda alman dilinin müstəqil və sistemli şəkildə tədrisisinin tarixi 1936-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dillər kafedrasında 3 müstəqil kafedranın – Xarici dillər, Azərbaycan dili və Rus dili kafedralarının yaranmalarına gedib çıxır. Sonralar Xarici dillər kafedrasının bazası əsasında müstəqil ingilis, alman və fransız dili kafedraları yaranmışdır. Həmin dövrlərdə alman dilinin tədrisi metodikası fənninin  tədrisi də məhz alman dili kafedrasında yerinə yetirilmişdir. 1942-61-ci ilərdə bu kafedraya dos. N.Ağazadə və sonralar isə  b.m.C.Cəfərov, Almaniyada namizədlik dissertasiyası müdafiə etmiş dos.Ə. Əliyeva, dos. S.Pepinova, dos.B. Həsənov, prof. S.Abdullayev və prof. F.Veysəlli rəhbərlik etmişlər. Qeyd etmək lazımdır ki, həmin kafedrada yuxarıda adları göstərilən tanınmış mütəxəssislərlə yanaşı dos.Ş.Abdullayeva, dos.T.Əhmədova, b.m. E.Muradova, b.m. Q.Dadaşova, b.m.Karpoviç, b.m.O.Morozova, b.m.R.Babayeva, b.m. Ə.Sadıqova, b.m M.Cavlalov, b.m.Z.Əliyev və prof. Z.Quliyev kimi təcrübəli müəllimlər də çalışmışlar.

1973-cü ildə Azərbaycanda Xarici Dillər İnstitutu yaradıldıqdan  sonra alman dilinin tədrisi yeni bir mərhələyə qədəm qoymuşdur. 1991-ci ildə vahid alman dili kafedrasının bazasında 3 müstəqil kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı, alman dilinin fonetikası və tarixi, alman dilinin qrammatikası kafedraları fəaliyyət göstərmişdilər. Bütün bunlar fakültədə təhsilin keyfiyyyətinə və elmi-tədqiqat işlərinin daha yüksək səviyyəyə qalxmasına təkan vermişdir. Doğrudur, bir neçə ildən sonra dərs yükü ilə əlaqədar Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kaferalarının birləşdirilməsi zərurəti yaranmışdır. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasına müxtəlif vaxtlarda prof S.Abdullayev, dos. B.Həsənov və dos.Ç.Qurbanov rəhbərlik etmişlər. Lakin  27 sentyabr 2012-ci ildə ADU-nun rektorunun 103 saylı əmrinə əsasən Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrası və Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası ləğv edilərək onların bazasında “Müasir alman dili” kafedrası yaradılmışdır. ADU-nun rektorunun 08 iyun 2015-ci il, 63 saylı əmrinə əsasən Müasir alman dili kafedrasının adı dəyişdirilərək “Alman dili” kafedrası adlandırılmışdır.

Universitetin rektoru akademik K.Abdullayevin 08.08.2017-ci il tarixli 1/290 saylı əmri ilə alman dili kafedrasının bazasında iki kafedra – alman dilinin fonetikası və qrammatikası və alman dilinin leksikologiyası və üslubiyyatı kafedraları yaradılmışdır. Hal-hazırda kafedraya f.e.d., prof. S.Ə.Abdullayev rəhbərlik edir.

Kafedranın missiyası

Kafedranın qarışısında duran əsas vəzifə praktik alman dilinin yüksək səviyyədə öyrədilməsi, eləcə də alman dilinin tədrisi metodikasının əsaslarını tələbələrə aşılamaqdan ibarətdir. Həmin missiya və vəzifələrə uyğun olaraq praktik dil dərsləri – yazılı və şifahi nitq praktikası, alman dilinin tədrisi metodikası, pedaqogika və psixologiya, ümumən didaktik fənlər, ölkəşünaslıq və öyrənilən dilin ədəbiyyatının tədrisi ilə bağlı fənlər mərkəzi yer tutur. Kafedranın konkret məqsəd və vəzifələrinə müvafiq olaraq bakalavr və magistr pillələrində leksikologiya, üslubiyyat, diskurs təhlili, linqvistik praqmatika kimi nəzəri fənlərin tədrisi xüsusi əhəmiyyət daşıyır. Kafedrada bu cəhət əsas götürülür ki, praktik alman dilinin yüksək səviyyədə öyrənilməsi və tədrisi üçün nəzəri fənlərin yüksək səviyyədə öyrənilməsi xüsusi rola malikdir. Zira praktik və nəzəri fənlərin qarşılıqlı şəkildə öyrənilməsini təşkil etmədən keyfiyyətin təminatı da qeyri-mümkün olar. Kafedranın başlıca vəzifələrindən biri kadr potensialını getdikcə yüksəltməklə yeni işçiləri əməkdaşlığa cəlb etmək, kafedrada kadrların yüksək səviyyədə hazırlanmasını təmin etməkdir. Bu baxımdan magistr pilləsini uğurla başa vurmuş tələbələrin kafedraya dəvət olunub işlə təmin edilməsi kafedranın qarşıda duran ümdə missiyalardan biridir. Kafedranın müdiri prof S. Abdullayev, dos. U.Aslanova, dos. E.Yusifov və digər aparıcı mütəxəssislər müntəzəm olaraq cavan müəllimlərin dərslərində iştirak edir, onlara lazımi məsləhətlər verir, elmi-metodiki yardım göstərirlər.

Kafedranın fəaliyyəti

Kafedra öz fəaliyyətini alman dilini praktik şəkildə öyrətmək və onun tədrisi metodikasının əsasları ilə bağlı bilik, bacarıq və vərdişləri formalaşdırmaq istiqamətində qurur. İstər bakalavr, istərsə də magistr pillələrində tədrisin yüksək səviyyədə aparılması, müasir dövrün tələblərinə cavab verən mütəxəssislərin hazırlanması kafedranın fəaliyyətində əsas yer tutur. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında göstərilən  konkret vəzifələrə müvafiq olaraq praktik alman dili dərsləri, ölkəşünaslıq fənləri, didaktika və dili öyrənilən ölkənin ədəbiyyatının mənimsənilməsi ilə bağlı fənlər, eləcə də alman dilinin leksikologiyası, üslubiyyatın əsasları, semantika, linqvistik praqmatika, diskurs təhlili, koqnitiv dilçilik kimi nəzəri fənlər tədris olunur. Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:

  • Universitet rektorluğu tərəfindən təsdiq olunmuş iş cədvəli əsasında ayda bir dəfədən az olmayaraq kafedra iclaslarını təşkil etmək (xüsusi zərurət olarsa, bayramlar və cari tədbirlərlə əlaqədar kafedra iclaslarının keçirilməsi praktikası da geniş surətdə tətbiq olunmaqdadır).
  • Ayda iki dəfədən az olmayaraq bölmə iclaslarının keçirilməsi, orada aktual problemlərin müzakirəsinin aparılması.
  • Müntəzəm olaraq kafedra iclaslarında elmi məruzələrin təşkili.
  • “Germanistikanın aktual problemləri” mövzusunda seminarların təşkili.
  • Kafedra iclaslarında müxtəlif elmi jurnallara təqdim olunan məqalələrin, elmi konfranslar üçün nəzərdə tutulan tezislərin geniş müzakirəsinin keçirilməsi.
  • Kafedrada hazırlanan dərslik, dərs vəsaiti və monoqrafiyaların müzakirələrinin aparılması işinin təşkili.
  • Mütəmadi olaraq kafedra müdirinin müəllimlərin dərslərində iştirakını, eləcə də təcrübə mübadiləsi məqsədilə müəllimlərin bir-birlərinin dərslərində iştirakının və bunun fəal müzakirəsinin təşkili.
  • Tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin mütəmadi olaraq məlumatlandırılması işinin təşkil edilməsi.
  • Ən qabaqcıl müəllimlərin alman dili kurslarında fəaliyyəti ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və bu işin yeni tələblər və vəzifələr əsasında təkmilləşdirilməsinin təmin olunması.
  • “Auditoriya+” xətti ilə müntəəm olaraq tədbirlərin keçirilməsi.
  • Universitetdə təşkil olunmuş Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı işlərin görülməsi.

Kafedra universitetin digər kafedraları, xüsusilə alman dilinin fonetikası, qrammatikası və tarixi, ingilis dilinin leksikologiyası və üslubiyyatı, xarici dil kafedrası, ümumi dilçilik, Azərbaycan dilçiliyi kafedraları ilə sıx əlaqə saxlayır. Pedaqoji təcrübənin təşkilində kafedra müəllimləri zəruri hallarda fəal iştirak edir ki, bu da xarici dillərin tədrisi metodikası ilə sıx əlaqə və əməkdaşlığın yaranmasına gətirib çıxarır. Kafedra Germanistika İnstitutunun işində də fəal iştirak etməyə çalışır. Kafedrada bakalavr və magistratura pillələri üzrə proqramlar hazırlanmış, dərslik, dərs vəsaitləri, monoqrafiyalar yazılmışdır. Kafedranın müdiri prof. S.Abdullayev universitetdə fəaliyyət göstərən doktorluq müdafiə şurasının, f.f.d. S.Zeynalova isə elmi seminarın üzvüdür. U.Aslanovanın doktorluq dissertasiyası ilkin müzakirədən keçmişdir. Hal-hazırda 4 nəfər doktorantımız vardır.

Son illərdə kafedrada dərslik və dərs vəsaitlərinin, tədris materiallarının hazırlanması sahəsində kafedranın fəaliyyətinin intensivləşdiyini müsbət hal kimi qeyd etmək lazımdır. Kafedra əməkdaşları ümumrespublika və beynəlxalq konfranslarda fəal iştirak edir, məruzə və tezislərlə çıxış edirlər. Respublikamızın müxtəlif elmi-nəzəri jurnallarında, eləcə də universitetimizin “Elmi xəbərlər”ində və “Dil və ədəbiyyat” jurnalında müxtəlif məqalələrlə çıxış edirlər.

Qeyd etmək lazımdır ki, tez-tez Almaniyanın müxtəlif universitetlərindən mütəxəssislər dəvət olunur ki, bu da alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının, bütövlükdə alman dili fakültəsinin və universitetimizin dili öyrənilən ölkənin tədris sistemi ilə əlaqələrinin yaranmasında və inkişafında müəyyən rol oynayır. Müəllimlərimiz alman universitetləri, Göte İnstitutu ilə fəal əlaqə saxlayır, təqaüdlə Almaniyada ixtisasartırma kursu keçir, müxtəlif layihələr həyata keçirir.

 

Kafedrada tədris olunan fənlər

Bakalavr pilləsi üzrə:

 

a) Əsas fənlər bloku:

Oxu və nitq

Leksikologiya

Üslubiyyat

Ölkəşünaslıq

 

b) Seçmə fənlər bloku:

Alman məişət dili

Alman biznes dili

Oxu və yazı vasitəsilə mətnlərin şərhi

Alman dilində paralinqvistik vasitələr

 

Magistratura pilləsi üzrə:

 

Dilşunaslıq (alman dili) üzrə:

Tədqiqat üsulları

Dil və mədəniyyət

Diskurs təhlili

Koqnitiv dilçilyin əsasları

Semantik təhlili

Praqmatikanın əsasları

Funksional üslubiyyat problemləri (Seçmə fənn)

 

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 223)

E-mail: [email protected]

SHARE