Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

1179

Respublikamızda ispan dilinin tədrisinə  ilk dəfə  1964-1970-ci illərdə M.F.Axundov adına Xarici Dillər İnstitutunun Fransız dili kafedrası tərkibində başlanmışdır. O zamanlar kafedrada xarici ölkələrdən gəlmiş müəllimlər fəaliyyət göstərib. 1993-cü il Ispan dili şöbəsi,  2000-ci ildə İspan və İtalyan dili kafedrası yaradılmışdır. Kafedra müdiri Rəna Qafarova olmuşdur. 2003-cü ildən b/m Hüseynağa Əmirov kafedraya rəhbərlik etmişdir. 2007-ci ilin sentyabr ayından İspan dili kafedrası  Aybənisə Əliyevanın rəhbərliyi ilə  fəaliyyət göstərmişdir. 2015-ci ildə Koreya dili kafedrası İspan dilinin tərcüməsi  kafedrası ilə  birləşdirilmişdir.2015-2016- cı tədris ilindən kafedraya  f.f.d. Aynur Quliyeva rəhbərlik etmişdir. 2017-ci ilin iyul ayında Universitetimizdə aparılan struktur dəyişikliklərindən sonra İspan dilinin tərcüməsi kafedrası Fransız və İtalyan dillərinin tərcüməsi kafedrası ilə birləşdirilmiş və  “Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası” kafedrası yaradılmışdır.

Kafedra 08.08.2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti 1/290№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə , Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası yaradıldı. 07.11.2017-ci tarixdə isə 1/494№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası kafedrasnın müdiri – fil.f.d. , dosent – Aynur Vaqif qızı Quliyeva vəzifəsinə təyin olundu.

Kafedranın fəaliyyəti

Roman dillərini (ispan, italyan, fransız)  yüksək səviyyədə tədris etmək, yüksək səviyyəli tərcüməçi kadrlar yetişdirmək, kadrların elmi fəaliyyətini artırmaq. Təhsilin istər bakalavr, istərsə də magistr pilləsində yüksək, müasir səviyyədə tədrisin  aparılması, dövrün tələblərinə cavab verən tərcüməçi mütəxəssislərin hazırlanması kafedranın əsas fəaliyyət növüdür. Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:

  • Universitet rektorluğu tərəfindən təsdiq olunmuş iş cədvəli əsasında ayda 1 dəfədən az olmayaraq kafedra iclaslarının keçirilməsi. Lazım gəldikdə növbədənkənar iclasların keçirilməsi.
  • Ayda iki dəfədən az olmayaraq bölmə iclaslarının keçirilməsi, təcili məsələlərin müzakirəsi.
  • “Tərcümənin aktual problemləri” mövzusu ətrafında seminarların təşkil olunması.
  • Kafedra iclaslarına müxtəlif jurnallara təqdim olunan məqalələrin müzakirəsi və rəylərin verilməsi.
  • Kafedra əməkdaşlarının hazırladıqları dərs vəsaiti, dərs işləmələrinin və proqramlarının müzakirəsinin keçirilməsi.
  • Tədris islahatları ilə bağlı yeni təlim materialları və tədris strategiyaları ilə müəllimlərin müntəzəm məlumatlandırılması işinin təşkili.
  • Kafedra müəllimlərinin xaricdə təkmilləşmə kurslarında iştirakına dəstək
  • Kafedrada hər il keçirilən DELE imtahanlarının təşkili.
  • Kredit sistemi ilə bağlı müntəzəm olaraq müxtəlif məsələlərin: sillabusların, təqvim planlarının, yeni proqramlarının müzakirə edilməsi.
  • Kafedrada yerli və beynəlxalq tədbirlərin keçirilməsi.
  • Tələbələrlə dərsdən əlavə işin təşkil olunması (danışıq klubu, muzey və teatrlara getmək)
  • Elmi-metodiki seminarların təşkil olunması
  • ADU-nun digər kafedra və fakültələri ilə əməkdaşlıq.
  • Universitetimizdə TEC xətti ilə keçirilən konfranslarda tələbələrin iştirakinın təmin edilməsi.

 

Fənn proqramları

Kafedrada tədris olunan fənlərin əksəriyyətinin qrifli proqramı mövcuddur.

  1. Tərcümə və ölkəşünaslıq
  2. Şifahi anlama və şifahi ifadə
  3. Yazılı anlama və yazılı ifadə
  4. Hüquqi mətnlərin tərcüməsi
  5. Tibbi mətnlərin tərcüməsi
  6. Yazılı tərcümə
  7. Şifahi tərcümə
  8. Bədii tərcümə
  9. Yazılı mətnin şifahi tərcüməsi
  10. Ölkə ədəbiyyatı
  11. İctimçai siyasi mətnlərin tərcüməsi

Kafedranın tədris etdiyi fənlər üzrə maddi-texniki təminat

Kafedranın əməkdaşları tədris etdikləri dərsdə  müəllif və ya həmmüəllif olduqları aşağıda göstərilən vəsaitlərdən istifadə edirlər.

Müəlliflərin adı Vəsaitin adı Vəsaitin növü
Dos. İdris Əmirbəyov

 

Elektronika  terminləri lüğəti

Parlons français

Lüğət

Dərs vəsaiti

f.f.f Vəfa Seyidova Fransızca azərbaycanca Zoonimlər lüğəti Lüğət
f.f.d. Səbinə Mahmudova Le connectours de la grammaire a la litteracie Dərs vəsaiti

 

 

2018-2019  tədris ilində   bakalavr  pilləsində tədris olunan fənlər:

  1. İxtisasa giriş
  2. Tərcümə nəzəriyyəsi
  3. Peşəkar tərcümənin əsasları
  4. Sənədləşmə və terminologiya
  5. Şifahi tərcümə
  6. Yazılı tərcümə
  7. Yazılı mətnin şifahi tərcüməsi
  8. Kompüter tərcümə proqramları
  9. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  10. Yazılı tərcümə (A dildən B dilə tərcümə)
  11. Yazılı tərcümə (B dildən A dilə tərcümə)
  12. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət

 

Filologiya və Jurnalistika fakültəsi üzrə

  1. Öyrənilən əsas dil
  2. İspan dilinin praktik qrammatikası
  3. İspan dilinin nitq vərdişləri
  4. Qədilm dil (latın dili)
  5. Üslubiyyat və nitq mədəniyyəti
  6. Akademik yazı və oxu
  7. İctimai siyasi leksika
  8. İspan dilinin üslubiyyatı

Seçmə fənlər (3):

  1. Tərcümə-1 (Seçmə fənn)
  2. Tərcümə-2 (Seçmə fənn)
  3. Tərcümə-3 (Seçmə fənn)

 

Kafedramızda magistratura səviyyəsi üzrə aşağıda adı çəkilən fənnlər tədris olunur:

  1. Ümumi tərcümə-1
  2. Ümumi tərcümə-2
  3. Ümumi tərcümə-3
  4. Tərcümə mətni və onun qiymətləndirilməsi
  5. Tərcümənin mədəniyyətlərarası ünsiyyətdə rolu
  6. Diskurs təhlili
  7. Semantik təhlil
  8. Müqayisəli tipologiya
  9. Seçmə fənn

 

Kafedra tərəfindən keçirilən tədbirlər:

  • Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən “İspan dili günləri” tədbirində İspan dili kafedrasının müəllim və tələbələrin iştiraki. 17-20 mart 2011-ci
  • İspaniyanın Mursiya Universitetinin professoru Akilino Sançes Peresin iştiraki ilə İspan dili mərkəzində “İspan dilinin tədrisi metodikası” adlı seminarın təşkili. 17-19 noyabr 2011 il.
  • Türkiyənin İstanbul şəhərində keçirilən “İspan dili günləri” tədbirində İspan dili kafedrasının müəllim və tələbələrinin iştiraki. 21-26 mart 2012 il.
  • İsveçin Dalarna Universitetinin müəllimi, ispanşünas Fernando Kamaço Padılyanın rəhbərliyi “İspan dilli ölkələrinin tarixi və mədəniyyəti” adlı məşğələlər. 14-16 iyun 2012 il.
  • BMT-nin Bakı nümayəndəliyinin xətti ilə təşkil olunan “12 oktyabr- Ümümdünya İspan dili günü” adlı konsertin keçirilməsi. 12 oktyabr 2012 il.
  • BMT-nin Bakı nümayəndəliyinin 5 illiyinə həsr olunmuş konsertdə İspan dili Mərkəzinin iştiraki.
  • “Ümümdünya Gənclər Forumu” çərçivəsində Bakıya səfər edən Latın Amerika gənclərinin İspan dili mərkəzinə gəlişi, mərkəzlə yaxından tanışlıq. Dekabr, 2012 il.
  • Azərbaycan Dillər Universitetinin təşkil etdiyi “Beynəlxalq sərgi”də iştirak. 21 may 2013-cü il.
  • İspaniyanın Fundación Internacional Olof  Palme  ilə Azərbaycan Dillər Universitetitinin  birgə təşkil etdiyi Barselonadan gəlmiş mühazirəçi, cənab Patrick Zabalbeascoa Terran tərəfindən “Tərcümə haqqında seminar”-ın keçirilməsi, 17-19 dekabr 2013-cü il.
  • Gürcüstanın Tiflis şəhərindəki İspan mərkəzinin rəhbəri Karmenin Gənclərarası Avropa Proqramının təmsilçiləri ilə birgə Bakıya səfəri, yanvar 2014-cü il.
  • İspan dili kafedrası ilə birgə təşkil olunmuş “La fiesta de la pronunciación y del arte” (“Tələffüz və incəsənət bayramı”) adlı tədbirin keçirilməsi, 26 may 2014-cü il.
  • İspan dili kafedrasının baş müəllimi Hüseynaga Aygünlünün ispan dilinə tərcümə etdiyi “Qəlblərin döyüntüsü ” adlı şerlər  kitabının təqdimatı və müzakirəsi, fevral 2015-ci il.
  • Ispaniyanın Türkiyənin Anakara şəhərində fəaliyyət göstərən səfirliyi tərəfindən göndərilmiş 3 tomlu “El viejo mundo y el mundo en la era del diálogo” kitablarının müzakirəsi, mart 2015-ci il.
  • 14-16 aprel 2015-ci il tarixlərində İspaniyanın Fundación Internacional Olof Palme  ilə  Azərbaycan Dillər Universitetitinin  birgə təşkil etdiyi Barselonadan gəlmiş mühazirəçi, cənab Patrick Zabalbeascoa Terran tərəfindən aparılan I-III kurslar üzrə bölünmüş “Tərcümə haqqında seminarlar”-ın keçirilməsi.
  • Hər il təşkil olunan ispan dili səviyyələri üzrə  imtahanı- DELE-yə,  tələbələrlə hazırlıq məqsədli  konsultasiyaların keçirilməsi.
  • Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Rodriqo Labardininin  Tərcümə fakültəsi İspan dili  kafedrasının müəllim və tələbələri  ilə görüşü. 13 aprel 2016-cı il.
  • Meksikanın Azərbaycandakı Səfirliyinin  və  İspan dili  mərkəzinin   birgə təşkil etdiyi və  Səfir Rodriqo  Labardininin  şəxsi təqdimatında  “Meksika haqqında”  təqdimat.  16 may 2016-cı il.
  • İspaniyanın Azərbaycandakı nümayəndəliyi  və İspan dili Mərkəzinin birgə təşkil etdiyi  Rəşid Behbudov  adına Mahnı Teatrında  “İspan musiqisi və poeziyası axşamı” adlı tədbir. 14 oktyabr 2016- cı il.
  • İspaniyanın Azərbaycandakı nümayəndəliyi  və İspan dili Mərkəzinin birgə təşkil etdiyi “İspaniya filmləri” günləri. 15-17 mart  2017-ci il.
  • İspaniyanın Azərbaycandakı nümayəndəliyi,İspaniyanın  Fundación  Internacional Olof Palme , Azərbaycan Dillər Universitetitinin  və İspan dili Mərkəzinin birgə təşkil etdiyi Barselonadan gəlmiş mühazirəçi Patrick Zabalbeascoa Terranın “Hüquqi, iqtisadi tərcümənin  aktual problemləri” adlı seminar dərsləri. 26-27 aprel 2017-ci il.
  • Erasmus proqramı xətti ilə Azərbaycan Dillər Universiteti  mərkəzinin birgə təşkilatçılığı ilə İspaniyanın Murcia Universitetindən  müəllimlər Elena Macías və  Pablo Beneitonun  mühazirələri. 10-17  aprel 2017- ci il.
  • İspaniyanın Azərbaycandakı nümayəndəliyi  və İspan dili Mərkəzinin birgə təşkil etdiyi   “El concurso de la pronunciación” ( Ispan dilində Tələffüz müsabiqəsi”      2017-ci il may.
  • Kubanın Azərbaycandakı səfirliyi və İspan dili Mərkəzinin təkilatçılığı ilə Kubanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfirinin  tələbələrlə görüşü.  2017-ci il may.
  • İspan dili üzrə dil səviyyəsini müəyyən edən imtahanların DELE təşkili və keçirilməsi. 2017-ci il may.
  • Kafedranın gənc müəllimi Elvira Məhəmməd qızı İmanova fevral ayının 12-13-də  Tərcümə və Mədəniyyətşünaslıq  fakültəsinin müəllimləri üçün “Peşəkar tərcümə fənninin tədrisi metodikası” adlı təlim seminar təşkil etmişdir.
  • 22 May 2018-cil il -də Azərbaycan Dillər Universitetində (ADU) “İspan dili və mədəniyyəti” festivalı keçirilib. ADU-nun  Roman  dillərinin tərcüməsi , İspan dili mərkəzi və İspaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival ADU-da  İspan dilinin tədrisinin 25 illiyinə həsr olunub.
  • Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekan müavini dosent Gülmar İsrafilova və Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dosent Aynur Quliyeva 30 sentyabr “Tərcüməçilər günü “ münasibəti ilə İctimai televiziyanın “Sabahın xeyir Azərbaycan” proqramının qonağı olublar.

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 225)

SHARE