Xarici dillər kafedrası

1133

Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrası 2017-ci ildə əvvəl mövcud olan II xarici dillər kafedrasının bölünməsi nəticəsində yaradılmişdır. Onlardan biri Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillər kafedrası; digəri isə Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasıdır.

 

 Kafedranın missiyası

Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının missiyası  ikinci xarici dil kimi – alman, fransız, ingilis və rus dilləri üzrə kadrların hazırlanması ilə məşğul olur. Bu fənnlərin öyrənilməsi gələcəkdə tələbələrin magistraturaya qəbul olmalarında, doktorant və dissertant kimi minimum imtahanlarının verilməsində və xarici ədəbiyyatdan istifadə edə bilmələrində tələbələrə kömək edir. Hazırki dövrdə bir xarici dili bilmək hər şeyi həll etmir. Odur ki, ikinci xarici dil kimi bu dillərdən birinin öyrənilməsi bakalavr pilləsini bitirən tələbələrə öz gələcək işlərini düzgün qurmaqda köməklik edir. Bunun üçün hər fənn üzrə yeni proqramlar, dərs vəsaitləri və dərsliklər hazırlanr ki, bu da xarici dillərin öyrənilməsini xeyli asanlaşdırmış olur. Tələbələrin bu dilləri dərindən mənimsəmələri üçün texniki vasitələrdən də geniş istifadə olunur.

Kafedranın fəaliyyəti

Dərslər ikinci və üçüncü kursları əhatə etməklə hər dörd fənn üzrə üç semestr keçilir. Hər semestrin sonunda keçilən proqrama uyğun olaraq imtahan verilir

 

Kafedrada tədris olunan fənlər

Bakalavr pilləsi üzrə:

Əsas fənlər bloku:

  1. Alman dili
  2. Fransız dili
  3. Rus dili
  4. İngilis dili

 

Magistratura pilləsi üzrə:

  1. Alman dili
  2. Fransız dili
  3. Rus dili
  4. 4.İngilis dili

 

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 115)

E-mail: [email protected]

 

SHARE