Xarici dillərin tədrisi metodikası (FJF) kafedrası

1743

Filologiya və jurnalistika fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası 2017-ci ilin avqust ayının 8-dən etibarən kafedranın yaradılması barədə 1/290 saylı əmrə əsasən  müstəqil olaraq fəaliyyət göstərir.

Xarici dillərin tədrisi metodikası (FJF) kafedrası universitetin Filologiya və jurnalistika fakültəsinin əsas tədris və elmi struktur bölməsidir. Xarici dillərin tədrisi metodikası (FJF) kafedrasında tədris olunan fənlər ali məktəblərin həm bakalavr, həm də magistratura səviyyələrində  əsas fənlər sayılır və tədris planına xüsusi fənlər kimi daxil edilir. Kafedra üzvlərinin tədris etdiyi fənlər filologiyayönümlüdür və  həmin fənlərin tədrisində əsas məqsəd tələbələrə elmi – nəzəri və praktiki bilikləri aşılamaq, xarici dillərin tədrisi prosesində  aparılan tədqiqatlar zamanı əldə olunan bilikləri tətbiq etməkdir.

2018-ci ildə Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə magistratura səviyyəsi üçün nəzərdə tutulan eyniadlı fənlərin: “Xarici dillərin tədrisinin linqvodidaktik problemləri” və “Dilin mənimsənilməsi” proqramları çapa verilmişdir. “Bakalavriatura səviyyəsində xarici dil müəllimliyi ixtisası üzrə pedaqoji təcrübənin təşkili və aparılmasına dair” adlı proqram bəzi dəyişikliklər nəzərə alınmaqla yenidən çapa hazırlanmışdır

Bakalvriatura və magistratura səviyyələrində tədris edilən fənlər

Bakalvriatura səviyyəsində tədris edilən fənlər:

Semestrlər Fənlər
1.

I semestr

İngilis dilinin tədrisi metodikası-2
2. Alman dilinin tədrisi metodikası-2
3. Aşağı-orta oxu və nitq
4. Yuxarı orta oxu və nitq
5. Xarici dil -1 (İngilis dili-1)
6. Ümumi təhsil kurikulumunun əsasları
1.

II semestr

İngilis dilinin tədrisi metodikası-1
2. Alman dilinin tədrisi metodikası-1
3. İngilis dilinin tədrisi metodikası
4. Alman dilinin tədrisi metodikası
5. Yüksək oxu və nitq
6. İngilis dili-2
7. Seçmə fənn (Tələbələrə ingilis dili  tələffüz xüsusiyyətlərinin tədrisi üsulları)

 

Magistratura səviyyəsində tədris edilən fənlər:

Semestrlər Fənlər
1.

I semestr

Dilin mənimsənməsi (az/rus)
2. İngilis dilinin tədrisinin linqvodidaktik problemləri
3. Alman dilinin tədrisinin linqvodidaktik problemləri
4. Seçmə fənn (Lüğət ehtiyatının zənginləşdirilməsi yolları)
5. Alman dilinin tədrisi metodikasının müasir problemləri
6.
7. II semestr Seçmə fənn (Xarici dilin mənimsənməsi)
8. Alman dilinin tədrisinin tarixi və metodologiyası
9. Kommunikativ dil təlimi

 

 

Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, ped. f.d., dos.

Şirəliyev Əmralı Şirəli oğlu

Tel: (+99412) 441-22-78 (daxili 251)

E-mail: [email protected]

SHARE