German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası

1427

German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası  2017-ci ildə iki müstəqil kafedranın birləşməsi əsasında formalaşmışdır.  Əvvəllər “Alman dilinin tərcüməsi” və “İngilis dilinin tərcüməsi” kafedraları ayrı-ayrılıqda fəaliyyət göstərmişdilər.

İngilis dilinin tərcüməsi kafedrası 1966-cı ildə yaranıb. 2016-ci il dekabrın 27-də kafedranın yaradılmasının 50 illiyi qeyd olunmuşdur. Kafedranın ilk müdiri dos. İsmixan Rəhimov olmuşdur. İsmixan müəllimin rəhbərliyi altında həm tərcümə üzrə elmi kadrlar yetişmiş, həm də orijinaldan tərcümə işinə təkan verilmişdir.

İ.Rəhimov bir çox dərslik, dərs vəsaiti, lüğət, məqalə və tərcümələrin müəllifidir. İ.Rəhimov 1966-cı ildə T.Hidayətzadə ilə birlikdə çap etdirdiyi “İngilis dilinin praktik qrammatikası” (2001-ci ildə təkmilləşdirilmiş variantı yenidən nəşr olunmuşdur), Z.Mircəfərova və Z.Rəhimova ilə birlikdə tərtib etdiyi “İngiliscə-Azərbaycanca” və “Azərbaycanca-ingiliscə” lüğətlər bu gün də mütəxəssislərin stolüstü kitabıdır. Həyatının mənasını Azərbaycan müstəqilliyində, Azərbaycan xalqının xoşbəxtliyində görən bu fədakar insan bütün ömrünü sağlam əqidəli, vətənini, xalqını ürəkdən sevən, yüksək zəka və zəngin mənəviyyata malik gənclərin yetişdirilməsinə həsr etmişdir. Təsadüfi deyildir ki, Respublika Prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə İ.Rəhimov xarici dil mütəxəssisləri arasında ilk dəfə olaraq təhsil sahəsindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş prezident təqaüdünə layiq görülmüşdür. Böyük  alim 2004-cü ildə vəfat etmişdir. İ.Rəhimov məktəbinin yetişdirmələri elmi- nəzəri fikirləri və təcrübi sınaqları ilə tərcümə sənətinin inkişafına öz dəyərli töhfələrini vermişlər. Sonralar kafedraya Ənvər Rzayev, Çərkəz Qurbanov rəhbərlik etmişlər. Bu məktəbin davamcılarından biri görkəmli tərcüməçi professor Bayramov Qılıncxandır. Bayramov Qılıncxan Həmzə oğlu 1943-cü ilin fevralın 1-də Masallı rayonun Əmirtürbə kəndində anadan olmuşdur. 1967-ci ildə M.F.Axundov adına  Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis Dili Fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və elmi şurasının qərarı ilə Tərcümə Kafedrasında müəllim vəzifəsinə işə başlamışdır, sonra baş müəllim, dosent, hazırda isə həmin kafedrada professor və eyni zamanda Tərcümə Araşdırmaları Elmi-Tədqiqat Laboratoriyasında müdir vəzifəsində çalışır. Ali məktəb tələbələri üçün tərcümə nəzəriyyəsi üzrə dərslik, eyni zamanda çox sayda elmi-tənqidi məqalələrin müəllifidir. On beşdən artıq filologiya üzrə fəlsəfə doktoruna rəhbərlik etmişdir.Tərcümə ilə müntəzəm məşğul olmuş, ingilis dilinə və ingilis dilindən, eləcə də rus dilindən Azərbaycan və ingilis dillərinə çoxsaylı tərcümələrin müəllifidir. Bir çox rəsmi dövlət sənədlərini və əsərləri tərcümə etmişdir. Bunların arasında Ulu öndər Heydər Əliyev və hörmətli Prezidentimiz İlham Əliyevin əsərləri mühüm yer tutur. Bir sıra tərcümələri İngiltərə və ABŞ-da nəşr olunmuşdur.

Kafedranın dosenti Sabir Mustafa Şekspirin bir çox faciələrini və sonetlərini ilk dəfə olaraq orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Alman dilinin tərcüməsi kafedrası 1967-ci ildə İsmixan Rəhimov, Cəfər  Cəfərov, Nəzakət Ağazadə, Ənvər Rzanın təşəbbüsü ilə alman, ingilis və fransız dilləri əsasında Tərcümə kafedrası kimi fəaliyyətə başlamışdır.1991-ci ildə tərcümə kafedrası yaradılıb və alman, fransız, ingilis dilləri bir kafedranın nəzdində birləşib. 1993-cü ildən bu kafedra ayrı-ayrı kafedralara ayrılıb və Alman dilinin tərcüməsi kafedrası yaranıb. Kafedranın ilk müdiri prof. Çərkəz Qurbanlı, sonra Abbasova Aybəniz, daha sonra Mütəllif Səfərov və 1995-ci ildən 2016-cı ilə kimi professor Qubatov Ələkbər olub. Daha sonra isə kafedra müdiri vəzifəsini f.f.d.dos. Məmmədzadə Nilufər icra etmişdir.

Kafedrada birinci yarımil üçün bakalavr pilləsi üzrə tədris olunan fənlər

  1. İxtisasa giriş
  2. Tərcümə nəzəriyyəsi
  3. Tərcümə-3 (D-A: D-B)
  4. Şifahi tərcümə (D-B: D-A)
  5. Sənədləşmə və terminologiya
  6. Yazılı tərcümə (B dildən A dilə)
  7. Yazılı mətnin şifahi tərcüməsi
  8. A dildən C dilə tərcümə
  9. Tərcümə-1 (D-A;D-B)

Kafedrada birinci yarımil üçün magistr pilləsi üzrə tədris olunan fənlər

  1. Sinxron-Dilmanclıq tarixi və tədrisi metodologiyası
  2. Mag-Tədqiqat üsulları
  3. Mag-Bədii tərcümənin problemləri
  4. Mag-Ümumi tərcümə-3
  5. Mag-Seçmə fənn (II kurs)
  6. Sinxron-Sinxron tərcümə B-A
  7. Sinxron-Audio-vizual tərcümə
  8. Mag-Tərcüməşünaslığın müasir problemləri
  9. Mag-Ümumi tərcümə-1
  10. Sinxron-Sinxron tərcümə A-B
  11. Sinxron-Dilmanclar üçün xarici dildə nitq vərdişləri
  12. Sinxron Ardıcıl tərcümə (hüquqi –inzibati) B-A
  13. Sinxron-Tərcümənin kultural aspekti
  14. Sinxron-İctimai yerlərdə tərcümə (idman, səhiyyə və s…)
  15. Sinxron-A-C tərcümə

Kafedrada  ikinci yarımil üçün bakalavr pilləsi üzrə tədris olunan fənlər

  1. Peşəkar tərcümənin əsasları
  2. C dildən A dilə tərcümə
  3. Tərcümə-2 ((D-A: D-B)
  4. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  5. Kompüüter tərcümə proqramları
  6. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət

Təhsil fakültəsi

  1. Tərcümənin əsasları

Kafedrada ikinci yarımil üçün magistr pilləsi üzrə tədris olunan fənlər

  1. Sinxron-Dilmanclıq nəzəriyyəsi və müasir problemləri
  2. Mag-Tərcüməşünaslığın tarixi və metodologiyası
  3. Sinxron-Sinxron tərcümə A-B
  4. Sinxron-Tərcümə və onun şərhi
  5. Mag-Ümumi tərcümə-2
  6. Mag-Seçmə fənn (I kurs)
  7. Mag-Seçmə fənn (I kurs)
  8. Sinxron-Ardıcıl tərcümə (elmi-texniki

Kafedrada tədris olunan fənlər üzrə çap olunan proqramlar

Kafedrada tədris olunan fənlərin əksəriyyətinin qrifli proqramı mövcuddur.

  1. Mətbuat materiallarının tərcüməsi- dos.Abdullayeva Fialə, b\m. Xəlilova Aygün, m. Bünyadova Aynur
  2. Elmi –texniki mətnlərin tərcüməsi- b\m. Xəlilova Aygün, ,dos.Abdullayeva Fialə, b\m. Faiq Kərim
  3. Yazılı mətnin şifahi tərcüməsi- dos.Abdullayeva Fialə, dos. Ətrabə Gül, dos. Əliyeva Nərminə
  4. İqtisadiyyat və maliyyə ilə bağlı mətnlərin tərcüməsi- prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə,m. Babayeva Eleonora, Ağayeva Gülnar
  5. Səhiyyə və təbabətlə bağlı mətnlərin tərcüməsi-prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə, b\m. Həsənova Sevda
  6. İctimai-siyasi tərcümə- prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə, b\m. Bayramova Güllü
  7. Praktik, yazılı, şifahi tərcümə- prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə, b\m.Arif Zeynalov
  8. Peşəkar tərcümənin əsasları- dos.Abdullayeva Fialə (ingilis dili üzrə), prof. Qubatov Ələkbər
  9. Tərcümə nəzəriyyəsi- prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə, b\m.Arif Zeynalov (İngilis dili üzrə), prof. H.K.Quliyev (alman)
  10. Ümumi tərcümə (mag.)- dos. Rəhimli Esmiralda, dos. Əmirova Tamilla, b\m. f.f.d. Orucova İrina
  11. Tərcümə və Ölkəşünaslıq-dos. İsmayılova Fəridə
  12. Yazılı tərcümə- b\m. Bayramova Güllü, dos.Abdullayeva Fialə, m. Süleymanova Aida
  13. Kompüterin köməyi ilə tərcümə proqramları-dos.Abdullayeva Fialə, b\m. Bayramova Güllü, m. Süleymanova Aida
  14. Bədii tərcümə- prof. Qubatov Ələkbər
  15. Terminologiya və sənədləşmə- b\m. Məmmədova Təranə, dos.Abdullayeva Fialə,b\m. f.f.d. Hüseynova Könül
  16. Ardıcıl tərcümə və qeydgötürmə texnikası- b\m. Məmmədova Təranə, dos.Abdullayeva Fialə, b\m. f.f.d. Hüseynova Könül
  17. Tərcümənin kulturoloji aspekti- dos.Abdullayeva Fialə, m. Süleymanova Aida
  18. İxtisasa giriş və terminologiyanın əsasları- prof. Bayramov Qılıncxan, dos.Abdullayeva Fialə, b\m.Arif Zeynalov
  19. Beynəlxalq qurumlar- dos. İsmayılova Fəridə
  20. Neft və qaz- prof. Ə.Qubatov( alman)
  21. Şifahi tərcümə- b\m. Əyyubova Xədicə, b\m. Bayramova Günel, f.f.d. Mahmudova Səbinə, b\m. Əliyeva Aydan
  22. Xarici dildə ünsiyyətdə nitq mədəniyyəti- Ətrabə Gül, dos.Abdullayeva Fialə,  fil.f.d. Mustafa Gül
  23. Hüquqi mətnlərin tərcüməsi-b\m. Əliyeva Aydan, b\m. Pənahova Dilşad ( alman)

Kafedranın elmi fəaliyyətinin ümumi göstəriciləri

Kafedranın əməkdaşları tərcümənin praktik və nəzəri aspektləri  ilə, eləcə də tərcüməçi hazırlığında mühüm əhəmiyyət kəsb edən fənlərin proqramlarının tərtibi ilə bağlı nəzərdə tutulmuş elmi tədqiqat işlərini yerinə yetirmiş, bir sıra məqalələr, proqramlar və dərs vəsaiti  çap etdirmişlər. Kafedrada dissertant Süleymanova Aidə Salamat qızının filologiya elmləri üzrə fəlsəfə doktoru adını almaq üçün “Tərcümədə semantik və kommunikativ adekvatlıq problemi” (İngilis dilindən Azərbaycan dilinə tərcümələr əsasında) adlı  dissertasiya işi Slavyan universitetində müzakirədən keçib və müdafiəyə buraxılıb. Baş müəllim  Məmmədova Təranə “İngilis dilindən tərcümə vasitəsilə Azərbaycan dilinə keçən hüquq terminləri” adlı mövzusunda dissertasiya üzərində işləyir.Kafedranın dosenti Abdullayeva Fialə Bəylər qızı elmlər doktoru proqramı üzrə “Azərbaycanda tərcümə fikrinin formalaşması və dilin zənginləşməsində tərcümənin rolu (İngilis dilindən Azərbaycan dilinə tərcümələr əsasında) adlı dissertasiya mövzusu üzərində işləyir.Kafedranın baş müəllimi Həsənova Sevda Hüseyn qızı 2018-ci ildə ADU-nun doktorantura şöbəsinə daxil olmuşdur.  Hal-hazırda, “İngilis ədəbiyyatında danışıq dili leksikasının transformasiyası” adlı mövzu üzərində çalışır.

Kafedra üzvlərinin elmi konfransda və simpoziumlarda iştirakı

Kafedranın ölkə daxilində və xaricində keçirilən elmi konfranslarda kafedranın əməkdaşları fəal iştirak edirlər.

17-18 aprel 2015-ci il tarixində Qafqaz Universitetində Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında kafedranın müəllimi Süleymanova Aidə “Adequacy vs. Acceptability” adlı tezislə çıxış etmişdir. Azərbaycan Dillər Unversitetində 4-5 may tarixlərində “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda   Respublika elmi praktiki konfransı keçirilmişdir. Kafedranın baş müəllimi Orucova İrina Qatemovna “Перевод  в процесс обучения художественному переводу”, Kafedranın müəllimi Süleymanova Aidə 10-12 iyun 2015- ci il tarixində İspaniyanın Barselona şəhərində keçirilmiş 6-cı beynəlxalq konfransda ( VI International Symposium for Young Researchers in Translation, Interpreting, Intercultural Studies & East Asian Studies. Departament de Traducció i d’Interpretació i d’Estudis de l’Àsia Oriental Universitat Autònoma de Barcelona 3 de juliol del 2015) “The Impact of the Soviet Ideology upon Translation: the Case of Azerbaijan” adlı tezislə çıxış etmişdir. 30 oktyabr 2015 tarixində Qərb Universitetində  “Tərcümə sənəti və ya elm” mövzusunda beynəlxalq konfransda kafedranın baş müəllimi Məmmədova Təranə “Reklam tərcüməsi, strategiyaları və araşdırmalar” adlı tezislə çıxış etmişdir. Kafedranın dosenti Abdullayeva Fialə 13-22 noyabr tarixlərində Təhsil Nazirliyi və Xəzər Universtetinin birgə  keçirdiyi  Dərsliklərin hazırlanması və Qiymətləndirilməsi üzrə təlim kursunda  iştirak etmişdir  və sertifikat almışdır.

5-6 may 2016-cı ildə Azərbaycan Dillər Universitetində “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi praktik konfrans keçirilmişdir. Kafedranın professoru Bayramov Qılıncxan Həmzə oğlu “ Xarici dilin tədrisində tərcümənin rolu” mövzusunda tezislərlə çıxış etmişlər. Azərbaycan Dillər Unversitetində 20-21 oktyabr 2016-cı il tarixində  “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri mövzusunda” Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda kafedranın əməkdaşları iştirak etmişlər. Kafedranın dosenti  Rəhimli Esmiralda Qulamhüseyn qızı  “Bədii əsərlərdəki rəmzlərin tərcümədə adekvatlığı”, baş müəllimi Orucova İrina Qatemovna “ Игра слов в произведениях Эрнеста Хемингуэя” mövzusunda tezislərlə  çıxış etmişlər. 24-25 noyabr 2016-cı il tarixində Sumqayıt Dövlət Universitinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “ Müasir dilçiliyin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Kafedranın dosenti Abdullayeva Fialə Bəylər qızı  “Tərcümə zamanın axarında” adlı tezis göndərmişdir.

Kafedra əməkdaşlarının təkmilləşməsi üzrə tədbirlər və kafedranın yerli və beynəlxalq əlaqələri:

  1. Türkiyənin Hacət Təpə Universiteti
  2. Frayburq Universiteti
  3. Leypsiq Universiteti – ilə beynəlxalq əlaqələri vardır.

Universitet Hacəttəpə universiteti ilə, Leypsiq universiteti ilə, Frayburq universiteti ilə müqavilə imzalanmışdır. Kafedranın əməkdaşlarından S.Əliyeva iyul-avqust 2005-ci ildə (DAAD xətti ilə) Bamberq universitetində, dekabr 2011-ci ildə isə (Tempus proqramı ilə) Leypsiqdə; f.f.d. dos. V. Hacıyev dekabr 2011-ci ildə (Tempus proqramı ilə) Leypsiqdə; Ş. Hüseynova 10.07.-31.07.2010-cu ildə Almaniyanın Frayburq şəhərində; G.Qasımova 01.12.-06.12.2013-cü ildə Hacəttəpə universitetində; T. İskəndərova 31.05.-26.06.2010 –cu il tarixində (Qöte İnstitutu xətti ilə), Almaniyanın Frayburq şəhərində Təkmilləşmə kursunda,  iyul 2013 – cü ildə isə Naxçıvan Dövlət universitetində seminarda olmuşlar.

Kafedranın əməkdaşı dosent Vilayət Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin təşkil etdiyi tərcümə əsərlərinin müsabiqəsində komissiya üzvü olmuşdur. Azərbaycan və Avstriya mədəni əlaqələrinə verdiyi töhvəyə görə Avstriya dövləti tərəfindən dosent Vilayət Hacıyev Qızıl Xaç ordeninə layiq görülmüşdür. Eyni zamanda dosent Vilayət Hacıyev və kafedranın digər əməkdaşı baş müəllim Yusif Allahverdiyev AFR Herman Hesse cəmiyyətinin üzvləridir.

Kafedra əməkdaşlarının plandan əlavə çap olunmuş işləri haqqında

2015-ci ildə kafedra əməkdaşlarının  Bədii tərcümənin problemləri ( dos. Əmirova Tamilla, dos. Rəhimli Esmiralda, b.m Orucova İrina), Beynəlxalq qurumlar (dos. İsmayılova Fəridə), Elmi texniki tərcümə üzrə proqram (b.m Xəlilova Aygün, b.m Kərmov Faiq), Mətbuat materiallarının tərcüməsi (dos. Abdullayeva Fialə, b.m Xəlilova Aygün ) çap olunmuşdur. Kafedranın dosenti Abdullayeva Fialə Bəylər qızı, b/m Bayramova Güllü Nəbi qızı, müəllim Süleymanova Aidə Salamat qızı bir neçə əsərləri İngilis dilinə tərcümə etmişlər və bu əsərlər çap olunmuşdur. Tərcümə işləri – Musa Qasımlı “From The Armenian Issue to the Armenian Genocide: In Search of Historical Truth ( 1724-1920)” (Tərcümə edənlər Süleymanova Aidə, Güllü Bayramova). Mirmövsüm Nəvvab “The Armenian Muslim War of 1905-1906” (Tərcümə edən dosent Abdullayeva Fialə). Seyid Sura, “The Newspaper ‘Sharg Gapisi’ and Literary Scene in Nakhchivan”, Nakhchivan, “AJAMI”, 2015, 152 pages (Tərcümə edən dosent Abdullayeva Fialə), Yusif Seyidov, “Academician Isa Habibbeyli”, Baku, “Elm ve Tehsil”, 2016, 266 pages, Asgar Zeynalov, “The East in Voltaire’s Works”(Tərcümə edən dosent Abdullayeva Fialə). Baş müəllim Hüseynova Şəfəq “İşgüzar yazışmalar”, Bakı, Mütərcüm, 2016.

 

Kafedranın tədris etdiyi fənlər üzrə maddi-texniki təminat

Kafedranın əməkdaşları tədris etdikləri fənlər üzrə müəllif və ya həmmüəllif olduqları vəsaitlərdən istifadə edirlər:

Müəlliflərin adı Vəsaitin adı Vəsaitin növü
Prof. Q. Bayramov Tərcümə sənəti Dərslik
Dos. F. Abdullayeva Peşəkar tərcümənin əsasları Dərslik
Dos. F. Abdullayeva

Dos. Ə. Gül

Dos. N.Əliyeva

Yazılı mətnin şifahi tərcüməsi Dərs vəsaiti
Dos. E. Rəhimli E.R. Hamlet Monoqrafiya
Dos. S. Mustafayev Bədii tərcümədə ekvivalentlik Monoqrafiya
Dos. F. Abdullayeva

B/m T. Məmmədova

Tərcümə hazırlığında əsas məqamlar Metodik vəsait
Dos. F. Abdullayeva Dos. Ə. Gül Praqmatik tərcümənin tədrisinə dair göstərişlər Metodik vəsait
Dos. F.İsmayılova

Dos. T.Əmirova

Dos. T. Həsənova

İngilis dilində məktubların yazılma qaydaları Dərs vəsaiti
Dos. F.İsmayılova

Dos. T.Əmirova

B/m S.Həsənova

Təbabətə aid mətnlərin tərcüməsi Dərs vəsaiti
Dos. T.Əmirova

Dos. E. Rəhimli

B/m. İ.Orucova

Tərcümə: Mətn və çalışmalar Dərs vəsaiti
B/m. Ş. Hüseynova

 

İşgüzar yazışmalar Dərs vəsaiti

Buraxılış işlərinin mövzuları

2018-2019

2018/2019-cu tədris ili üzrə kafedrada IV kurs tələbələlərinə buraxılış işləri verilmişdir. Buraxılış işlərinin mövzuları Azərbaycan bölməsi üçün C.Bayronun, İ.Levinin, S.Moemin, C.Selincerin, U.Şekspirin,  Corc  Oruellin, rus bölməsi üzrə Сeffri Çoser, Ernest Heminquey və digər dünya şöhrətli yazıçıların əsərlərindən seçilmişdir. İşlərin yazılması ilə bağlı tələblər buraxılış işləri ilə bağlı təlimatda öz əskisini tapır.

 

Magistr dissertasiyalarının mövzuları

2018-2019

Kafedrada magistr dissertasiyası üçün mövzuların seçilməsində Strasburq-Mark Blok Universitetinin tərcümə məktəbinin təcrübəsi əsas götürülür və tələbələrə xaricdə nəşr olunmuş informativ xarakterli elmi-texniki ədəbiyyatdan müəyyən olunmuş sayda səhifələrin tərcüməsi və tərcümə prosesində rast gəlinən terminlərin bazasının yaradılması tapşırılır.

Bu tədris ilində Sinron tərcümə ixtisası üzrə təhsil alan birinci  kurs magistrantlara “Sinxron tərcümədə fon biliyindən istifadə”, “Sinxron tərcümənin təşkili”, “Sinxron tərcümədə dilmancliq texnikası”, “Sinxron tərcümədə rast gəlinən frazeoloji birləşmələrin tərcümə yolları”, “Sinxron tərcümədə rast gəlinən kultural sözlərin tərcümə yolları” adlı dissertasiya mövzuları verilmişdir.

Çap olunmuş elmi əsərlər

Kafedranın müəllimləri Respublika daxilində və ondan kənarda təşkil  olunmuş konfranslarda, təqdimatlarda, eləcə də yerli və xarici elmi-mətbuatda tezis və məqalələrlə çıxış etmişlər. Bu elmi əsərlərin (o cümlədən dərslik və vəsaitlərin ) siyahısı kafedrada saxlanılır.

 

Kafedranın tədris etdiyi dərslərdə iştirak (seçmə yolu ilə)

Kafedrada tədris ili boyunca intensiv olaraq, hər həftə müəlimlərin açıq dərsləri təşkil olunur. Açıq dərslərin planı hər tədris ilinin  əvvəlində kafedra iclasının protokol jurnalında təsdiq olunur. Plana uyğun olaraq, hər bir müəllimin açıq dərsi fakültə daxilində elan şəkilndə verilir. Bu dərslərdə iştirak  həm açıq dərsi aparan müəllim, həm də iştirakçı həmkarlar üçün gələcək fəaliyyətlərdə faydalı olur.  Prosedur qayda olaraq, açıq dərslər üçün xüsusi jurnal var, bu jurnalda müəllimlər dinlədikləri (müşahidə etdikləri) dərslərin məzmunu və keyfiyyətinə aid qeydlər edir, daha sonar isə bunlar kafedra iclaslarında müzakirəyə çıxarılır.

 

Kafedra əməkdaşlarının ixtisasartırma kurslarında iştirakı

Kafedranın müəllimləri tərcümə ilə birbaşa əlaqədar Tempus  Ritsa layihəsi çərçivəsində təşkil olunmuş treyninqlərdə fəal iştirak etmişlər. Bu təlimlərdən bəziləri Almaniya, İtaliya, Fransa və Türkiyədə təşkil olunmuşdur. Xarici tərcümə məktəblərində təlim keçmiş kafedra əməkdaşlarının hesabatları Universitetin saytında yerləşdirilmiş və kafedranın dosenti F.B.Abdullayevanın tərtibatında təqdim olunmuş “ Guidelines for Translator and İnterpreter Training” adlı sənəddə öz əksini tapmışdır. Bundan başqa xaricdəki təlimdən qayıtdıqdan sonra həmin müəllimlər fakültə əməkdaşları qarşısında təqdimatlarla çıxış etmiş və təlimlər də aparmışlar. Eləcə də, bəzi kafedra əməkdaşları fərdi şəkildə xarici Universitetlərin keçirdiyi Grant müsabiqələrinin qalibi kimi həmin təhsil müəssisələrinə dəvət olunmuşlar. Bəzi müəllimlər İELTS-TOEFL testlərini fərdi şəkildə keçmişlər.

Qeyd: German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası haqqında məlumat-2ci cümlə dəyişib. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının əməkdaşları bölməsində əməkdaşların sayı, kafedrada birinci yarımil və ikinci yarımil üçün bakalavr və magistr pilləsi üzrə tədris olunan fənlərin siyahısı, kafedranın elmi fəaliyyətinin ümumi göstəriciləri (Həsənova Sevda, Abdullayeva Fialə), buraxılış və magistr işlərinin mövzuları (2018-2019) bölməsində dəyişikliklər olunub.

                                         

Hal-hazırda kafedra müdiri Hacıyeva Minaxanım Əfqan qızıdır.

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 130)

SHARE