İngilis dilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrası

1217

İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrası ilkin olaraq 1959-60-cı dərs ilində Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnistitutunun Qərbi Avropa dilləri kafedrasının tərkibində yaranmışdır. Həmin kafedrada 14 ingilis dili müəllimi işləmiş və kafedraya pedaqoji elmlər namizədi, dosent Barsuk Revekka Yuliyevna rəhbərlik etmişdir. 1966-cı ildə həmin kafedradan İngilis dilinin Leksikası №1 kafedrası ayrılmışdır. O zaman kafedranın 21 üzvü olmuş və ona baş müəllim Quliyeva Suğra rəhbər vəzifəsinə təyin edilmişdir. 1973-cü ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun müstəqil ali məktəb kimi formalaşdığı zaman SSR-inin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnistitutunda 1saylı İngilis dilinin leksikası kafedrası açılmışdır. Kafedrada 32 müəllim çalışmış və kafedra müdiri filologiya elmləri doktoru, professor Verdiyeva Zemfira Nadir qızı olmuşdur.

1994-cü ildə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 9 fevral tarixli iclasının qərarı əsasında rektorun 14 fevral tarixli əmrinə əsasən İngilis dilinin tarixi və ölkəşünaslıq kafedrasının adı dəyişdirilərək İngilis dilinin tarixi və leksikası kafedrası adlandırılmışdır. Kafedranın fəaliyyətinin əsas məqsədi ingilis dilini, mədəniyyətini, tarixini və incəsənətini tələbələrə tədris etməkdən ibarətdir.

İngilis dilinin leksikası – 2 kafedrası 1967-ci ildə yaradılmışdır. Kafedraya fil.e.n., dos. Müzahirə Paşayeva 10 il rəhbərlik etmişdir.1980-ci ildən 1990-cı ilədək Tamilla Əmirova kafedraya başçılıq etmişdir. Sonra qısa müddət fasilə ilə, əmrlə Esmira Axundova rəhbərlik etmişdir. 1993-cü ildə isə kafedranın adı dəyişdirilib, İngilis dilinin leksikologiyası adlandırılmışdır və 1998-ci ilədək dos. Natiq Yusifov kafedraya rəhbərlik etmişdir. Natiq Yusifov fakültə dekanı seçildikdən sonra kafedraya müdirlik təxminən 5 ay Elmar Nəcəfova həvalə edilmişdir. Sonra həmin vəzifəyə dos. Kifayət Gözəlova seçki ilə seçilmişdir.

2012-ci ilin oktyabr, noyabr aylarında İngilis tarixi və leksikası kafedrası İngilis dilinin leksikologiyası kafedrası ilə birləşərək İngilis dilinin tarixi və leksikologiyası kafedrası adlandırılmışdır. 2013-cü ilin fevralında kafedraya prof. Nigar Vəliyeva müdir seçilmişdir.

2013-cü ilin dekabrında kafedranın adı dəyişmiş və yenidən İngilis dilinin leksikologiyası adlandırılmışdır və müdirlik dos. İradə Nuriyevaya həvalə edilmişdir.

2014-cü ilin fevralında seçki ilə dos. Amil Cəfərov kafedra müdiri seçilmişdir.

Kafedraya 2016/2017-  tədris ilində 21, 721, 2017/2018- tədris ilində isə 17, 311 dərs yükü verilmişdir.

08.08.2017-ci il tarixli 1/290 saylı əmrə əsasən Təhsil fakültəsi nəzdində İngilis dilinin üslubiyyatı və İngilis dilinin leksikologiyası kafedralarının bazasında iki kafedra yaradıldı və İngilis dilinin leksikologiyası kafedrasının adı dəyişirilib Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı adı ilə adlandırılmışdı.

01.11.2017-ci il tarixli, 139 saylı əmrə əsasən Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, “Təhsil” fakültəsi nəzdində “İngilis dilinin leksikologiyası və üslubiyyatı”, “Filologiya və Jurnalistika” fakültəsi nəzdində “İngilis dilinin leksikologiyası və üslubiyyatı” kafedralarında əməkdaşların sayının çox olması ilə əlaqədar olaraq “Təhsil” fakültəsinin bazasında yeni kafedra yaradıldı və kafedranın adı “Təhsil” fakültəsi nəzdində “İngilis dilinin leksikologiyası və üslubiyyatı – 1” kimi adlandırıldı. 07.11.2017-ci il tarixli 1/495 saylı əmrə əsasən ADU-da aparılan islahatların nəticəsi olaraq “İngilis dilinin leksikologiyası və üslubiyyatı 1” kafedrasının professor-müəllim heyəti cədvəldə göstərildiyi kimi təsdiqlənib.

Kafedranın missiyası

-Ingilis dilinin leksikologiyası və üslubiyyatının öyrənilməsi

-İngilis dilinin lüğət fondunun dərindən öyrənilməsi

– Leksik sistemin formalaşmasını öyrənilməsi

-Sözlərin metaforlaşmasının öyrənilməsi

-Sözlərin leksik variantlarının öyrənilməsi

-Sözlərin lüğət fondunun öyrənilməsi

-Sözlərin koqnitiv baxımdan öyrənilməsi

 

Kafedranın fəaliyyəti

Kafedrada praktik, nəzəri və seçmə fənnlər tədris olunur.

2017-2018-ci tədris ilinin birinci yarısında tədris olunan fənlərin siyahısı

  1. Aşağı orta oxu və nitq (I kurs)
  2. Orta oxu və nitq (II kurs)
  3. Yuxarı oxu və nitq (III kurs)
  4. Akademik yazı və oxu
  5. İngilis dilinin leksikologiyası
  6. İngilis dilinin üslubiyyatı
  7. Semantik təhlil (magistratura)
  8. Müqayisəli leksikologiya (magistratura)

Əlavə təhsildə

  1. Aşağı orta oxu və nitq
  2. Orta oxu və nitq

Tədris ilinin ikinci yarım ili

  1. Aşağı orta oxu və nitq (I kurs)
  2. Orta oxu və nitq (II kurs)
  3. Yuxarı oxu və nitq (III kurs)
  4. İngilis dilinin üslubiyyatı

Seçmə fənlər

  1. Yazı və danışıq vasitəsi ilə ünsiyyət
  2. Müzakirələr vasitəsilə ingilis dili
  3. KİV-də ingilis dili
  4. Pedaqoji təcrübə

Əlavə təhsil

  1. İngilis dilinin leksikologiyası
  2. İngilis dilinin üslubiyyatı

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 120)

E-mail:  ingilisdilininleksikologiyası@mail.ru

SHARE