Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası

2960

Kafedra keçən əsrin 60-cı illərindən müxtəlif kafedraların nəzdində fəaliyyət göstərib. 1973-cü ildən Ali Orta İxtisas Təhsil Nazirinin və Azərbaycan Pedaqoji Xarici Dillər İnistitunun rektorunun iyul-sentyabr aylarındakı əmrə əsasən Mülki müdafiə kafedrası yaradılmışdır. 1973-cü ildən kafedraya Həmidullazadə Qəmər Yusif qızı başcılıq etmişdir. Kafedrada o dövrlər 3 müəllim fəaliyyət göstərmişdir. 1976-cı ildən isə kafedraya Əbilova Tamara İldırım qızı rəhbərlik etmişdir. 2009-cu ilin Yanvar ayından isə kafedraya Zamanova Xasay qızı rəhbərlik edir.

Kafedranın missiyası

Kafedra xüsusi əhəmiyyətli kafedra hesab olunur. Sülh və muharibə dövrlərində Fövqəladə Hallarda əhalinin həyat fəaliyyətinin təhlükəsizliyi, muhafizəsi, ilkin yardımın edilməsi sahəsində həmçinin əhalinin fövqəladə hadisələr zamani muhafizə qurğularında yerləşdirmə, köçürmə tədbirlərini yerinə yetirmə, fərdi muhafizə vasitələrindən istifadə etmə, kütləvi qırğın silahlardan necə mudafiə olma yollarını öyrədir. Universitetimizin tələbələri əsasən gələcəkdə Pedaqoji fəaliyyətə hazırlandıqları üçün onların daha çox azyaşlı əhali arasında olacaqlarına görə ilkin olaraq Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli, şəraitdən asılı olaraq həmin qaydalara necə riayət edəcəklərini öyrənməlidirlər. Bu baxımdan tələbələrimiz ən azından insan anatomiyası, fiziologiyası, gigiyenası, gündəlik həyat şəraitində istifa olunan dərman maddələri, onlardan istifadə qaydaları, geniş yayılmış infeksion, terapeftik, cərrahi xəstəliklər, ilkin tibbi yardımlar haqqında geniş biliklər almalıdırlar. Məhz buna görə də kafedrada 2 fənn tədris olunur: Mülki müdafiə və tibbi biliklərin əsasları. Hər iki fənn universitetin bakalavr pilləsində tədris olunur. Bu fənnlərin tədrisi zamanı tələbələrə qanaxmaların dayandırılması, sarğıların qoyulması, qızdırma və arterial təyziqin ölçülməsi, inyeksiyaların yeridilmə üsulları hər tərəfli öyrədilir.

Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikası Nazirlər kabinetinin 20.12.1992-ci il 700 və 703 saylı qərarlarına və Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirlikləri və Mülki Müdafiə Qərərgahının 18.02.1995-ci ildə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin mülki müdafiə üzrə tibb bacıları və sanitar təlimatçılarının hazırlanması” haqqında əsas təlimata əsasən işlənib hazırlanmışdır.

Kafedrada tədris olunan hər 2 fənn Azərbaycan Respublikası Dövlət Təhsil Standarrtının yeni strukturunda məcburi fənn kimi fənn blokuna daxıl olunmuşdur.

Kafedranın fəaliyyəti

Hazırda kafedra Azərbaycan Respublikası Prezidentinin 17.04.1998-ci il tarixli 700 saylı fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli 193 saylı qərarı, Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16.12.2005-ci il tarixli 1182 saylı fərmanı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasnaməsi (19.04.2006 1394) əsasında işlənib hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2009-cu il tarixli 1157 saylı əmri ilə təsdiq olunmuş yeni proqramla işləyir.

Mülki müdafıə fənni Universitetimizin bütün fakültələrində, Tibbi biliklərin əsasları fənni isə Filologiya və jurnalistika, Təhsil fakültəsinin tələbələrinə tədris olunur. Tədris ilinin sonunda tələbələr buraxılış imtahanı verərək, qızlar ehtiyatda olan tibb bacısı, oğlanlar isə sanitar təlimatçısı ixtisası üzrə şəhadətnamələr alırlar.

Kafedrada tədris olunan fənnlər üçün 1 dərs vəsaiti, 3 metodik vəsait, muhazirə materialları və kafedranın özünün hazırladığı bütün materiallar yerləşdirilmiş panaseya.az saytı istifadə olunur.

Kafedra yuxarıda göstərilən fənnləri tədris etməklə yanaşı son dövrlər üçün daha aktual olan mövzular-daha geniş yayılmış infeksion xəstəliklər, onların profilaktikası, pis vərdişlər və onlardan qorunma yolları ilə bağlı tez tez geniş tədbirlər keçirir və bu tədbirlərə müxtəlif təşkilatların nümayəndələrini dəvət edir, bir sözlə tələbələri maraqlandıran bütün suallar həmin tədbirlərdə geniş müzakirə olunur.

Hal hazırda Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında 34 əməkdaş fəaliyyət göstərir.

 

Əlaqə

Tel: (+99412) 564-44-80

E-mail: [email protected]

 

SHARE