İngilis dilinin leksikologiyası və üslubiyyatı– 2 kafedrası

949

İngilis dilinin leksikologiyası kafedrası ilkin olaraq 1959-60-cı dərs ilində Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnistitutunun Qərbi Avropa dilləri kafedrasının tərkibində yaranmışdır. Həmin kafedrada 14 ingilis dili müəllimi işləmiş və kafedraya pedaqoji elmlər namizədi, dosent Barsuk Yuliyevna rəhbərlik etmişdir. 1966-cı ildə həmin kafedradan İngilis dilinin Leksikası №1 kafedrası ayrılmışdır. O zaman kafedranın 21 üzvü olmuş və ona baş müəllim Quliyeva Suğra rəhbər təyin edilmişdir. 1973-cü ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun müstəqil ali məktəb kimi formalaşdığı zaman SSR-inin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər İnistitutunda 1saylı İngilis dilinin leksikası kafedrası açılmışdır. Kafedrada 32 müəllim çalışmış və kafedra müdiri filologiya elmləri doktoru, professor Verdiyeva Zemfira Nadir qızı olmuşdur.

1994-cü ildə Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 9 fevral tarixli iclasının qərarı əsasında rektorun 14 fevral tarixli əmrinə əsasən İngilis dilinin tarixi və ölkəşünaslıq kafedrasının adı dəyişdirilərək İngilis dilinin tarixi və leksikası kafedrası adlandırılmışdır. Kafedranın fəaliyyətinin əsas məqsədi ingilis dilini, mədəniyyətini, tarixini və incəsənətini tələbələrə tədris etməkdən ibarət olmuşdur.

İngilis dilinin leksikası – 2 kafedrası 1967-ci ildə yaradılmışdır. Kafedraya fil.e.n., dos. Müzahirə Paşayeva 10 il rəhbərlik etmişdir.1980-ci ildən 1990-cı ilədək Tamilla Əmirova kafedraya başçılıq etmişdir. Sonra qısa müddət fasilə ilə, əmrlə Esmira Axundova kafedraya rəhbərlik etmişdir. 1993-cü ildə isə kafedranın adı dəyişdirilib, İngilis dilinin leksikologiyası adlandırılmışdır və 1998-ci ilədək dos. Natiq Yusifov kafedraya rəhbərlik etmişdir. Natiq Yusifov fakültə dekanı seçildikdən sonra kafedraya rəhbərlik 5 ay Elmar Nəcəfova həvalə edilmişdir. Sonra həmin vəzifəyə seçki ilə dos. Kifayət Gözəlova seçki ilə seçilmişdir.

2012-ci ilin oktyabr, noyabr aylarında İngilis tarixi və leksikası kafedrası İngilis dilinin leksikologiyası kafedrası ilə birləşərək İngilis dilinin tarixi və leksikologiyası kafedrası adlandırılmışdır. 2013-cü ilin fevralında kafedraya prof. Nigar Vəliyeva müdir seçilmişdir.

2013-cü ilin dekabrında kafedranın adı dəyişmiş və yenidən İngilis dilinin leksikologiyası adlandırılmış və rəhbərlik dos. İradə Nuriyevaya həvalə edilmişdir.

2014-cü ilin fevralında seçki ilə dos. Amil Cəfərov kafedra müdiri seçilmişdir.

Kafedraya 2016/2017-  tədris ilində 21, 721, 2017/2018- tədris ilində isə 17, 311 dərs yükü verilmişdir.

08.08.2017-ci il tarixli 1/290 saylı əmrə əsasən Təhsil fakültəsi nəzdində İngilis dilinin üslubiyyatı və İngilis dilinin leksikologiyası kafedralarının bazasında iki kafedra yaradılır və İngilis dilinin leksikologiyası kafedrasının adı dəyişdirilərək Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı adlandırılmışdır.

01.11.2017-ci il tarixli, 139 saylı əmrə əsasən Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı, Filologiya və Jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı  kafedralarında əməkdaşların sayının çox olması ilə əlaqədar olaraq Təhsil fakültəsinin bazasında yeni kafedra yaradılır və kafedranın adı Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2  adlandırılır. 12.12.2017-ci il tarixli, 1/577 saylı əmrə əsasən İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2 kafedrasına müdir vəzifəsi filologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynova Mehriban Əlihüseyn qızına həvalə edilir.

Kafedranın missiyası

– bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

– kurs və diplom işlərinə (layihələrinə) istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;

– kurs imtahanlarının və məqbullarının keçirilməsi;

– dövlət imtahanlarının təşkili və keçirilməsi;

– təhsil alanlar arasında tərbiyə işinin təşkili;

– kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazıırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

– dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;

– elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik edilməsi;

– tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

– kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

– respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

– tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

– elmi-pedaqoji və elmi kadrların;

– kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

– qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-metodiki köməklik göstərilməsi

məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

– ali təhsil müəssisələrinin məzunları və bu kafedraların aspirant məzunları ilə daim əlaqənin təşkil edilməsi;

– elmi biliklərin təbliğ edilməsi.

Kafedranın fəaliyyəti

01.11.2017-ci il tarixli, 139 saylı əmrə əsasən Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı, Filologiya və Jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı  kafedralarında əməkdaşların sayının çox olması ilə əlaqədar olaraq Təhsil fakültəsinin bazasında yeni kafedra yaradılır və kafedranın adı Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2  adlandırılır. 12.12.2017-ci il tarixli, 1/577 saylı əmrə əsasən İngilis dilinin leksikologiyası və üslubiyyatı – 2 kafedrasına müdir vəzifəsi filologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynova Mehriban Əlihüseyn qızına həvalə edilir.

Kafedrada tədris olunan fənlər

  1. Aşağı orta oxu və nitq (I kurs)
  2. Orta oxu və nitq (II kurs)
  3. Yuxarı oxu və nitq (III kurs)
  4. İngilis dilinin leksikologiyası
  5. İngilis dilinin üslubiyyatı

 

    Seçmə fənlər

  1. KİV-də ingilis dili
  2. Çağdaş ingilis dili
  3. Akademik yazı və oxu

Bakalavr pilləsi üzrə:

         a) Əsas fənlər bloku:

  1. Aşağı orta oxu və nitq (I kurs)
  2. Orta oxu və nitq (II kurs)
  3. Yuxarı oxu və nitq (III kurs)
  4. İngilis dilinin leksikologiyası
  5. İngilis dilinin üslubiyyatı

         b) Seçmə fənlər bloku:

     11. Akademik yazı və oxu

     12. KİV-də ingilis dili

     13. Çağdaş ingilis dili

 

Magistratura pilləsi üzrə:

Dilşünaslıq (ingilis dili) üzrə:

Mass Media – seçmə fənn

 

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili nömrə 127)

E-mail: [email protected]

SHARE