Koreya Mədəniyyət Mərkəzi

1065

아제르바이잔 언어대학교 한국문화센터는 1994년 통•번역학부에 한국어-영어-아제르바이잔어 전공이 개설되면서 함께 문을 열었다. 센터는 한국 대사관을 통해서 한국 정부(교육부)의 CIS 한국어 교육기관 지원금을 받아서 각종 기자재와 한국어 교육 관련 참고 도서 및 가구 등을 구입해 오고 있으며, 한국국제교류재단으로부터는 매년 학술 도서를 지원받고 있다.

한국 센터는 그동안 많은 성공을 거뒀다. 이러한 성과 중 가장 중요한 것은 2015년에 한국 출판사에서 출간된 한국어 – 아제르바이잔어 사전의 편찬이다. 센터는 아제르바이잔에서 한국을 홍보하기 위해 한국의 날, 한국 전시회, 한글날, 학술회 등을 개최하고 있다.

센터는 매년 다양한 프로그램을 통해 학생들을 한국으로 유학 보내고 있다. 아제르바이잔 언어 대학교는 2007년에 한국외국어대학교, 2017년에 전북 대학교와 상호 교류 협약을 맺어 이들 대학과 학생 교류를 시작하였다.

또한, 매년 한국어-아제르바이잔어를 전공하는 본 대학교 학생들은

 한국 정부가 주관하는 정부초청장학생프로그램을 통해 학부나 대학원 석박사 과정에 입학하여 한국으로 유학 간다. 현재까지 한국에서 석사 및 박사 과정을 밟거나 졸업한 학생들의 수는 22명 정도 된다. 그 가운데 두 명은 한국에서 박사 학위를 취득하였다.

 

 

한국문화센터 수석 연구원/ 소장   

알리예바 바하르 (Aliyeva Bahar)

연락처:  (+99412) 564 22 47  (구내 전화: 116)

이메일: [email protected]

주소:  Korean Cultural Center, 102,  Tabriz str. 81. Baku

Facebook:   https://www.facebook.com/koreanculturalcenter/

 

 

Koreya Mədəniyyət Mərkəzi Azərbaycan Dillər Universitetinin nəzdində 1994-cü ildə təsis edilmişdir.

Mərkəzdə fəaliyyət göstərən Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılmış kitabxanada Koreya dilini öyrənmək və daha da təkmilləşdirmək istəyənlər üçün Azərbaycan, rus, ingilis və Koreya dillərində dərsliklər, Koreya dilində müxtəlif sahələrə dair kitablar, jurnallar,  lüğətlər, CD və DVD diskləri, Koreya ilə bağlı suvenirlər, milli musiqi alətləri və milli geyimlər var.

Koreya Mərkəzi bir sıra uğurlara imza atmışdır. Bu uğurlardan ən əsası Koreya dilini öyrənən tələbələr və eyni zamanda Azərbaycan dilinə maraq göstərənlər üçün hazırlanmış və nəşr edilmiş Koreyaca-Azərbaycanca lüğətdir. 2015-ci ildə lüğət yeni əlavələr və redaksiyadan sonra Koreyanın ‘Munyerim’ nəşriyyatında işıq üzü görərək çapdan çıxmışdır. Mərkəz Koreyanı Azərbaycanda tanıtmaq məqsədilə Koreya günləri, mahnı festivalı, elmi konfrans kimi bir sıra tədbirlər, konfranslar həyata keçirmişdir. Mərkəz gələcəkdə bədii kitab tərcüməsi, dərslik və müxtəlif sahələri əhatə edən lüğətlər hazırlamaq və coğrafi baxımdan uzaq ölkə olan Koreyanı tanıtmaq məqsədilə müxtəlif tədbirlər, festivallar və konfranslar keçirmək niyyətindədir. Bununla bərabər mərkəz Azərbaycan mədəniyyətinin Koreyada təbliğatı və tanınması yönündə də fəaliyyət göstərməyi öz qarşısına məqsəd qoymuşdur.

Mərkəz hər il müxtəlif proqramlar yolu ilə tələbələri  Koreyada təhsil almağa göndərir.

2007-ci ildə Koreyanın Xarici Dillər Universiteti ilə bağlanmış qarşılıqlı mübadilə sazişinə əsasən 2010-cu ilin sentyabr ayından etibarən  iki universitet arasında tələbə mübadiləsi başlamış və hal hazırda ildə 4 nəfər mübadilə tələbəsi olaraq Koreyanın Xarici Dillər Universitetində təhsil almağa göndərilir.

2017-ci ildə isə Koreyanın Chonbuk Universiteti ilə qarşılıqlı mübadilə sazişi imzalanmış və bu sazişə əsasən 2018-ci ildən etibarən hər il 4 nəfər  Koreyada mübadilə tələbəsi olaraq təhsil alacaqdır.

Bundan əlavə, hər il bir neçə tələbə Koreyanın dövlət və ya universitet xətti ilə Koreya universitetlərində magistratura, doktorantura pilləsi üzrə təhsil almağa yollanır. Bugünə qədər Koreya dili tərcümə ixtisasının məzunlarından 22 nəfər Koreyanın dövlət və ya universitet xətti ilə Koreya universitetlərində magistratura, doktorantura pilləsi üzrə təhsil almış və ya təhsil almaqda davam edirlər. Məzunlarımızdan iki nəfər Koreyada  fəlsəfə doktoru dərəcəsini almışdır.

 

 

Koreya Mədəniyyət Mərkəzinin baş mütəxəssisi

Əliyeva Bahar Akif qızı

Tel:  (+99412) 564-22-47  (daxili nömrə: 116)

E-mail:  [email protected]

Ünvan:  Təbriz küç. 81, Azərbaycan Dillər Universiteti, III korpus, Koreya Mədəniyyət Mərkəzi ( I mərtəbə, otaq 102 )

Facebook:   https://www.facebook.com/koreanculturalcenter/

 

SHARE