Ümumi dilçilik kafedrası

1395

Ümumi dilçilik kafedrası ADU-nun Filologiya və jurnalistika fakültəsinin əsas tədris və elmi struktur bölməsi olub bir neçə fənlər üzrə tədris, metodiki və elmi tədqiqat işçilərinin  hazırlanması, ixtisaslarının artırılması işlərini həyata keçirir. Kafedranın kollektivi Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil qanununa, ADU-nun Nizamnamə və Əsasnaməsinə uyğun olaraq formalaşdırılmışdır və fəaliyyət göstərir. Ümumi dilçilik kafedrası ADU-nun əsas kafedrası hesab olunur. Bu kafedra nəzəri biliklərin formlaşmasında aparıcı rol oynayır. Kafedranın professor-müəllim heyətinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun olaraq həyata  keçirilir. Kafedraya rəhbərlik edən şəxsin elmi dərəcəsi və elmi rütbəsi olmalıdır. Kafedra müdirinin ictimai əsaslarla təyin edilmiş və kafedra müdiri olmadığı hallarda onun vəzifələrini icra edən müavini ola bilər. Kafedranın tərkibinə kafedra müdiri, professorlar,  dosentlər, baş müəllim və müəllimlər, eyni zamanda elmi işçilər, digər kateqoriyadan olan işçilər daxildir.

Ümumi dilçilik kafedrasında tədris olunan fənlər ali məktəblərin həm bakalavr, həm də magistratura pillələrində əsas fənlər sayılır və tədris planına xüsusi fənlər kimi daxil edilir. Ümumi dilçilik kafedrasını tədris etdiyi fənlər ali məktəblərin filologiya yönlü istiqamətində həmişə diqqət mərkəzində olmuşdur. Bu fənlərin tədrisində əsas məqsəd tələbələrə elmi – nəzəri bilikləri aşılamaq, dünya dilçiliyində aparılan tədqi­qatlar zamanı əldə olunan fəlsəfi bilikləri tədris etməkdir, eyni zamanda dilçilik elminin yaranmasında xüsusi xidmətləri olan ayrı-ayrı dilçilərin, elmdəki mövqeyini, yenilikləri və kəşfləri şərh etməkdir. Dilçilik elmi bütövlükdə bəşər tarixi ilə əlaqəli olub, nəzəriyyə və fərziyyələri araşdırır və elmin inkişafı zamanı yaranmış bu nəzəriyyələri sistemləşdirir. Dilçilik elminin metodologiyası idrak nəzəriyyəsinə söykənir.

Ümumi dilçilik kafedrası 2000-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərir.

Tələbə Elmi Cəmiyyətində kafedranın  müəllimləri elmi rəhbər kimi çalışırlar. TEC-in keçirdiyi  konfranslarda Ümumi dilçilik bölməsi üzrə  tələbələrin müxtəlif elmi mövzular üzrə məruzələri dinlənilir, onların məruzələri xüsusi diqqət cəlb edir və onlara müxtəlif dərəcəli diplomlar verilir. Kafedranın  əməkdaşları tədris ili boyunca  monoqrafiyalar 50-dən çox məqalə, Beynəlxalq və Respublika səviyyəli konfranslarda məruzələr edirlər. Kafedranın əməkdaşlarından prof. A.Y.Məmmədov və prof. J.Qəribova “Azərbaycan multi­kulturalizmi” dərsliyinin həmmüəllifləridir. Kafedranın professoru H.Zərbəliyevin “Числительные в Австронезийских языках (Языковые системы счисления)” adlı kitabı Sankt – Peterburqda çapdan çıxmışdır.

 

Ümumi dilçilik kafedrasının müdiri, prof.

Məmmədov Azad Yəhya oğlu

Tel: (+99412) 441-22-78 (daxili 143)

E-mail: [email protected]

SHARE