Münaqişələrin Araşdırılması Mərkəzi elmi-tədqiqat laboratoriyası

1236

Münaqişələrin araşdırılması mərkəzi (MAM) ETL Respublikamızda və bütövlükdə regionda unikal olan elmi araşdırma strukturudur. MAM 2017-ci ilin noyabrında ADU Elmi Şurasının və Universitetin rektoru akademik K. Abdullanın əmri ilə təsis edilmişdir. 2018-ci ilin yanvar ayında s.e.f.d., dos. S.Həmidov mərkəzin rəhbəri təyin edilmişdir.

  Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • Münaqişələrin öyrənilməsində öncül təcrübəyə malik olan struktur olmaq;
  • Münaqişələrin təhlil olunması və orjinal nəzəri yanaşmaların (postulatların) hazırlanması;
  • Münaqişə, sülh, təhlükəsizlik, dövlət quruculuğu və insan hüquqları sahəsində  beynəlxalq keyfiyyət tələblərinə cavab verən araşdırmalar aparmaq və onları nəşr etdirmək;
  • Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi, geosiyasi, ideoloji, mental səbəblərini öyrənmək, həlli perspektivlərini araşdırılmaq və bununla bağlı proqnozlar hazırlanmaq;
  • Nəzəriyyə və praktika arasında əlaqə yaratmaq üçün praktik siyasətçilərlə əməkdaşlıq qurmaq;
  • Azərbacanın milli təhlükəsizliyini təhdid edən amilləri müəyyən edərək onların aradan qaldırılması istiqamətində proqnozlar hazırlamaq;
  • Beynəlxalq təhlükəsizlik və əməkdaşlıq məsələlərinin araşdırılması, kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmin maliyyələşməsi problemlərinin tədqiq olunması.

MAM dünyanın aparıcı beyin mərkəzləri ilə əlaqələr qurmaq, birgə araşdırmalar aparmaq və nəşr etdirmək istiqamətində işlər görür.

 

Münaqişələrin Araşdırılması Mərkəzi ETL-in müdiri, s.e.f.d., dos.

Həmidov Samir Sabir oğlu

E-mail: [email protected]

SHARE