ADU-da İmla müsabiqəsi keçirilib

397

Mayın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş İmla müsabiqəsi keçirilib.

Müsabiqə müxtəlif kurslar üzrə təhsil alan fransız dilli tələbələri arasında 3 kateqoriyada 30 tələbənin iştirakı ilə keçirilib.

Yazılar kafedranın müəllimləri, həmçinin Fransa səfirliyinin və Fransız İnstitutunun mədəniyyət işləri üzrə məsul şəxsi xanım Jervez Mate tərəfindən obyektiv və gizli kodlaşdırılmış şəkildə yoxlanılıb. Hər kateqoriya üzrə 3 qalib müəyyənləşdirilib.

Qalib tələbələr kafedranın müdiri dosent Ülfət İbrahim və müəllimlər tərəfindən mükafatlandırılıb.

SHARE