Azərbaycançılıq haqqında dəyirmi masa

246

ADU-nun təcrübəçi tələbələri və metodist müəllim Q.Heybətov 47 saylı Ağdam məcburi köçkün tam orta məktəbində Azərbaycançılıqla bağlı tədbir keçirib.

Q.Heybətov Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı ictimai-siyasi, sosial-iqtisadi durumu haqqında söhbət açıb. Ümumimilli lider Heydər Əliyevin başladığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Q.Heybətov Azərbaycanın ATƏT, AŞPA, İslam Konfransı təşkilatının tam hüquqlu üzvü olmaqla, dünyanın bütün ölkələri ilə əməkdaşlıq etdiyini qeyd edib.

Sonda məktəb müəllimləri, təcrübəçi tələbələr və şagirdlər 1918-ci ildə qurulmuş AXC və 1991-ci ildə yenidən öz müstəqilliyini əldə etmiş Azərbaycan Respublikası haqqında öz fikirlərini söyləyiblər.

SHARE