Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasında (ETL) maarifləndirici silsilə seminarlar keçirilib

239

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə Azərbaycan haqqında maarifləndirici silsilə seminarlar keçirilib.

Seminarlarda iyunun 22-dən avqustun 3-nə kimi Norveçdə Yay məktəbində iştirak edəcək 11 tələbə və 2 kurator iştirak edib.

Seminarın məqsədi Norveçə yollanan ADU heyətini Azərbaycan tarixi, siyasəti, mədəniyyəti haqqında maarifləndirmək idi.

Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov Azərbaycan tarixinin əsas məqamları və inkişaf mərhələləri, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, fəaliyyət dövrləri haqqında danışıb.

Azərbaycanşünaslıq ELT-nin  baş elmi işçisi professor Niyazi Mehdi Azərbaycan mədəniyyəti və incəsənəti haqqında mühazirə oxuyub, Azərbaycan xalqının mədəniyyətini digər xalqların mədəniyyəti ilə fərqləndirən xüsusiyyətlərlə bağlı danışıb.

Seminarlarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SHARE