ADU-da “Fransada təhsil” mövzusunda tədbir keçirilib

375

Azərbaycan Dillər Universitetinin (ADU) Frankofoniya Universitet Mərkəzində Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı və Kampus Fransın rəhbəri xanım Morin Raabın təşkilatçılığı ilə “Fransada təhsil” mövzusunda tədbir keçirilib.

M.Raab Fransa təhsil sistemi, universitet xərcləri, təhsil təqaüdlərini əldə etməyin yolları, peşəyönümlü təhsil, əlavə, onlayn, distans təhsil və Fransada digər təcrübə proqramları, onların üstünlüklərindən danışıb.

Sonra M.Raab tələbələrin suallarını cavablandırıb və Fransada tələbə həyatı haqqında öz məsləhətlərini verib.

Tədbirdə Təhsil fakültəsinin III və IV kurs, həmçinin Azərbaycan Diplomatik Akademiyasının (ADA) da fransızdilli tələbələri də iştirak edib.

Tədbirdə Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız Azərbaycan İnstitutunun nümayəndəsi  Leyla Əliyeva Azərbaycanda DELF, DALF, TCF imtahan qaydaları və Sabah qrupları ilə bağlı təqdimatla çıxış edib. 

SHARE