Linqvokulturologiya kafedrasının heyəti TEFL kursunda iştirak ediblər

117

Linqvokulturologiya kafedrasının müəllim heyəti “Bilim Evi” beynəlxalq tədris mərkəzinin avqust-sentyabr aylarında təşkil etdiyi TEFL (Teaching English as a Foreign Language) kursunda iştirak ediblər. Kursun məqsədi ingilis dilinin tədrisində yeni metodların tətbiqi ilə müəllimləri tanış etməkdir. Təlimin sonunda müəllimlər sertifikat və dərəcələrlə təltif olunublar. Kursu isə mütəxəssis Kamal Shayegh təşkil edib.

Eyni zamanda Linqvokulturologiya kafedrasının taşkilatçılığı ilə hər həftə “Conversation Club” keçirilir. Kafedranın peşəkar müəllimləri tərəfindən aparılan bu “Conversation Club”da hər dəfə aktual və maraqlı mövzular ətrafında söhbət baş tutur. Bunun sayəsində tələbələrin ingilis dilində danışıq bacarığı inkişaf etdirilir.
Oktyabrın 4-də keçirilən “Conversation Club”ın mövzusu “Introducing yourself” idi. Burada “Conversation Club”ın üzvləri mövzu ətrafında söhbət aparıb, fikirlərini bölüşüblər.
Bunun sayəsində “Conversation Club” tələbələrin marağına səbəb olub.
Qeyd edək ki, iştirak etmək istəyənlər hər həftə Linqvokulturologiya kafedrasına yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

SHARE