ADU-da “Azərbaycanda fransızdilli medianın rolu” adlı təqdimat keçirilib

111

Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda fransızdilli medianın rolu” adlı təqdimat keçirilib.

Təqdimatda “Le Carrefour” qəzetinin baş redaktoru, Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzeti haqqında tələbələrə məlumat verib. Baş redaktor “Le Carrefour” qəzetinin yaranması tarixindən, qəzetin ilk nəşrinin çapından, hazırkı durumundan, qəzetin elektron versiyasının fəaliyyətindən danışıb. Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək və Azərbaycanın təbliği olduğunu vurğulayan Zeynəb Kazımova qəzetin və saytın fəaliyyətinin Azərbaycan-Fransa münasibətlərinin media sahəsindəki əməkdaşlığına yönəldiyini bildirib.

Z.Kazımova qəzetin 2009-cu ildən yaradılanwww.lecarrefour.azsaytının hazırda həm də gündəlik xəbər portalı kimi uğurlu fəaliyyətindən söz açıb, Azərbaycanın təbliği və tanıdılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumilikdə, Azərbaycan həqiqətlərinin fransızdilli xarici auditoriyaya çatdırılmasında qəzetin və saytın ölkəmizdəki və dünyadakı frankofon oxuculara istiqamətləndiyini bildirib.

Baş redaktor qəzetin fəaliyyətinin həm də Fransanın ölkəmizdə tanıdılması, Fransaşünas, fransız dili üzrə təhsil alan, bu dillə maraqlanan və fransız dilini sevən insanların böyük maraqla izlədiyini və onların maraq dairəsində olduğunu deyib. Zeynəb Kazımova qəzetin Fransanın TV5 Monde və Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əlaqələrindən də danışıb.

Azərbaycan və Fransa mətbuatını müqayisə edən Z. Kazımova iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

SHARE