“Cümhuriyyətimizin dəyərləri: 9 noyabr milli bayraq günü” mövzusunda mühazirə keçirilib

192

Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov tərəfindən “Cümhuriyyətimizin dəyərləri: 9 noyabr milli bayraq günü” mövzusunda birgə mühazirə keçirilib.

E.İbrahimov keçirilən dərsin mahiyyəti haqqında ümumi məlumat verərək, bildirib ki, birgə mühazirələr ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayevin ideyası əsasında təşkil edilir. E.İbrahimov bu tip mühazirələrin xarici ölkələrin universitetlərində çoxdan tətbiq edildiyini və bu mühazirələrin tələbələrin biliklərini daha da təkmilləşməsinə öz töhfəsini verəcəyinə inandığını qeyd edib.

E.İbrahimov Cümhuriyyət dövrünün dəyərlərindən, xüsusilə 9 noyabr 1918-ci ildə də qəbul edilən Azərbaycan bayrağı haqqında tələbələrə geniş mühazirə söyləyib.

Daha sonra“Azərbaycan dili və nitq mədəniyyəti” fənninin məqsəd və vəzifələrindən söz açan, bu fənnin dilçiliyin nəzəri deyil, təcrübi sahəsi olduğunu qeyd edən O.Babayeva bu məqsədlə tələbələrin Cümhuriyyət dövrümüzün dəyərlərinin öyrənilməsi, Azərbaycan bayrağını və dünya dövlətlərinin bayraqları haqqında nitqlərin dinlənilməsi, həm xarici dildə tərcümənin qaydaları, həm də düzgün nitqin tələbləri ilə qiymətləndirilməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd edib.

Birgə mühazirənin sonunda tələblərin sualları cavablandırılıb.

SHARE