“Dillər Universiteti beynəlxalq səviyyəli statusu ilə fəxr edə bilər” – dünya alimləri bizə təşəkkür edirlər

198

Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər universitetlərinin akademik heyəti iştirak edib. Konfransda iştirak edən alimlər universitetin ünvanına xoş sözlər yazıblar. Həmin məktublardan bəzilərini təqdim edirik.

* * *

“Azərbaycan xalqını salamlayıram. Mənim adım Robert Biankidir. Əslən Kanadalıyam, Orta Şərq ölkəsi Qətərin Doha şəhərində yaşayıram və Virciniya Commonwealth Universitetinin ingilis dili şöbəsində müəllim işləyirəm. Burada olduğum üçün çox şadam. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Deməliyəm ki, ölkənizin mehribanlığı, qonaqpərvərliyi ilə əhatə olunmuşam. Azərbaycan Dillər Universiteti və  tədris etdiyiniz bütün dillər məndə çox dərin təəssürat yaratdı. Çox dil sevdiyim üçün burada olmaq olduqca maraqlıdır. Mən heç zaman bu qədər gözəl təşkil olunmuş və qonaqlarına qarşı bu qədər diqqət və qayğı göstərən konfransda iştirak etməmişəm. Bu cür imkan yaradıldığı üçün çox minnətdaram. Bu gün şəhər kənarını gəzdim. Bakı demək olar ki, səfər etdiyim ən gözəl şəhərlərdən biridir. Bura gəlməzdən öncə Bakı haqqında heç bir fikrim yox idi. Artıq burdayam və heyran olmuşam. Çox gözəl yerdir. “Şehir çok güzeldir””.

Robert Bianki – dosent, Virciniya Commonwealth Universiteti, Doha, Qətər

* * *

“Konfrans tətbiqi dilçiliyin, sosiolinqvistikanın, tərcüməşünaslığın, xarici dillərin tədrisinin, eksperimental dilçiliyin müxtəlif aspektlərinə həsr olunub. Bütün dünyada olduğu kimi Azərbaycanda da linqvistika məsələlərinin inkişafı prosesi eynidir. Təəssüf ki, yetərincə fənlərarası tətqiqatlar aparılmır. Digər məsələ isə maliyyə ilə bağlıdır. Misal üçün böyük miqyaslı təcrübələr keçirmək və iştirakçılar cəlb etmək üçün maliyyə tələb olunur. Həmçinin, böyük həcmli məlumatların təhlili və təkmilləşdirilməsi üçün mütəxəssislər lazımdır. Buna görə irəli getmək, inkişaf etmək, fənlərarası tədqiqatlar aparmaq və ölkələr arasında əməkdaşlıq yaratmaq lazımdır”.

Yevgeniya Rıkova – Paul Sabatyer Universitetinin doktorantı, Tuluza, Fransa

* * *

“Mən Polşada, Konin Dövlət Tətbiqi Elmlər Universitetində dilçilik elmi üzrə

professoram. Bu konfransa dilçilik elmi üzrə tanınmış professor A.Məmmədovun dəvəti ilə gəlmişəm. Dəvətinizi sevərək qəbul etdim. Bakıya dünən gəldim. Gözəl şəhərinizi gəzməyə vaxtım olmasa da, köhnə şəhərin küçələri ilə gəzməyə imkan tapdım. İlk növbədə, tikililərinizin gözəlliyinə heyran oldum. İnkişaf edən paytaxt şəhərinizin gözəl struktura malik binaları, deyərdim ki, çox valehedicidir.

Universitetinizdə qonaqpərvərliklə qarşılandım. Həm hörmətli rektor  K.Abdullayev, həm universitetinizin əməkdaşları bizi çox gözəl qarşıladı. Universitetinizdə tədris olunan dillər məndə gözəl təəssürat yaratdı.

Bu,  Azərbaycan Dillər Universiteti və Konin Dövlət Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq üçün çox yaxşı perspektivdir. Biz iki universitet arasında Erasmus proqramı üzrə əməkdaşlıq üçün ilkin müqavilə imzalamışıq. Bu proqram çərçivəsində müəllim-tələbə mübadiləsi deməkdir. Beləliklə, gələcəyə ümidlə baxaq”.

Barbara Levandovska – professor, Konin Dövlət Tətbiqi Elmlər Universiteti, Dil, ədəbiyyat və tərcümə araşdırmaları departamentinin müdiri, Polşa

 

* * *

“Bakı haqqında fikirlərim çox müsbətdir. Bura ilk gəlişimdir və bu gözəl şəhərdə olduğuma çox şadam. İçəri şəhəri, Bulvarı və Xəzər dənizini  görmək imkanım oldu. Bu, məndə gözəl təəssürat yaratdı.

İtalyan dilində təhsil alan tələbələrin hazırlıqları yaxşıdır. Tələbələrin bu sahədə nəticələri çox sevindiricidir. Mən İtalyanam və Palacky Universitetində italyan dilini tədris edirəm. Təxminən 40-50 tələbənin olduğu italyan dili dərsində  iştirak etdim.  Aşağı kurs tələbələri olduqlarına baxmayaraq, tələbələr orta səviyyədən də yüksək biliyə malikdirlər. Bu təcrübəyə imkan yaratdığınız üçün universitetinizə çox minnətdaram.

Konfrans haqqında çox müsbət fikirdəyəm. Tətbiqi dilçilik hal-hazırda psixolinqvistika, hesablama təhlili,  xarici dilin öyrənilməsi və tədrisi kimi məsələlərin əsas mahiyyətini təşkil edir”.

Marko Petoliçio – Palacky Universiteti,  Roman dilləri fakültəsinin müəllimi, Çexiya

* * *

“Beynəlxalq konfransın keçirilməsinə görə sizə təşəkkürümü bildirirəm. Bütün çıxışlar maraqlı və faydalı idi. Mədəniyyət proqramı mükəmməl şəkildə təşkil edildi. Qonaqlara hər bir iştirakçıya verilən qonaqpərvərlik diqqətə layiq idi. Mən heyətə və tələbələrə xüsusi təşəkkürümü bildirirəm, bizə çox kömək etdilər. Azərbaycan Dillər Universiteti beynəlxalq səviyyədə statusu və fəal işi ilə fəxr edə bilər. Universitetin rektoru akademik Kamal Abdulla, qonaqpərvərliyiniz və mehribanlığınızın qarışısında minnətdarlıq edirəm!”

Dərin hörmətlə, Milli və Dünya İqtisadiyyatı Universitetinin Xarici dillər və tətbiqi dilçilik kafedrasının  b/m. Olqa Lazova

* * *

“Bakı haqqında fikirlərim çox müsbətdir. Bura ilk gəlişimdir və bu gözəl şəhərdə olmağıma çox şadam. İçərişəhər, Dənizkənarı Milli Parkda gəzmək imkanım oldu. Bu, məndə gözəl təəssüratlar yaratdı.

İtalyan dilində təhsil alan tələbələrin hazırlıqları yaxşıdır. Konfrans haqqında çox müsbət fikirdəyəm. Tətbiqi dilçilik hal-hazırda psixolinqvistika, heablama təhlili,  xarici dilin öyrənilməsi və tədrisi kimi məsələlərin əsas mahiyyətini təşkil edir”.

Palaski Universiteti,  Roman Dilləri Fakültəsinin müəllimi, Çexiya Marko Petoliçio 

* * *

“Konfrans haqqında çox müsbət fikirdəyəm. Tətbiqi dilçilik hal-hazırda psixolinqvistika, hesablama təhlili, xarici dilin öyrənilməsi və tədrisi kimi məsələlərin əsas mahiyyətini təşkil edir”.

Palaski Universiteti, Roman dilləri fakültəsinin müəllimi, Çexiya

* * *

Hörmətli, Sevda xanım və Azad müəllim!

“Dəvət üçün sizə çox təşəkkür edirəm. Mən və həyat yoldaşım Bakı şəhərində inanılmaz təcrübə qazandıq. Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamala Abdullaya minnətdarlığımı bildirirəm. İnanıram ki, görkəmli alim, professor Azad Məmmədovla əməkdaşlığımız gələcəkdə də davam edəcək.

Şadam ki, görkəmli elm adamları, iş yoldaşları, tədbirin mükəmməl təşkilatçıları Sevda İmanova və onun həyat yoldaşı Aydın İmanovla tanış oldum. Eyni zamanda Nahidə İmanova ilə tanış oldum. Biz elm sahəsində gələcək də qarşılıqlı əməkdaşlıq və inkişaf gözləyirik. Sizin qonaqpərvərliyiniz və mehribanlığınızın qarışısıda minnətdarlığımı bildirirəm. Yenidən universitetinizi ziyarət etmək mənim üçün böyük bir fəxrdir. Sizə və bütün mükəmməl tələbələrinizə böyük uğurlar arzulayıram”.

Barbara Levandovskya

* * *

“Günaydın, Aysel xanım!

Sizin qonaqpərvərliyiniz və mehribanlığınız qarışısında minnətdarlıq üçün söz tapa bilmirəm. Evə hər cür təhlükədən uzaq qayıtdım. Əminəm ki, Bakıda və Varşavada yenidən görüşəcəyik”.

Hörmətlə, Iqa Lehman

SHARE