Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib

170

Azərbaycan Dillər Universitetində 8 noyabr Bayraq günü münasibətilə 3 saylı tədris korpusunun Akt zalında tədbir keçirildi. Tədbirə Psixologiya kafedrası təşkilatçılıq edirdi. Psixologiya kafedrasının baş müəllimi Könül Babayeva dərs dediyi qruplar olan 113a-b və bir neçə digər qrup tələbələri ilə birlikdə tədbirdə çıxış etdilər.

Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektorun məsləhətçisi i.f.d.Anar Osmanlı, Təhsil fakültəsinin dekanı prof. Fikrət Cahangirov, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı dos. Bənövşə Məmmədova, Psixologiya kafedrasının müdiri psixo.f.d. Şəlalə Babayeva və universitetin professor-müəllim heyəti iştirak etdilər.

Tədbir, Azərbaycan dövlət himninin sədaları altında 3 rəngli, ay-ulduzlu dövlət bayrağının zala gətirilməsi ilə açıldı. Daha sonra tələbələrdən Nurlan Tağıyev və digərləri bayrağın millət, xalq üçün tarixi əhəmiyyətindən danışdılar. Sonra isə tədbirdə iştirak edən ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist, müharibə veteranı İbrahim Rüstəmli tələbələrin vətənpərvərlik tərbiyəsi mövzusunda çıxış etdi.

Tədbirdə həmçinin tələbələr rəqs, şeir, musiqi ifaları ilə çıxış etdilər.

“Bayraq” şeirini söyləyən Mehdili Alzamanın çıxışı hər kəs ayaq üstə alqışladı. Maraqlı çıxışlardan biri də Murad Əliyevın müğam ifasını Rza Rufullayevin gitara ilə müşayiət etməsi oldu.

Azərbaycanın ucqar rayonlarından, eləcə də xarici ölkələrdən tələbə və müəllimlərin “Bayraq günü” münasibətilə təbriklərini əks etdirən videoçarxlar nümayiş etdirildi.

Psixologiya kafedrasının baş müəllimi Könül Babayeva çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən tələbələrə öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda Universitetin Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov çıxış edərək fəal iştirak edən Osmanova Aytac, Sadıqlı Sahilə, Cümşüdova Aygün, Mirzəyeva Sədiqə, Seyidzadə Əsmər, Əhmədova Zeynəb, Lətifli Səma, İsmayılzadə Fidan, Tağıyev Nurlan, Asəfova Aytən, Hidayətli Nigar, Mehbalıyev Mehman, Həsənova Leyla, Mehdili Alzaman, Həsənli Afaq, İbrahimova Dinarə, Fərzəliyev Müzəffər, Verdiyeva Aytən, Əliyev Murad, Babayeva Samirə, Rufullayev Rzaya “Təşəkkürnamə” təqdim etdi.

SHARE