Konfutsi İnstitutu Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirib

63

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dövlət Bayrağı Gününə həsr olunmuş “Azərbaycan və Çin bayraqları dostluq və əməkdaşlıq simvollarıdır” adlı tədbir keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da Dövlət Bayrağı Gününün qeyd olunduğunu bildirib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Azərbaycan Dövlətinin suverenlik rəmzi olan Dövlət bayrağının xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Daha sonra Konfutsi İnstitutunun əməkdaşı Vu Jingjing Çin bayrağının tarixi və bu günü haqqında videoçarxla çıxış edib.

SHARE