“Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası” kafedrasının müəllimləri hesabat veriblər

232

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi “Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası” kafedrasının müəllimləri Rəna Əliyeva və Elvira İmanova Erasmus+ proqramı çərçivəsində 22-26 oktyabr tarixlərində keçdikləri təlim-seminar barədə hesabat veriblər.

Qeyd olunub ki, təcrübə mübadiləsi zamanı Rəna Əliyeva və Elvira İmanova İspaniya Mursiya Universiteti Tərcümə fakültəsinin tələbələri üçün seminar dərslər aparıb, ölkəmiz və universitetimiz haqqında maraqlı təqdimatlar ediblər. Həmçinin müəllimlərimiz Mursiya Universitetinin “Espinardo” kampusunda Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lucilia Fonseca ilə görüşdə iştirak edib və ətraflı fikir mübadiəsi aparıblar.

Rəna Əliyeva və Elvira İmanova Azərbaycan Dillər Universiteti, tələbələrimiz, imtahanların təşkili, tələbələrin bədii qiraəti, kitabxana və s. barədə Mursiya Universiteti Tərcümə fakültəsinin  müəllim və  tələbələrini maraqlandıran suallara cavab veriblər.

SHARE