“Tərcümə tədrisi zamanı internet forumun tətbiqi” seminarı keçirilib

108

Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Dilşad Pənahovanın təqdimatında “Tərcümə tədrisi zamanı internet forumun tətbiqi” adlı seminar keçirilib. Seminarda fakültə dekanı, kafedra müdirləri, müəllim və tələbələr iştirak edib.

Dilşad Pənahova pulsuz internet forumun istifadə qaydası, tədris zamanı  forumun faydaları haqqında ətraflı məlumat verib. Forumdan istifadəyə dair 2017-2018-ci tədris ilinin II semestrində tələbələrlə aparılmış sorğuların kəmiyyət və keyfiyyət xarakterli müsbət və mənfi nəticələri dinləyicilərə təqdim edilib. Nəticələrdən belə məlum olub ki, tələbələrin marağına səbəb olan bu internet forum məşğələ tipli nəzəri fənlərin tədrisində daha böyük imkanlara malikdir. Seminar zamanı məkan və zaman ölçüləri ilə şərtlənməyən bu İKT vasitəsinin tərcümənin əyani tədrisinə verə biləcəyi töhfələrlə bağlı iştirakçılar arasında məhsuldar müzakirələr aparılıb.

SHARE