“Xalq şeirində təsəvvüf” elmi seminarı keçirilib

399

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan ədəbiyyatı kafedrası”nın təşkilatçılığı ilə “Xalq şeirində təsəvvüf” elmi seminarı keçirilib. Heydər Əliyev lektoriyasında baş tutan seminar Türkiyənin Ege Univeristetinin professoru, folklor və xalq ədəbiyyat tədqiqatçısı Fikrət Türkmənin iştirakı ilə keçirilib.

Seminarda ADU-nun rektoru akademik Kamal Abdulla, “Azərbaycan ədəbiyyatı kafedrası”nın müdiri akademik Muxtar İmanov və “Azərbaycan dilçiliyi kafedrası”nın müdiri Adil Babayev, o cümlədən müəllim və tələbə heyəti iıştirak edib.

Professor Fikrət Türkmən müharizəsində təsəvvüf elmi nədir, onun  tarixi, islam dini ilə bağlılığı, sufi ifadəsinin mənşəyi və bu elmin incəlikləri haqqında müəllim və tələbələrə məlumat verib.

Fikrət Türkmənin mühazirəsindən sonra çıxış edən Kamal Abdulla təsəvvüf elmi haqqında öz fikirlərini bildirib. Rektor Fikrət Türmənlə olan dostluğu və tələbələrin elmi seminara  göstərdiyi diqqəti xüsusi vurğulayıb.

SHARE