ADU-nun əməkdaşının “İspan-ingilis-Azərbaycan dillərində tematik lüğəti” Riqada nəşr olunub

52

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının ingilis dili müəllimi Aidə Bəşirovanın “İspan-ingilis-Azərbaycan dillərində tematik lüğəti” Riqada nəşr olunub. Lüğət “İntenational Book Market Service LTD, OmniScriptum Publishing Group”-un üzvü olan “LAP LAMBERT Academic Publishing” adlı nəşriyyat evində çapdan çıxıb.

Aidə Bəşirova bildirib ki, lüğətin çap olunmasının maraqlı tarixçəsi var. “LAP LAMBERT Academic Publishing” nəşriyyat evinin baş redaktoru Anastasia Startseva “Filologiya məsələləri” jurnalında onun “Phonetic & Grammatical Differences between English & Spanish” adlı məqaləsi ilə tanış olub.

Daha sonra Anastasia Startseva ispan və ingilis dili üzrə birgə işləməyi təklif edib.

Lüğət www.MoreBooks.shop–da onlayn satışdadır.

SHARE