Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul ELANI

309

Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 774 s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  1. Ərizə (Azərbaycan Dillər Universiteti rektorunun adına);
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
  3. Tərcümeyi-hal;
  4. 3 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  5. İş yerindən xasiyyətnamə;
  6. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları   təhsil sənədlərinin tanınması haqqında şəhadətnaməni də təqdim etməlidirlər);
  1. İş stajı olanlar – əmək kitabçasının surəti, əmək fəaliyyəti ilə məşğul olmayanlar isə – müvafiq arayış
  2. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  3. Çap olunmuş elmi əsərlərin siyahısı (seçilmiş ixtisas üzrə minimum 2 əsər, çap olunmuş jurnalın üz qabığının və mündəricatının surəti əlavə olunmaqla);
  4. Məqaləsi olmayan və doktoranturaya sənəd verənlər – seçilmiş ixtisas üzrə  referat

(20-25 səh);

  1. Elmi rəhbərin razılıq məktubu.

İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlərin seçdikləri ixtisasa uyğun işləmələri tələb olunur.   

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Elmlər doktoru proqramı üzrə qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  1. Ərizə (Azərbaycan Dillər Universiteti rektorunun  adına);
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi;
  3. Tərcümeyi-hal;
  4. 3 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
  5. İş yerindən xasiyyətnamə;
  6. Ali təhsil müəssisəsini bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surətləri  (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları   təhsil  sənədlərinin tanınması haqqında şəhadətnaməni də təqdim etməlidirlər);
  1. Elmlər namizədi (fəlsəfə doktoru) diplomunun və dosent attestatının (əgər varsa) surəti;
  2. Əmək kitabçasının surəti;
  3. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  4. Çap olunmuş elmi əsərlərin siyahısı (çap olunmuş jurnalın üz qabığının və mündəricatının surəti əlavə olunmaqla);

İddiaçının malik olduğu sertifikatların (diplomların və s.) surətləri sənədlərə əlavə oluna bilər.

Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlərin seçdikləri ixtisasa uyğun işləmələri tələb olunur.   

Doktoranturaya sənədlər 2019-cu il yanvar  ayının 3-dək qəbul edilir.

Qəbul imtahanları 2019-cu il yanvar ayının 7-dən  18-dək keçiriləcəkdir.

İstehsalatdan ayrılmaqla dövlət büdcəsi hesabına təhsil alan doktorantlar təqaüdlə təmin olunurlar.

Qəbul olunanların yataqxana ilə təmin edilməsi nəzərdə tutulmur.

Azərbaycan Dillər Universitetinə fəlsəfə doktoru proqramı üzrə 2018-ci il üçün doktorantların və dissertantların təhkimolunma yolu ilə qəbulu planı

 

 

 

 

Elm sahələri və ixtisaslar

                  Doktoranturaya qəbul planı Dissertanturaya qəbul planı
 

 

o cümlədən

 

 

 

Cəmi

 

 

Büdcə hesabına

 

 

 

Ödənişli əsaslarla

Cəmi

 

 

Büdcə hesabına

 

 

Ödənişli əsaslarla

FİLOLOGİYA ELMLƏRİ 57 əyani qiyabi əyani qiyabi
Dil nəzəriyyəsi 5704.01 2 1 1 2 1 1
Azərbaycan dili 5706.01 1 1 1 1
German dilləri 5708.01 3 1 1 1 3 1 2

 

Roman dilləri 5709.01 1 1 2 1 1
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 3 1 2 3 1 2
Azərbaycan ədəbiyyatı 5716.01 1 1 1 1
Dünya ədəbiyyatı

 

5718.01 1 1 2 1 1
PEDAQOGİKA 58
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası 5801.01 2 1 1 2 1 1
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5804.01 2 1 1
 Beynəlxalq münasibətlər 5901.01 2 1 1 2 1 1
PSİXOLOGİYA 61
Sosial psixologiya 6114.01

 

1 1 2 1 1
Cəmi:

 

19 8 3 2 6 20 10 10

 

 

Azərbaycan Dillər Universitetinə elmlər doktoru proqramı üzrə 2018-ci il üçün doktorantların və dissertantların təhkimolunma yolu ilə qəbulu planı

 

 

 

 

 

Elm sahələri və ixtisaslar

                  Doktoranturaya qəbul planı Dissertanturaya qəbul planı
 

 

o cümlədən

 

 

 

Cəmi

 

 

Büdcə hesabına

 

 

 

Ödənişli əsaslarla

Cəmi

 

 

Büdcə hesabına

 

 

Ödənişli əsaslarla

FİLOLOGİYA ELMLƏRİ 57 əyani qiyabi əyani qiyabi  

 

Dil nəzəriyyəsi 5704.01 1

 

 

 

1 1 1
Azərbaycan dili 5706.01
German dilləri 5708.01 1 1 1 1
Roman dilləri 5709.01 1 1 1 1
Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik 5714.01 1 1
Azərbaycan ədəbiyyatı 5716.01 1 1
Dünya ədəbiyyatı

 

5718.01 1 1
PEDAQOGİKA 58
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası 5801.01 1 1
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi 5804.01
 Beynəlxalq münasibətlər 5901.01 1 1
PSİXOLOGİYA 61
Sosial psixologiya

 

6114.01 1 1
Cəmi:

 

4 1 3 8 3 5

 

SHARE