Frankofoniya Universitet təşkilatının tələbələr üçün müsabiqəsi – ŞƏRTLƏR

52

“Prix Jeunes Écritures”

Frankofoniya Universitet təşkilatı və RFİ (Radio France Internationale) beynəlxalq radiosu ilə birgə əməkdaşlıq çərçivəsində dekabrın 3-dən etibarən “Prix des jeunes écritures (Gənc Yazarlar mükafatı) adlı müsabiqə elan edir.

Frankofoniya Universitet təşkilatına üzv olan (Azərbaycan Dillər Universiteti də daxil olmaqla)  fransızdilli universitetlərin 18-29 yaş arası bütün tələbələri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin şərtlərinə görə:

– bütün iştirakçılar maximum 15000 sözdən ibarət (ara məsafələr daxil olmaqla) öz qısa hekayələrini yaratmalıdırlar;

– hər bir iştirakçının yalnız bir bədii hekayə ilə müsabiqədə iştirak etmək hüququ var;

– hər bir iştirakçının hekayəsi aşağıda qeyd edilən başlıq altında başlamalıdır:

“Toute histoire commence un jour, quelque part” – “hər hekayə bir gün hardasa başlayır”.

–  İştirakçıların bədii hekayələri 13 yanvar 2019-cu il tarixinə kimi  www.short-edition.com  saytında yerləşdirilməlidir və bütün iştirakçıların online qeydiyyatdan keçmələri mütləqdir;

– Müsabiqə 2 mərhələdən ibarət olacaq və laureatlar 20 mart 2019 tarixində Beynəlxalq Frankofoniya Günləri münasibəti ilə təşkil olunmuş tədbirdə elan olunacaq;

– Ən nəhayət, müsabiqədə qalib gələn laureatlar Parisə bir həftəlik mədəni və bədii təcrübələrlə dolu səyahət qazanacaq.

Müsabiqədə iştirak, qeydiyyatla bağlı digər ətraflı məlumatlar əldə etmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

https://short-edition.com/fr/prix/jeunes-ecritures-2019

SHARE