İndoneziya Respublikasının Nümayəndələr Palatasının üzvləri ADU-da olub

95

Dekabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İndoneziya Respublikasının Nümayəndələr Palatasının 15 üzvü və 5 əməkdaşından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri professor Həbib Zərbəliyev, mərkəzin müdiri Laura Zərbəliyeva, İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani, eyni zamanda Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

Tədbirdə əməkdaşlıq perspektivləri, ölkələrarası əlaqələrin inkişafı haqqında müzakirələr aparılıb. Nümayəndələr ADU-da İndoneziya dilinin tədris olunmasının təqdirəlayiq hal olduğunu söyləyiblər.

İndoneziya Araşdırmalar Mərkəzi, buradakı kitablar, İndoneziya mədəniyyət nümunələri ilə yaxından tanış olan qonaqlar Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Pada tanggal 3 Desember Pusat Studi Indonesia, Universitas Bahasa-Bahasa Azerbaijan mengadakan pertemuan dengan delegasi Dewan Perwakilan Rakyat Republik yang terdiri dari 15 anggota dan 5 staff.

          Pertemuan tersebut dihadiri Prof. Habib Zarbaliyev, kepala Departemen Penelitian dan Publikasi Ilmiah, Laura Zarbaliyeva, kepala Pusat Studi Indonesia, Husnan bey Fananie, Duta Besar Luar Biasa dan Berkuasa Penuh Republik Indonesia di Azerbaijan, dan mahasiswa-mahasiswa jurusan Kajian Indonesia, Fakultas Hubungan Internasional dan Manajemen.

Dalam acara itu dibahas prospek kerjasama dan perkembangan hubungan antara kedua negara. Menurut tamu-tamu, pengajaran bahasa Indonesia di Universitas Bahasa-Bahasa Azerbaijan adalah hal yang sangat terpuji. Mereka juga memuji kegiatan Pusat Studi Indonesia dalam mempromosikan kebudayaan Indonesia dengan mengadakan berbagai macam acara.

Pertemuan itu dilanjutkan dengan sesi tanya jawab di mana para mahasiswa sangat antusias dalam menyampaikan pertanyaan mereka kepada para anggota DPR.

SHARE