Azərbaycan Dillər Universitetində “Tərcümə problemləri” mövzusunda konfrans keçiriləcək

297

  Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Tərcümə problemləri” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında əmr imzalayıb. Əmrdə qeyd olunub ki, konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün  təşkilat komitəsi yaradılsın.

Daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmələri, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmələri, tezislərin elmi səviyyəsinə diqqət yetirmələri, həmçinin konfrans zamanı seçilmiş, yüksək elmi tutumlu məruzələrin universitetdə nəşr olunan elmi jurnallarda dərc olunmasının tövsiyə edilməsi, konfransın ödənişli əsaslarla keçirilməsi üçün məbləği müəyyən etmələri təşkilat komitəsinə tapşırılıb.

 

 

1

 

Abdullayev K.M.

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, sədr

 

2

 

Abdullayev Ə.Ə.

 

Tədris işləri üzrə prorektor, professor, sədr müavini

 

3

 

Məmmədova B.G.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, dosent, sədr müavini
 

4

 

Abdullayeva F.B.

 

Dil və Tərcümə xidmətləri mərkəzinin müdiri, dosent, üzv

 

5

 

Bayramov Q.H.

 

“Tərcümə araşdırmaları” ETL-in müdiri, professor, üzv

 

6

 

Əliyeva H.Ə.

 

ADU-nun elmi katibi, dosent, üzv

 

7

 

Əmirova T.H.

 

Xarici dillər kafedrasının müdiri, fil.f.d., dosent, üzv

 

8

 

Həsənov S.H.

 

Elm və təhsil məsələləri üzrə müşavir, dosent, üzv

 

9

 

Hüseynov S.B.

 

Tərbiyə işləri üzrə prorektor, üzv

 

10

 

Hacıyeva M.Ə.

 

German dillərinin tərcüməsi kafedrasının müdiri, fil.f.d., üzv

 

11

 

İmanova S.R.

 

Elmi əməkdaşlıq şöbəsinin müdiri, ped.f.d., dosent, üzv

 

12

 

Məmmədov A.Y.

 

Ümumi dilçilik kafedrasının müdiri, fil.e.d., professor, üzv

 

13

 

Quliyeva A.V.

 

Roman dillərinin tərcüməsi kafedrasının müdiri, fil.f.d., üzv

 

14

 

Zeynallı C.A.

 

Sayt şöbəsinin müdiri, üzv

 

15

 

Zərbəliyev H.M.

Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri, professor, üzv

 

SHARE