“Hüseyn Cavid və dünya ədəbiyyatı” konfransında iştirak üçün ŞƏRTLƏR

664

 

12 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Hüseyn Cavid və türk dünyası
  2. Hüseyn Cavid və Şərq ədəbiyyatı
  3. Hüseyn Cavid və Qərb romantizmi

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap ediləcəkdir.

Məruzələrin son göndərilmə tarixi:                                          15 mart 2019-cu il

         Məruzələrin  tərtibinə qoyulan tələblər:  

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
  • məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
  • məruzə elektron və ya kağız variantda təqdim olunmalıdır;
  • 15 martdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.          

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi,a134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (2 57)

Mob: (+994 55) 658 11 40 (S.R.İmanova)

E-mail:  [email protected]

 

QEYDİYYAT VƏRƏQİ

“Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi  konfransı

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                      
Təmsil etdiyi müəssisə, şəhər  
Telefon nömrəsi, elektron ünvanı  

 

 

SHARE