Məktəblilər Azərbaycan Dillər Universiteti ilə yaxından tanış olmağa maraqlıdırlar

184

Abşeron rayonu, Mehdiabad qəsəbə 4 №-li tam orta məktəbin direktoru Elnura Cavadzadə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya məktub ünvanlayıb. Həmin məktubu təqdim edirik.

 “Ölkəmizin flaqman ali məktəbləri sırasında olan Dillər Universitetinə rəhbər təyin olunduğunuz gündən bu tədris ocağında qısa müddətdə gördüyünüz işlər ölkə gəncliyinin diqqətini cəlb edib.

Hörmətli akademik, Sizin həm də ədəbiyyat, söz adamı olmağınız tələbələriniz arasında hər kəlmənizin atalar sözü kimi qəbul edilməsinə dəlalət edir. Bu da ədəb-ərkan, ciddi nizam-intizamı şərtləndirən vacib amildir.

Məhz bu səbəbdən bir qrup şagirdimizin ali məktəb seçmək işinə peşəkar yardım məqsədilə rəhbərlik etdiyiniz universitetlə tanışlıq ekskursiyasına gəlməyinə köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Ziyarət zamanı nurlu çöhrənizi görmək, şəxsən Sizinlə kiçik ünsiyyət qurmaq imkanı əldə etsək, bu, şagirdlərimizi çox məsud edər”.

SHARE