Professor Nigar Vəliyeva: “Vüsalə Ağabəylinin çıxışı şər və böhtan xarakteri daşıyır”

1511

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının professoru, filologiya elmləri doktoru Nigar Vəliyeva Filologiya və Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli tərəfindən deyilən fikirlərə qəti etirazını bildirib.

Professor Nigar Vəliyeva bildirib ki, Vüsalə Ağabəylinin çıxışı şər və böhtan xarakteri daşıyır:
“Bu, sadəcə vəzifə davasıdır və özünü müdafiə etməkdən ötrü “qara məni basınca qoy qaranı mən basım” deməkdir. “Oğru elə bilir hamı oğrudur”, “Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı” və s. kimi frazeoloji vahidlər dərhal yada düşür”.

Nigar Vəliyeva əlavə edib ki, Azərbaycan Dillər Universiteti təməli qoyulan gündən şərəfli yol keçir:
“ADU-nun məzunları Xarici İşlər Nazirliyində, Təhsil Nazirliyində, İqtisadiyyat Nazirliyində, Mədəniyyət Nazirliyində, Gənclər və İdman Nazirliyində, Dövlət Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində, nüfuzlu beynəlxalq statuslu neft və qaz şirkətlərində, bütün ali təhsil ocaqlarında, məsələn, ADA, BDU, Lomonosov adına Moskva Dövlət Universitetində şərəflə öz peşələrini təmsil edirlər. Məncə, bunları görməmək, görüb danmaq böyük şərəfsizlikdir. Ar olsun ADU-nun adına və şərəfinə ləkə gətirən şəxslərə! Mən çox utanıram ki, belə xoşagəlməz hal ilə bəziləri  gündəmə gəlmək və gündəmdə olmaq istəyir. Biz qalmaqal yaşayan səviyyəsiz şou adamları deyilik, biz şərəfli müəllim-alim, Azərbaycanın ziyalı elitasının nümayəndəsi olaraq xoşagəlməyən şəxsləri universitetdən uzaqlaşdırmalıyıq. Ən azı “abır -həya” anlayışını yaddan çıxarmaq olmaz”.

SHARE