Berlin Humbolt Universitetinin professoru Klaudia Luks Azərbaycan Milli Elmlər Akademiyası Kitabxanasında olub

55

Azərbaycan Milli Elmlər Akademiyası Kitabxanasında  “Müasir kitabxana –informasiya sahəsində aktual problemlər və trendlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada respublikanın bir sıra akademik və kütləvi kitabxana nümayəndələri iştirak edib.

34 minlik tələbə heyəti olan Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biri sayılan  Berlin Humbolt Universitetinin professoru, Qətər Milli kitabxanası layihəsinin 5 il ərzində direktoru olan Klaudia Luks “Müasir kitabxana –informasiya sahəsində aktual problemlər və  trendlər” mövzusunda kitabxanalarda müasir tələblərin həlli yolları haqqında (müasir kitabxana və gələcəyin üstünlükləri: oxusu, kitabxana və etibarlı mənbə, insan resursları, maliyyə, təchizat, sayt, kitabxanada texnologiyanın inkişafı, təmayüllərlə rəqəmsal formatlar (3-D print) tətbiq etdirilməsi) geniş məlumat verib. O, məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi üçün respublika kitabxanalarının vahid mübadilə portalı, vahid  kataloq standartının tətbiqi, çağırışlar və trendlər  kimi mövzular ətrafında fikir mübadiləsi aparıb, həlli yollarını və öz təcrübələrini Azərbaycanın ali təhsil və kütləvi kitabxana nümayəndələri ilə bölüşüb.

SHARE