Tələbələr və magistrlər arasında Nəsimiyə həsr olunan müsabiqə keçiriləcək – ŞƏRTLƏR

249

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya müraciət məktubu ünvanlayıb. Məktubda qeyd olunur ki, bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunmağı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilib. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli-mənəvi dəyərlərin təbliği baxımdan xüsusi əhəmiyyətini nəzərə alaraq, cari ilin aprel ayında ADMİU-da “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçiriləcəkdir. Bununla bağlı ADU tələbələri müsabiqədə iştirak etməyə dəvət olunur.

İmadəddin Nəsiminin 650 illik yubileyi ərəfəsində

“Nəsimi ili” münasibətilə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən

“Hüsnü-cəmal, əqli kamal” devizi altında ümumrespublika bədii qiraət

müsabiqəsinin

ƏSASNAMƏSİ

 

  1. Müsabiqənin məqsədi

 

Müsabiqə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri konteksində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 11.02.2019-cu il tarixli 3/13 nömrəli əmri ilə təsdiq edilmişdir. Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin icrası və bədii qiraət sahəsində istedadlı tələbələri müəyyənləşdirmək məqsədi ilə keçirilir.

 

  1. Müsabiqənin təşkili və keçirilmə qaydaları

Müsabiqəyə Nəsimin şeirləri və Nəsimi irsinə həsr olunmuş əsərlər təqdim olunmalıdır.

2.1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:

I nominasiya – ADMİU-nun məzunları və tələbələri arasında

II nominasiya – digər ali məktəb tələbələri arasında

 

2.2. Müsabiqənin keçiriləcəyi tarix:

I mərhələ – 1 -10 aprel 2019-cu il

II mərhələ – 12-17 aprel 2019-cu il

 

2.3. Müsabiqə iştirakçılarının yaş həddi:

I nominasiya – 18-27 yaş

II nominasiya – ali məktəblərin bakalavr və magistrları

 

*Qeyd: Nəsimi şeirlərinin əcnəbi tələbələr tərəfindən Azərbayacn dilində və yaxud azərbaycanlı tələbələrin əcnəbi dildə ifası ilə bağlı müraciət olunarsa, həmin iştirakçılar üçün xüsusi nominsiya müəyyənləşdiriləcəkdir.

 

2.4. Müsabiqənin keçirilməsi qaydaları:

I tur proqramı:

Nəsimi şeirləri

Nəsimiyə həsr olunmuş poeziya nümunələri

 

II tur proqramı:

2 Nəsimi qəzəli (I turda ifa edilən şeirin təkrarına yol verilmir)

 

2.5. Tələb olunan sənədlər

Ali təhsil müəssisəsinin rəsmi sənədi

Şəxsiyyət vəsiqəsinin surəti

Yaradıcılıq tərcümeyi-halı

Proqram (Təfərrüatı ilə yazılmalı, ifa müddəti qeyd olunmalıdır)

 

  1. Qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması

3.1. Qaliblər 10 ballıq sistem üzrə aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:

  1. Nitqin aydınlığı, səlisliyi və ifadəliliyi;
  2. Əruz vəzninin tələblərinə riayət edilməsi;
  3. Seçilmiş şeirin məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi;
  4. Təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta (5-7 dəqiqə) riayət edilməsi.

 3.2. Qaliblərin mükafatlandırılması

I, II, III yerlərin sahibi diplom və pul mükafatı ilə, digər iştirakçılar sertifikatla təltif olunacaqlar.

 

  1. Müsabiqənin keçiriləcəyi səhnələr:

4.1.ADMİU.

Böyük səhnə

Kiçik səhnə

Müsabiqənin yekunu (qaliblərin mükafatlandırılması, Qala konsert – 20 aprel, Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir)

4.2. Püşkatma mərasimi – 30 mart 2019-cu il saat 14:00-da ADMİU-nun Vernisaj zalında keçiriləcəkdir.

  1. Müsabiqənin elektron ünvanı

Son qeydiyyat tarixi: 25 mart 2019-cu il (sənədlər aşağıdakı e-mail ünvanına göndərilməlidir)

[email protected]

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 599 – 00 – 54

 

Sifariş forması

Table 1

 

 

İştirakçının adı, soyadı və ata adı

               Təmsil etdiyi ali məktəbin adı    

 

Yaş

 

Şeirin adı

 

İştirakçının əlaqə telefonu

1          
2          

 

  • İştirakçının foto şəkli
SHARE