“Tərcümə problemləri” elmi konfransında iştirak üçün ŞƏRTLƏR

307

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Tərcümə problemləri” mövzusunda Respublika

elmi konfransı

 15 mart 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Tərcümə problemləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Sahələr üzrə tərcümə
  2. Tərcümədə İKT – dən istifadə yolları
  3. Bədii tərcümənin problemləri
  4. Tərcümənin tədrisi

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

Tezislərin son göndərilmə tarixi:                                                2019-cu il  1mart

ADU-nun əməkdaşları istisna olmaqla, digər universitet və müəssisələrdən olan iştirakçılar üçün isə 50 AZN nəzərdə tutulmuşdur. Təşkilat komitəsi tərəfindən qəbul olunmuş tezislərin müəlliflərinə qeydiyyat haqqını ödəmək üçün hesab nömrəsi bildiriləcəkdir.

Tezislərin tərtibinə qoyulan tələblər:  

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
  • tezislərin həcmi – 300-350 söz, format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • tezislər Times New Roman şrifti, 12 pt ilə;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür.
  • tezislər elektron və ya kağız variantda təqdim olunmalıdır;
  • 1 martdan sonra göndərilmiş materiallar qəbul edilməyəcəkdir.          

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (2 57)

Mob: (+994 55) 658 11 40

E-mail:  [email protected]

QEYDİYYAT VƏRƏQİ

“Tərcümə problemləri” mövzusunda Respublika elmi konfransı

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                      
Təmsil etdiyi müəssisə, şəhər  
Telefon nömrəsi, elektron ünvanı  

 

 

SHARE