Pedaqogika kafedrası “Təhsil sistemində marketinq fəaliyyəti” adlı seminar keçirib

77

Aprelin 11-də Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Günay Seyidova “Təhsil sistemində marketinq fəaliyyəti” mövzusunda seminar keçirib.

Seminarda marketinq fəaliyyətinin təhsil sistemində rolu və əhəmiyyəti, ali təhsil müəssisələrində marketinqin tətbiqi mövzuları müzakirə olunub.

Tədbirdə Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov, pedaqogika üzrə fəlsəfə doktoru Nigar Zeynalova, pedaqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov, pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova çıxış edərək təhsil sistemində marketinq fəaliyyətinin əhəmiyyəti, əmək bazarında rəqabətədözümlü kadr hazırlığında yeri haqqında fikir mübadiləsi aparıblar.

Seminarda Pedaqogika kafedrasının əməkdaşları və Təhsil fakültəsinin tələbələri də iştirak ediblər.

 

SHARE