Səmayə Məmmədova ilə görüş keçirilib

117

11 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri, dövlət qulluğunun kiçik müşaviri Səmayə Məmmədova ilə görüş keçirilib.

Görüş ADU TGT nəzdində fəaliyyət göstərən “Jurnalistika” klubunun təşkilatçılığı ilə baş tutub.

Səmayə Məmmədova “Hər kəs PR menecer ola bilərmi?” mövzusu ilə klubun qonağı olub.

Azərbaycan mediasında kifayət qədər yüksək nüfuza malik, media ilə uğurlu münasibət qurmağı bacaran mətbuat katibi Səmayə Məmmədova tələbələrlə uğurlu jurnalist və uğurlu PR menecer olmağın sirlərini bölüşüb.

S.Məmmədova televiziyadakı fəaliyyətindən, mətbuat katibi kimi çalışdığı qurumlardan və həmin qurumların İctimaiyyətlə əlaqələr şöbəsinin iş prinsipindən bəhs edib.

S.Məmmədova PR və onun incəlikləri, uğurlu mətbuat katibi olmağın sirləri, bu sahədə uğur qazanmağın yolları və media ilə, jurnalistlərlə işləməyin üsulları,  PR-ın cəmiyyətdə və mediada önəmi və PR menecerin özəlliklərindən danışaraq bu mövzuda tələbələri məlumatlandırıb və onların suallarını cavablandırıb.

Həmçinin qonaq, İngiltərənin Newcastle Universitetində “Media və PR” üzrə aldığı magistr təhsilindən də danışaraq xarici – İngiltərə təcrübəsinin ölkəmizdə keçərliliyindən və tətbiqindən danışıb.

Tədbirdə tələbələrlə yanaşı Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Filologiya və Jurnalistika fakültəsinin dekan müavini Afət Nemətova və dekanlığın əməkdaşları, “Virtual jurnalistika” kafedrasının müdiri Nərgiz Qurbanlı, kafedranın müəllimləri və jurnalistlər iştirak ediblər.

SHARE