Azərbaycan Dillər Universiteti

Akademik yazı və oxu mərkəzi

Akademik yazı və oxu mərkəzi 2003-cü ildə yaradılıb. Mərkəz 2009-cu ildə Təlimdə innovasiyalar və əlavə təhsil (indiki Təlimdə innovasiyalar) kafedrasının nəzdinə keçirilib. 2013-cü ildən Beynəlxalq şöbənin tərkibinə daxil edilmişdir. 30 iyul 2017-ci il Beynəlxalq münasibətlər üzrə prorektorluğun strukturunda aparılan dəyişikliklərlə əlaqədar Beynəlxalq şöbənin tərkibindən çıxarılmmış, yenidən Təlimdə innovasiyalar kafedrasının nəzdində fəaliyyətini davam etdirmişdir. 2010-cu ildən mərkəzə fil. f. d., b. m. Sevil Elçin qızı Qurbanova rəhbərlik edir.

Mərkəz aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

Təlimlər:

  1. Akademik yazı və oxu – AWR Müəllimlər üçün nəzərdə tutulmuş iki səviyyəli kursdur. Təlimdə paraqraf, essenin düzgün yazılma qaydaları, eləcə də müxtəlif funksional yazı nümunələri, motivasiya məktubu, CV və ya CV-yə əlavə və s. haqqında biliklər aşılanır.
  2. Akademik məqsədlər üçün ingilis dili – ESP Bu proqram müəllimlərin ingilis dili bacarıqları və akademik tədris üsullarını təkmilləşdirmək məqsədi daşıyır. Kurs ali məktəb çərçivəsində fəaliyyət göstərmək üçün vacib olan dil və bacarıqların qazanılmasında iştirakçılara kömək edəcək qabiliyyət və universitetlərin akademik tələbləri və təcrübələri haqqında biliklər aşılayır.
  3. Orta məktəblərdə ingilis dilinin tədrisi metodikası – CİSELT   Bu təlim aparıcı dil kimi İngilis dilinin düzgün və səmərəli tədrisində əsas innovativ yanaşmalar, 4 dil bacarığının – oxu, yazı, dinləmə və nitq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsində aparıcı istiqamət və üsullar, habelə, dərsin səmərəli təşkilində nəzərə alınması vacib olan elementlər  – motivasiya, qiymətləndirmə, müşahidə və tələbələrin fəallığı və s. haqqında hərtərəfli bilik və təcrübə aşılayır.
  4. Təlimdə İKT-nin istifadəsi – ICT in ELT Dilin tədrisində informasiya-kommunikasiya texnologiyalarının düzgün və səmərəli tətbiq olunması haqqında təlimdir.
  5. Tədris bilik və bacarıqları üzrə imtahan – TKT   Bu kursun məqsədi universitetlərdə müasir metodologiyanı tətbiq etməklə ingilis dili tədrisinin keyfiyyətini inkişaf etdirməkdir. Kursun sonunda iştirakçılar Kembric universitetinin sertifikatını əldə edirlər.
  6. Məzmun və dil inteqrasiyalı tədris (CLIL) Bu dil vasitəsilə kurrikulum fənlərinin (Riyaziyyat, Coğrafiya, Tarix, Kimya İqtisadiyyat, Tibb, İncəsənt, və s.) səmərəli tədris üsullarını təqdim edən bir təlimdir.
  7. Ümumtəhsil kurrikulumun əsasları Təlimdə üsulların təsnifatı (metod və texnikalar), ümumtəhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, fəal təlimin xüsusiyyətləri və psixoloji mexanizmləri, fəal dərsin quruluşu, dərsin motivasiya mərhələsi, onun yaradılma yolları təsvir edilmişdir. Bununla yanaşı, müasir müəllimə verilən tələblər, müəllimin bələdçilik mövqeyinin həyata keçirilmə qaydaları, fasilitasiya, müəllim-tütor, müəllim-mentor və s. müasir müəllimin davranışı əks etdirən yanaşmalar, o cümlədən skaffoldinq strategiyası diqqət mərkəzinə gətirilmişdir.

Mərkəz, həmçinin hər il tələbələr arasında müxtəlif mövzular üzrə esse müsabiqəsi təşkil edir, ən yaxşı esselər dəyərləndirilir və tələbələr sertifikatlarla mükafatlandırılır. Bundan əlavə, tələbələrin xarici ölkələrdə təhsil almaları üçün tələb olunan sənədlər: motivasiya məktubu, tövsiyə məktubu, ərizə formalarının düzgün və akademik səviyyədə yazılmasına yardım edir.

 

Mərkəzinin baş mütəxəssisi

Qurbanova Sevil Elçin qızı