Azərbaycan Dillər Universiteti

Arxiv şöbəsi

Azərbaycan Dillər Universitetinin arxivində 1948-ci ildən 2016-cı ilədək universitetin struktur, bölmə və şöbələrinin fəaliyyəti nəticəsində kargüzarlıq işi tamamlanmış sənədlər saxlanılır. Əsasnaməyə əsasən şöbə, arxivdə saxlanılan sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun mühafizəsinin təmin edilməsini, sənədlərin uçot-soraq aparatının yaradılmasını, onun dövlət arxivinin elmi-məlumat aparatı sistemi ilə varisliyinin təmin olunmasını və sənədlərdən istifadənin təşkilini həyata keçirir. Həmçinin, kargüzarlıq icrası başa çatmış daimi və uzun müddət saxlanılan sənədlərin arxiv siyahılarının illik bölmələrinin tərtib edilməsi və baxılmaq üçün idarənin ekspert komissiyasına və müvafiq dövlət arxivinin ekspert-yoxlama komissiyasına təqdim edilməsi funksiyalarını da həyata keçirir. Eyni zamanda, arxiv şöbəsi universitetin struktur bölmələrində icrası başa çatmış daimi və uzun müddət saxlanılan sənədləri 3 ildən gec olmayaraq arxiv qaydalarına uyğun hazırlanmış siyahılar və akt əsasında qəbul edir, təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir.

 

Arxiv şöbəsinin müdiri

Məmmədova Reyhan Ənvər qızı

Tel: (+99412) 441-22-78 (daxili 158)

E-mail: [email protected]