Azərbaycan Dillər Universiteti

Əziz tələbələr, BEYNƏLXALQ MÜNASİBƏTLƏR və İDARƏETMƏ fakültəsinə xoş gəlmisiniz!

Bizim əsas missiyamız və gələcəyə baxışımız keyfiyyətli təhsil verən və dərin elmi araşdırmalar aparan, bilik və bacarıqlarını bəşəriyyətin və ölkənin faydası üçün istifadə edən, cəmiyyətdə dəyişiklik/fərq yaradaraq gələcəyə istiqamət verən innovativ fakültə olmaqdan, habelə tənqidi düşünən və problemləri həll etməyi bacaran, elmə və mədəniyyətə töhfə verən, sosial məsuliyyətli və ölkənin problemlərinə həssas olan, ictimai maraqları qoruyan şəxsi və peşəkar sferada öz üzərində davamlı çalışan və təkamül edən, mənəvi – mədəni və ideoloji cəhətdən kamil olan yaradıcı şəxsiyyətlər yetişdirməkdən ibarətdir.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi Azərbaycan Respublikasında ən geniş xarici regionşünaslıq proqramlarına malik olan və demək olar ki, dünyanın bütün regionlarını əhatə edən tədris prosesinə malik yeganə akademik strukturdur. Fakültəmizdə bakalavriatura pilləsində iki istiqamət – Regionşünaslıq və Beynəlxalq münasibətlər istiqamətləri üzrə 17 ixtisas proqramı əsasında tədris prosesi həyata keçirilir və müvafiq dərəcə verilir. Fakültəmizdə, həmçinin 7 ixtisas proqramı üzrə magistr dərəcəsi verilir. Azərbaycan, rus və tələbələrin seçimindən asılı olaraq, ingilis dilində tədris prosesini aparan fakültəmizdə tələbələrin elmi fəaliyyətlə məşğul olması, elmi araşdırmalar aparması, məqalə və tezislər çap etdirməsi üçün əlverişli akademik mühit yaradılıb. Beynəlxalq Münasibətlər və idarəetmə fakültəsində hal hazırda ümümi 800-dən çox tələbə təhsil almaqdadır.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi tələbələrin oxuduqları ixtisaslar üzrə zəngin biliklər, bacarıqlar və vərdişlər əldə etməsi və peşəkar qabiliyyətlərinin formalaşdırılması üçün yüksək ixtisaslı professor-müəllimlərdən formalaşan kadr potensialına və özünəməxsus idarəetmə tərzinə malikdir.

Fakültəmiz xaricdə yerləşən aparıcı universitetlərlə əlaqələr yaradaraq, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom proqramlarına qoşularaq beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməyi hədəf seçib.

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi XXI əsrin təhsil ocağıdır. Biz gələcəyin liderlərini formalaşdırırıq. Tələbələrimiz dövlət strukturlarında təcrübə keçirlər. Fakültəmizin məzunları sırasında millət vəkili, çoxlu sayda diplomatlar, dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışan məmurlar və iş adamları var.

Sən də bu sırada olmaq istəyirsənsə, o zaman bizə qoşul!

HÖRMƏTLƏ,

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, t.f.d., dosent

Kazımbəyli İbrahim Feyzulla oğlu

Tel: (+99412) 441-22-90

E-mail: [email protected]

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 7 sentyabr 2001-ci il tarixli iclasının qərarına və rektorun 19 oktyabr 2001-ci il tarixli əmrinə əsasən  “Avropaşünaslıq və beynəlxalq münasibətlər” fakültəsi təşkil edilmişdir.İlkin olaraq fakültəyə “Qərbşünaslıq” , “Tarix”, “Riyaziyyat və informatika”, “İngilis dilinin leksikası və ölkəşünaslıq” kafedraları təhkim edilmişdir. Fakültənin imkanlarını, eləcə də gələcək kadr hazırlığı potensialını yüksəltmək məqsədi ilə 2001-ci ilin oktyabr ayında  müvafiq olaraq “İtalyan və ispan dilləri” və “Beynəlxalq münasibətlər” kafedraları yaradıldı.

2000-2001-ci tədris ilində  “ingilis dili üzrə” avropaşünaslıq ixtisasına 47 tələbə qəbul olmuşdur. Onlardan 29 nəfəri azərbaycan, 18 nəfəri isə rus bölmələrində təhsil almışdırlar. 2001-2002-ci tədris ilindən etibarən fakültəyə qəbul artırılmış və “avropaşünaslıq” ixtisası üzrə istiqamətlər ingilis dili ilə yanaşı, alman və fransiz dilləri üzrə də aparılmış, eləcə də “beynəlxalq münasibətlər istiqaməti” üzrə 31 nəfər tələbə qəbul edilmişdir. Bütövlükdə isə qeyd edilən tədris ilində fakültəyə 79 nəfər tələbə qəbul olmuşdur. 2002-2003-cü tədris ilində qəbul olunan tələbələrin sayı “avropaşünaslıq” istiqamətləri üzrə 47 nəfər,  “beynəlxalq münasibətlər ”istiqaməti üzrə  isə 20 nəfər təşkil etmişdir. 2003-2004-cü tədris ilində “avropaşünaslıq” ixtisası daxilində hər üç istiqamət üzrə  cəmi 46 nəfər, “beynəlxalq münasibətlər” ixtisası üzrə isə 20 nəfər qəbul edilmişdir. Qeyd edilən ixtisaslarla yanaşı yeni yaradılmış “amerikaşünaslıq” ixtisasına isə 29 nəfər tələbə qəbul olunmuşdur. Beləliklə yaradıldığı müddətdə ilk dörd kurs üzrə fakültədə üç ixtisasda 288 nəfər tələbə təhsil almışdır.

2009-2010-cu tədris ilində fakültənin inkişaf tarixində ali təhsilin ikinci pilləsi olan magistratura xüsusi yer tutmağa başladı. İxtisas proqramlarının metodiki və kadr təminatı üzrə hazırlıq işləri tamamlandıqdan sonra 2002-2003-cü tədris ilindən başlayaraq magistratura təhsil pilləsi üzrə ixtisas proqramlarına  qəbul həyata keçirilməyə başlanmışdır. Fakültədə ilk dekan vəzifəsini dosent Yasif Mürşüdov icra etmişdir.

Növbəti illərdə ixtisasların sayının artması nəticəsində fakültədə islahatlar aparılmış, daha spesifik kafedraların formalaşması ilə yanaşı fakültənin adı dəyişdirilərək Regionşünaslıq və beynəlxalq münasibətlər adlandırılmışdır.

Struktur

Dekan   –   Kazımbəyli İbrahim Feyzulla   –  1975-ci il yanvarın 6-da Şahbuz rayonunun Nursu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1981-1991-ci illərdə Nursu kənd orta məktəbində təhsil alıb, orta məktəbi gümüş medalla bitirmişdir. 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin tarix- filologiya fakültəsinin tarix ixtisasında təhsil almış, 1996 cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetində Vətən tarixi ixtisası üzrə aspirantura şöbəsində təhsil alıb. 1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır.  2003-cü ildə “Naxçıvan bölgəsinin tarixi demoqrafik  tədqiqi” (1828-1920-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ilin 28 aprelində dosent elmi adı verilmişdir.

2006-cı ildən “Naxçıvan”  Universitetində müəllim, 08 fevral 2007-ci il tarixdə İqtisadiyyat fakültəsinin dekan müavini, 01 sentyabr 2007-ci il tarixdə Pedaqoji fakültənin dekanı, 01 noyabr  2008-ci il tarixdən 2017-ci ilin noyabr ayınadək  Tədris və Elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 2017-ci ilin dekabr ayından Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və İdarəetmə  fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

İ.Kazımbəyli 80 elmi məqalənin, dörd proqramın və üç kitabın müəllifidir. “XIX-XX yüzillər Naxçıvan və İrəvan bölgəsinin siyasi tarixi, tarixi demoqrafiyası” və s. mövzularla bağlı  tədqiqatlar aparır. Ölkədaxili və xaricdə keçirilən bir sıra beynəlxalq simpoziumlarda, konfranslarda müxtəlif mövzularda elmi məruzələrlə çıxışlar etmişdir. Elmi əsərləri Türkiyə, Rusiya, ABŞ,Ukrayna, Gürcüstan, İran və s. xarici ölkələrdə olan nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur.

“Naxçıvan əhalisi,sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər) ”Bakı-elm-2007,“Azərbaycan tarixinin tədrisinə tələbələrdə tədqiqatçılıq bacarığının inkişaf etdirilməsinin formaları və metodları” Naxçıvan 2008, “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri)” Bakı 2017.

“XIX əsrdə Naxçıvanda etnodemoqrafik proseslər”, “İrəvan bölgəsində Azərbaycanlıların soyqırımı və deportasiyası”,1918-1920-ci illərdə Naxçıvan və çevrəsində erməni zülmünün doğurduğu demoqrafik fəlakət” və s. kimi başqa seçilmiş elmi əsərləri vardır. “Azərbaycanın İrəvan bölgəsi XIX yüzilliyin II yarısı- XX yüzilliyin əvvəllərində” mövzusu üzrə doktorluq dissertasiyası tamamlanmış, elmi müzakirədən keçərək Azərbaycan Respublikası Prezidenti yanında AAK-na təqdim olunmuşdur.

 

Dekan müavini – dos. Məmmədov Əli Səyyad  –  1956-cı il fevralin 27-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 39 saylı orta məktəbdə təhsil almışdır.1972-1977-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə  fakültəsində, 1977-1980 -cı illərdə Moskva Dövlət Universitetinin Aspirantura və Doktorantura şöbəsində təhsil almışdır . 1981- ci ildə müdafiə edərək  fəlsəfə elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.. 1981-1982-ci illərdə Moskva Dövlət Universitetində Müəllim vəzifəsində işləmişdir.1982- ildən  ADU-da müəllim vəzifəsində işləmişdir. 1986-cı ildə dosent elmi adı almışdır. 2017-ci ildən  ADU-da Beynəlxalq Münasibətlər və  İdarəetmə fakültəsində dekan müavini işləyir. 100-ə yaxın elmi məqalələrin, tezislərin, broşuraların, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifidir.

 

Dekan müavini –    Məmmədov Ramin Bəxtiyar    –  1980-cı il martın 22-də Bakı şəhərində anadan olmuşdur. 1986-1996-cı illərdə Yasamal rayonu 167 saylı orta məktəbdə təhsil almışdır. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasinda təhsil almışdır. 2002-2008-ci illərdə “Təhsil” Respublika İdman Mərkəzi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqçi-müəllim vəzifəsində çalışmışdır.2017-ci ildən ADU-da işləyir.

 

Tyutor   –     Məmmədova Zəhra Fəxrəddin    –     2010-2014-cü illərdə Azərbaycan Dillər Universiteti Pedaqoji fakültənin İngilis dili müəllimliyi (bakalavr) ixtisası üzrə, 2014 –2016-cı illərdə Qərb Universiteti Dilşünaslıq (magistr) ixtisası üzrə təhsil almışdır. 2015-ci ildən Azərbaycan Dillər Universitetində işləyir.

Tyutor   –    Mirzə Roza Rövşən   – Füzuli şəhər Humanitar və Dəqiq fənlər gimnaziyasını bitirmişdir. 1993-1997-ci illərdə M.F. Axundov  adına Azərbaycan Pedaqoji rus dili və ədəbiyyatı İnstitutunun rus dili və ədəbiyyatı (filoloq) fakültəsi üzrə təhsil almışdır. 1997-2012-ci illərdə müəllim kimi fəaliyyət göstərmişdir.2008-ci ildə Bakı Slavyan Universitetini psixoloq ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. 2012-ci il Füzuli şəhər təhsil şöbəsində metodist, 2013-2018-ci illərdə psixoloq vəzifəsində işləmişdir.Əmək fəaliyyəti dövründə Norveç Qaçqınlar Şurasının təşkil etdiyi “İnsan Hüquqlarının Qorunması” regional resurs mərkəzinin direktoru, BMT-nin UNİFEM təşkilatının “Qadınların Cənubi Qafqazda Sülhyaratma prosesində rolu” layihəsində Füzuli rayonu üzrə koordinator vəzifəsində işləmişdir. 2018-ci ildən ADU-da işləyir.

Tyutor    –     Alməmmədova Şəbnəm Eldar     –   2001-2005-ci illərdə BDU-nun Beynəlxalq hüquq və BM fakültəsi  beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 2012-2014-ci ildə Kiyev MAUP Universitetinin hüquq fakültəsihüqüq ixtisası üzrə təhsil almışdır. 2011-2014 Slavyan Dövlət Universitetində BM və Regionşünaslıq fakültəsində tyutor vəzifəsində işləmişdir.2014-2016-cı illərdə Əmək və Əhalinin sosial müdafiyəsi nazirliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2018-ci ildən ADU-da işləyir.

Assistent   –     Həsənova Aynur Fərman    –  2003-2007-ci illərdə Azərbaycan Beynəlxalq Universiteti Dilşünaslıq İngilis dili ixtisası (bakalavr) üzrə təhsil almışdır. 2010-cu ildən Azərbaycan Dillər Universitetində işləyir.

Assistent       –      Məmmədova Əfsanə Sarif    –     2001-2005-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Tərcüməçilik ixtisası üzrə (bakalavr)təhsil almışdır.2007-ci ildən Azərbaycan Dillər Universitetində işləyir.

Metodist     –    Nəsibova Nurlana Tofiq   –   1997-2003-cü illərdə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı (filolog)  fakültəsində təhsil almışdır.2002-2006-cı illərdə 189 saylı məktəbdə, 2006-2013-cü illərdə 164 saylı məktəbdə müəllim işləmişdir. 2013-cu ildən ADU-da işləyir.

Assistent    –    Qurbanova  Mehriban Pəhlivan   –    2010-2015-ci illərdə ADPU-nin Tarix fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil almışdır (bakalavr). 2016-cı ildən Azərbaycan Dillər Universitetində  işləyir.

Assistent      –    Abbasova Lamiyə  Mahir    –     2007-2011-ci illərdə  Azərbaycan Dillər Universiteti İngilis dili fakültəsində (bakalavr) təhsil almışdır. 2012-ci ildən  Azərbaycan Dillər Universitetində işləyir.

Assistent     –    Məlikova Fəridə İlqar   –   2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetinin (bakalavr) İngilis dili fakültəsinin Xarici dil müəllimliyi ixtisası üzrə təhsil almışdır.  2018-ci ildə ADU-nun“Auditoriya+ “ şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. Hal-hazırda ADU-nun BM və idarəetmə fakültəsində çalışır.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir:

Beynəlxalq münasibətlər kafedrası

Regionşünaslıq kafedrası

Fəlsəfə və ictimai elmlər kafedrası

Xarici dillər kafedrası

İnformasiya Texnologiyaları kafedrası

Qafqazşünaslıq kafedrası

2015-2016-cı tədris ilindən başlayaraq ADU-da Magistratura və Doktorantura şöbəsinin yaranmasından sonra digər fakültələrdə olduğu kimi Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində də  ali təhsilin yalnız bir pilləsi üzrə tədrisin təşkili davam etdirilir. Bakalavriatura təhsil pilləsində tədrisin təşkili ilə paralel olaraq Fakültənin müxtəlif istiqamətləri üzrə təhsil alan magistratura pilləsindəki tələbələrin tədrisini təşkili bilavasitə fakültə tərəfindən təşkil olunur. 2005-ci ildən etibarən Azərbaycan Respublikasında təhsilin idarə olunması və təşkili prosesi ümum Avropa təhsil məkanının birləşmiş kredit sistemi olan Baloniya prosesinəuyğunlaşdırılmasınabaşlanılması da məhz Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində başlanmışdır. 2015-2016-cı tədris ilinin əvvəlində fakültədə 822 nəfər tələbə mövcud olmuşdur.

    Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi iki mühüm istiqamət (Beynəlxalq Münasibətlər və Regionşünaslıq) üzrə 0501213 “Beynəlxalq münasibətlər” və 050211 “Regionşünaslıq” ixtisasları üzrə bakalavriatura pilləsində təhsili təşkil edir.

İxtisaslarımız:

1)Beynəlxalq Münasibətlər

2) Regionşünaslıq (Böyük Britaniya üzrə)

3) Regionşünaslıq (Amerika üzrə)

4) Regionşünaslıq  (Almaniya üzrə)

5) Regionşünaslıq  (Skandinaviya üzrə)

6) Regionşünaslıq  (Qafqaz üzrə)

7) Regionşünaslıq  ( İsrail və Yaxın Şərq üzrə)

8) Regionşünaslıq (Ərəb ölkələri üzrə )

9) Regionşünaslıq (Yaponiya üzrə)

10) Regionşünaslıq  ( Çin üzrə)

11) Regionşünaslıq  (Argentina üzrə)

12) Regionşünaslıq  (Fransa üzrə)

13) Regionşünaslıq  (Mərkəzi və Yaxın Şərq üzrə)

14) Regionşünaslıq  (Hindistan  üzrə)

15)  Regionşünaslıq  (Cənub- Şərqi Asiya və İndoneziya  üzrə)

Bütövlükdə isə fakültədə ali təhsilin birinci pilləsi üzrə 880 nəfər tələbə 83 qrupda birləşdirilərək 15 ixtisas üzrə kadr hazırlığına cəlb edilmişdir.

Azərbaycan Respublikasının təhsil qanunu və fakültələrin təşkili haqqında müvafiq əsasnamələrə uyğun olaraq Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin də əsas idarəetmə orqanı fakültə elmi şurasıdır. Fakültənin fəaliyyəti onun elmi şurasına (dekan)  rəhbərlik edir. Fakültə elmi şurasının tərkibi 17 nəfər  üzvdən ibarətdir (11 üzv dosent, 1 üzv professor, 2 üzv baş müəllimdir,3 üzv tələbə). Şuranın tərkibi fakültə nəzdində  fəaliyyət göstərən kafedraların müdirləri, müəllimlər, THT (tələbə həmkarlar təşkilatının sədri), TGT (tələbə gənclər təşkilatının sədri) TEC (tələbə elmi cəmiyyətinin sədri) ibarət olan üzvlərdən formalaşır.

 Fakültə ali təhsil müəssisənin  rəhbərinin (rektorunun) təşəbbüsü ilə ali təhsil müəssisəsinin elmi şurasının qərarı əsasında ləğv oluna bilər. Bu qərar ali təhsil müəssisəsinin tabe olduğu mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin nəzdində Xarici dillər kafedrasının beynəlxalq əlaqələri haqqında

2017-2018-ci tədris ilində kafedrada 04.01.2018-ci il tarixindən etibarən Rumın vətəndaşı  Dr. İosefina Batto Blazsani Xarici dil ( Rumın dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 04.01.2018-ci il tarixindən etibarən Hindistan vətəndaşı Dr. Sinha Roopali  Xarici dil ( Hind dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 31.10.2017-ci il tarixindən etibarən Macarıstan vətəndaşı Dr. Bedecs Laszlo Attila  Xarici dil ( Macar dili ) fənnini tədris edir.

2017-2018-ci tədris ilində kafedrada 14.11.2017-ci il tarixindən etibarən Çin Xalq Respublikasının vətəndaşı Dr. Chen Xiaozhen  İxtisas (Çin) dilı  fənnini tədris edir.

Kafedranın dosenti Orucova Yeganə Məşədi qızı 23 – 25 Mart 2018-ci il tarixlərində Praqa Ixtisasartırma İnstitutu tərəfindən təşkil olunmuş “Publication Activity in EU countries: New Trends and Innovations in WoS and Scopus Journals” ixtisasrtırma layihəsində iştirak etmişdir.

 

Beynəlxalq münasibətlər kafedrasının beynəlxalq əlaqələri haqqında

“Beynəlxalq münasibətlər” kafedrasının  Norveçin Oslo Universiteti ilə beynəlxalq əlaqələri mövcuddur. Belə ki, hər il kafedradan bir neçə müəllim Oslo Universitetinin beynəlxalq yay məktəblərində iştirak etmək üçün göndərilir. Son 3 ildə kafedranın 3 müəllimi Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində “Peace Research”, “International politics” , “Scandinavian government and politics”  və ” Humah Rights” kurslarında iştirak etmiş və sertifikatlar almışlar. Layihə 2019-cu ilə qədər davam edəcəkdir.

Argentina səfirliyinin maliyyə dəstəyi ilə kafedranın müəllimi h.ü.f.d. Mehriban Babaxanova  “Argentinanın hüquq sistemi”  adlı dərs vəsaitinin hazırlanması üçün birgə layihədə iştirak edir.

 

Fəlsəfə və ictimai elmlər kafedrasının beynəlxalq əlaqələri haqqında

Belorus Dövlət Universitetinin Fəlsəfə və sosial fakültəsinin  “Tarix və din” adlı konfransda kafedranın dosentləri  Ş.Cabarova,  Ə.Abdiyeva məruzə çıxış etmişlər . Fakültə dekanı dos. Qiqin V.F. və elmi işlər üzrə prorektor Leqçilin A.A.elmi əməkdaşlıq haqqında razılıq əldə olunub. ( Minsk şəhəri, 21 aprel 2017).

Müqəddəs efodiy və Kirill adına teologiya institutunuv elmi işlər üzrə prorektoru Şatravskiy A. ilə elmi əməkdaşlıq haqqında şifahi razılıq əldə edilib ( Minsk şəhəri22 aprel, 2017.

Qazaxstan Respublikası, Karakanda Texniki Universitetinin hər il keçirdiyi Beynəlxalq elmi-praktik konfransda  2016, 2017-ci illərdə kafedranın dosentləri Ə.Abdiyeva və Ş.Cabarova  məruzə ilə çıxış etmişlər.

Belorus Milli  Texniki Universiteti ilə birgə konfrans, dəyirmi masaların keçirilməsi məqsədilə yeni əlaqələr yaradılır.

Region ölkələrinin iqtisadiyyatı ilə bağlı Argentina səfirliyinin maliyyə dəstəyi ilə “Argentina iqtisadiyyatı” dərs vəsaitinin yazılması layihəsində iştirak.

 

İnformasiya texnologiyaları kafedrasının beynəlxalq əlaqələri haqqında

Kafedra əməkdaşları ADU-nun Tempus proqramı çərçivəsində tərafdaş Universitet kimi qoşulduğu ECDL (European Computer Driving Licence) layihəsində  iştirak etmişlər. Layihə çərçivəsində İsveç, İspaniya, Polşa, Litva və Latviya universitetlərində təşkil olunmuş kompüter təlimlərinə qoşulmuş və sertifikatlar almışlar. Hazırda kafedra əməkdaşları ECDL sertifikat imtahanına hazırlaşmaq istəyənlər üçün təlimlər təşkil edir.

 

Regionşünaslıq kafedrasının beynəlxalq əlaqələri haqqında

Kafedranın Oslo Universiteti ilə beynəlxalq əlaqələri var. Regionşünaslıq kafedrasının 7 müəllimi Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak etmiş və sertifikat almışlar. Layihə 2019-cu ilə qədər davam edəcək.

Oslo Universiteti ilə birgə “Norveç cəmiyyəti və mədəniyyəti” və “Norveçin tarixi” kitabları tərcümə olunmuşdur.

Oslo Universiteti ilə birgə 2012-ci ildə ” Tur Xeyerdal və Azərbaycan” adlı  beynəlxalq  konfrans keçirilmişdir.

İzmirin Ege Universitetində, Bursanın Uludağ Universitetində və Kayserinin Ərciyəz Universitetində  Novruzun Elmi izahına həsr olunmuş interaktiv tətbiqi seminar keçirilmişdir.

Argentina səfirliyinin maliyyə dəstəyi və təqdim edilən kitablar əsasında və Argentinanın siyasi sistemi, Argentinanın tarixi, Argentinanın sosial təhlükəsizlik və sosial müdafiə, Argentinada gender məsələləri və s. fənlər üçün dərs vəsaitləri hazırlanacaqdır. “Argentinanın etnoqrafiyası” və  “Argentinanın coğrafiyası” dərs vəsaitləri isə çapa hazırdır.

Kayseridə Erciyəz Universitetində 16.04.2018-ci il tarixində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, Ərzurumda Atatürk Universitetində isə 13.04.2018-ci il tarixində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfranslar keçirilib.

 

Qafqazşünaslıq kafedrasının beynəlxalq əlaqələri haqqında

Azərbaycan  Fransızdilli Müəllimlər Assosiasiyası və Fransada Frankoniya Assosiasiyasının xətti ilə kafedranın müdiri filologiya elmlər doktoru, professor Əsgər Məmməd oğlu Zeynalov 2007, 2013, 2014 və 2015-ci illərdə Fransanın Paris, Bözanson və Arönobl şəhərlərində təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Tiblisi Dövlət Universitetinin müəllimi, prof. Məryəm Marqladze 2018-ci ilin fevral-mart aylarında ADU-nun Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin “Qafqazşünaslıq” kafedrasının tələbələrinə gürcü dilini tədris etmişdir. Bu proses davam edir.

Kafedranın dosenti Şəlalə Bağırova 2017-ci ilin oktyabr ayında Türkiyənin Qars şəhərində keçirilən “I Uluslararası Kafkasya Halk Kültürü Konqresi”ndə iştirak etmişdir.

ADU-da fəaliyyət göstərən Fransa mərkəzi 2017-ci ildə fransız ədibi Hüqonun 215 illik yubileyini keçirmişdir. Bakıda fəaliyyət göstərən Fransa institutunun və Fransız səfirliyinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə f.e.d. prof. Hüqoşünas alim Ə.M.Zeynalov geniş məruzə ilə çıxış etmişdir.

Kafedranın baş müəllimi  Əlizadə Qəribənin Dubayda nəşr olunan “Web of Scholar”jurnalının 2018-ci il fevral buraxılışında məqaləsi dərc olunmuşdur.

Kafedra müdiri f.e.d. prof. Əsgər Zeynalovun 10-dan artıq kitabı Rusiya, Fransa, ABŞ, Almaniya, İngiltərə, Kanada və Hindistanda işıq üzü görmüşdür.