Azərbaycan Dillər Universiteti

Azərbaycan Dillər Universitetinin

Dil və Tərcümə Xidmətləri Mərkəzi

 

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi 3 Oktyabr 2018 – ci il tarixində yaranmışdır.

Mərkəzin əsas məqsəd və vəzifələri:

Mərkəzin önəmli məqsədləri sırasına  ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması eyni zamanda onların dil  biliklərinin daha da gücləndirilməsi üçün universitetin digər strukturları ilə birgə  çalışmaq, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini verməkdir.

Azərbaycan Dillər Universitetinin elmi və tədris potensialından daha səmərəli istifadə edilməsi, cəmiyyətdə mövcud təhsil və dil xidmətlərinə olan tələbatın yüksək peşəkarlıq səviyyəsində ödənilməsinin təmin edilməsi üçün təsərrüfat hesablı dil kurslarının (o cümlədən beynəlxalq sertifikatların alınmasına hazırlıq məqsədi ilə), müvafiq təşkilatlarla müqavilələr bağlamaq və əhalinin müxtəlif təbəqələrinə dil xidmətləri göstərmək, xüsusilə də gənclərin dünya mədəniyyətinə inteqrasiyasına yardımçı olmaq, onlara elektron informasiya mənbələri ilə iş vərdişləri aşılamaq, İKT biliklərini öyrətmək məqsədi ilə təsərrüfat hesablı kurslar  açır, repetitor xidmətlərini təklif edir, vətəndaşların  xarici  dillər üzrə bilik səviyyəsini müəyyənləşdirən beynəlxalq qurumların keçirdiyi sınaqlara hazırlıq məqsədi ilə qruplar təşkil edir, həmin sınaqların keçirilməsində beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri qurur.

Orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdləri üçün dünya mədəniyyətinə aid müxtəlif tədbirlərin keçirilməsini təşkil edir.

Beynəlxalq sertifikat imtahanlarını təşkil edir və digər “online” sınaqlarını həyata keçirir.

 

Dil və Tərcümə Xidmətləri Mərkəzinin fəaliyyət istiqamətləri

1.Magistratura hazırlığı,

2.Dövlət qulluğuna hazırlıq

3.Xarici dillərin tədrisi: ingilis, alman, fransız , rus, Ərəb , İtalyan , İspan , və s.

4.Tərcümə xidməti: Elmi məqalələr və böyük həcmli əsərlər

5.Xarici ölkələrdə dil kursları : Avstirya , Almaniya, Böyük  Britaniya , Amerika Birləşmiş Ştatları və s.

6.Xarici ölkələrdə təhsil : Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Polşa, İspaniya və s

7.Müəllimlər üçün müxtəlif  təlimlər: Akademik yazı və oxu, TKT , Pre –CELTA, CİSELT və s

8.Məktəblilər üçün ingilis və rus dili hazırlıqları

9.Beynəlxalq sertifikat imtahanlarına hazırlıq

  • TOEFL
  • İELTS
  • SAT
  • GMAT
  • GRE

 

Dil və Tərcümə Xidmətləri Mərkəzinin müdiri

Abdyllayeva Fialə Bəylər qızı

Tel: (+99412) 441 46 68; 441 01 72

E-mail: [email protected]