Azərbaycan Dillər Universiteti

ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin əsas vəzifələri ictimaiyyətin universitetin fəaliyyəti haqqında geniş məlumatlandırılması, ictimaiyyət nümayəndələri, o cümlədən tələbələrin valideynləri ilə qarşılıqlı əlaqələrin qurulması, KİV-lə əlaqə, universitetin fəaliyyətini əks etdirən press-relizlərin hazırlanması və yayılmasıdır.

Departamentin strukturuna Mətbuat xidməti şöbəsi və Sayt şöbəsi daxildir. Departamentin şöbələri universitet həyatının bütün istiqamətlərini əks etdirən xəbərlər, videosüjetlər hazırlayır, onların mediada yayılmasını təmin edir, KİV-də universitetlə bağlı yayılan materialların obyektivliyinin təmin olunması üçün tədbirlər görürlər. Bundan əlavə, ADU-nun veb-saytını yeniləyir, “Azərbaycan Dillər Universiteti-Rəsmi səhifə” adlı rəsmi Feysbuk səhifəsini və sosial şəbəkələrdəki digər hesablarını idarə edir, universitetin fəaliyyəti barədə xəbərləri, videosüjetləri və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirirlər. Eyni zamanda Təhsil Nazirliyinin “Ali təhsil müəssisələri” adlı Feysbuk səhifəsində universitet haqqında məlumat və fotoşəkillər,  o cümlədən ADU-nun TV studiyasının hazırladığı süjetlər yerləşdirilir.

Departamentin əsas fəaliyyət istiqamətlərindən biri də məktəblərlə sıx əlaqələrin qurulması, məktəblilərin universitet barədə dolğun məlumatlandırılmasına yönəlmiş tədbirlərin təşkilində iştirak, məktəb-universitet əlaqələrinin intensivləşdirilməsidir.

İctimaiyyətlə Əlaqələr Departamentinin yeni strukturu və ştat vahidləri ADU-nun 13 sentyabr 2018-ci il tarixli 81 nömrəli əmri ilə təsdiq edilib.

İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri

Ağayev Araz Tofiq oğlu

Tel: (+99412) 441 22 72

E-mail:  [email protected]

Azərbaycan Dillər Universitetinin Sayt şöbəsinin əsas vəzifələri universitetin elmi və pedoqoji həyatında baş verən hadisələri ali təhsil ocağının rəsmi saytında işıqlandırmaq, yaradıcı tələbələri əməkdaşlığa cəlb etmək, universitetin məzunları, müəllim və müvafiq struktur rəhbərləri ilə müsahibə-reportajlar təşkil etməkdir.

Eyni zamanda tələbələrin yaradıcı potensialını işıqlandırmaq da Sayt şöbəsinin əsas vəzifələrindən biridir.

Şöbə İctimaiyyətlə Əlaqələr Departamentinin daxilində fəaliyyət göstərir.

 

 

Sayt şöbəsinin müdiri:

Zeynallı Cavid Aşur oğlu

Tel: (+99412) 441 22 78 (219)

E-mail: [email protected]

 

ADU-nun İctimaiyyətlə əlaqə və Mətbuat xidməti şöbəsinin yaradılması haqqında qərar 2009-cu ilin fevral ayının 4-də verilib.

ADU-nun Mətbuat xidməti şöbəsi isə universitetin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın 13.09.2018-ci iltarixli 81 nömrəli əmrinə əsasən yaradılan İctimaiyyətlə əlaqələr Departamentinin nəzdində fəaliyyət göstərir.

KİV-lə əlaqə, press-relizlərin hazırlanması, ictimaiyyətin universitetin fəaliyyəti haqqında məlumatlandırılması, universitetin nüfuzunun daha da yüksəlməsi və müsbət rəy formalaşdırmaq üçün universitetin təbliği şöbənin üzərinə düşən əsas vəzifələrdir.

Universitetdə keçirilən müxtəlif beynəlxalq, respublika və universitet səviyyəli elmi və ya pedaqoji konfranslardan tutmuş müxtəlif ölkələrin Azərbaycandakı səfirləri və ya beynəlxalq təşkilatların Bakıdakı ofislərinin rəhbərlərinin universitetə səfərləri ilə bağlı xəbərlərin, eləcə də bir sıra tədbirlərlə bağlı materialların KİV-də operativ və ətraflı şəkildə işıqlandırması, media orqanları ilə səmərəli əməkdaşlıq Mətbuat xidməti şöbəsinin əsas fəaliyyət istiqamətlərindəndir. Eyni zamandaMətbuat xidməti şöbəsi universitet haqqında müxtəlif məlumatların, tədbirlər və xəbərlərin sosial şəbəkələrdə işiqlandırılması, ictimaiyyətə çatdırılmasını təmin edir.

Şöbə ADU-nun “Azərbaycan Dillər Universiteti-Rəsmi səhifə” adlı rəsmi Feysbuk səhifəsini idarə edir və universitetin fəaliyyəti barədə KİV-də yayımlanan xəbərləri, videosüjetləri və fotoşəkilləri səhifəyə yerləşdirir. Eyni zamanda Təhsil Nazirliyinin Feysbuk səhifəsi olan “Ali təhsil müəssisələri”ndə də universitet haqqında məlumat və fotoşəkillər, o cümlədən ADU-nun TV studiyasının hazırladığı xəbərlər (açıq dərslər, görüşlər və s.) yerləşdirilir.

 

Mətbuat xidməti şöbəsinin müdiri

Cəfərov Ağa İsa oğlu

Tel: (+99412) 440 29 31

E-mail: [email protected]