ELM

 

internetdə

saytda

 


 

..: ANA SƏHİFƏ :..  
   

Əziz tələbələr! 

Azərbaycan Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə Universitetdir. ADU inkişaf etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları üzrə fəaliyyət göstərir. Universitet müxtəlif ixtisaslar təklif edir və elmi prinsiplərə əsaslanan çoxsaylı müstəqil fakültələri özündə cəm edir. ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Universitetin bir çox professor və müəllimləri elmi sahələrdə tanınır və müxtəlif milli və beynəlxalq mükafat və təqaüdlərə layiq görülmüşlər. Bu gün Universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür.

 

ƏTRAFLI

 

 

 

                                                                                                                                                  

 

 

                                                                                                                       

     Təhsil naziri, professor Misir Mərdanovun  ADU-ya ünvanlanmış 19.04.2011-ci il tarixli 46-11-3185/17 saylı məktubu və ADU Elmi Şurasının 26.04.2011-ci il tarixli iclasının qərarına əsasən ADU-nun rektoru, professor Səməd Seyidov 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat ali təhsil pilləsinin məzunlarının yekun Buraxılış Dövlət Attestasiyasının Yeni Müvəqqəti Qaydalarının təsdiq edilməsi haqqında 26.04.2011-ci il tarixli 36 saylı əmr imzalamışdır. Əmrə əsasən, ADU-da  IV kurslarda  eksperiment şəklində yeni formada Yekun Dövlət Attestasiyası keçiriləcəkdir. Dövlət imtahanları və buraxılış işlərinin əvəzinə tələbələr hesabat hazırlayacaqlar. Hesabatda tələbələrin təhsil fəaliyyətində iştirakı, elmi-tədqiqat fəaliyyəti, universitetdə tədrisin keyfiyyətində özünü qiymətləndirməsi və bir neçə parametrlər öz əksini tapacaq.  Hesabatlar ixtisaslar üzrə müvafiq Yekun Buraxılış Dövlət Attestasiya Komissiyalarına təqdim edilməlidir.

Tələbələr BAKALAVRİAT təhsil pilləsini bitirmək haqqında hesabat formasını qarşıdakı linkdən yükləyə bilərlər.  AZ I RU

Əmrlə Yekun Buraxılış Dövlət Attestasiyasının Yeni Müvəqqəti Qaydaları ilə  tanış olmaq üçün bu linki yükləyin.

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _

ERASMUS MUNDUS MÜBADILƏ PROQRAMLARINA ƏRIZƏ QƏBULU ÜÇÜN ÇAĞIRIŞ

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Erasmus Mundus 2 Hərəkatı çərçivəsində maliyyələşdirilən ALRAKİS layihəsi üçün çağırış artıq açıq élan edilib. Layihə Cənubi Qafqaz ölkələri tələbələrinin və akademik işçiləri ilə Avropa ölkələrinin universitetləri arasında mübadiləni nəzərdə tutur.

  _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _                                          ƏTRAFLI_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

ELAN EDİR

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129№-li  01.07.2011-ci il tarixli qərarına uyğun olaraq Azərbaycan Dillər Universiteti fəlsəfə və elmlər doktoru proqramları üzrə qəbul elan edir.                

                         ƏTRAFLI

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Əlavə ali (orta) ixtisas almaq haqqında” Əsasnaməsinə uyğun olaraq əvvəl pedaqoji ali təhsil almış mütəxəssislər üçün “Xarici dil müəllimliyi” (ingilis, alman, fransız dilləri) ixtisası üzrə qısaldılmış təhsil proqramı əsasında (Azərbaycan və rus bölmələri) Bakalavr pilləsinə

 TƏLƏBƏ QƏBULU ELAN EDİR

ƏTRAFLI

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Əlavə təhsil fakültəsi” 2011/2012-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma şöbəsinə dinləyici qəbulu

ELAN EDİR

ƏTRAFLI

 

 

             

   
   
..: SON XƏBƏRLƏR :..  
   
   

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-da mühazirə oxudu
22.02.2012

 

Fevralın 22-də Azərbaycan Dillər Universitetində  ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşdü. Görüşdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov iştirak edirdi. Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi ilə əlaqədar keçdiyi yol haqqında  mühazirə ilə çıxış etdi. Öncə ATƏT-in fəaliyyəti haqqında qısaca danışan Koray Tarqay  qurumun  57 üzvünün olduğunu bildirdi. O, hazırda ATƏT-in Bakı ofisində 50-ə yaxın əməkdaşın çalışdığını iştirakçıların nəzərinə çatdırdı.

 

ətraflı

   

Qarabağ probleminin xarici ölkələrdə təbliği
18.02.2012

 

Fevralın 18-də Azərbaycan Dillər Universitetində İngilis dilinin üslubiyyatı və nitq mədəniyyəti kafedrasının müdiri professor Mehparə Qaibovanın təşəbbüsü və həmin kafedranın müəllimi İradə Səmədovanın təşkilatçılığı ilə Azərbaycan Dillər Universiteti ilə Böyük Britaniyanın Essex universiteti arasında əməkdaşlıq çərçivəsində təhsil alan 1-ci və 2-ci kurs tələbələri ilə görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının Qarabağ icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev və Azərbaycan Pedoqoji Universitetin prorektoru və adı çəkilən icmanın üzvü Mehdi Abdullayev iştirak edirdi.

 

ətraflı

   

Səməd Seyidov: “Xocalı faciəsinin günahkarları layiqli cəzalarını alacaqlar”
18.02.2012

 

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Xocalı faciəsi ilə bağlı tədbir keçirdi

Azərbaycan Dillər Universitetində (ADU) YAP Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi. ADU-nun Azərbaycan tarixi kafedrasının laborantı, əslən Xocalıdan olan Ramil Quliyev Xocalı haqqında ümumi məlumat verərək 1992-ci il fevralın 26-da yaşanan faciələrdən danışdı. Yaşadığı ərazinin düşmən tərəfindən zəbt olunmasının, yaxınlarını faciəli şəkildə itirməyin ağır olduğunu deyən R. Quliyev  erməni azğınlarının törətdikləri cinayətlərin cəzasız qalmayacağına əminliyini ifadə etdi.

 

ətraflı

   

Yeni dərs vəsaiti
16.02.2012

 
           2011-ci ilin sonlarında “Təhsil” nəşriyyatında İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi Səadət Nuriyevanın “CERUND” adlı dərs vəsaiti çapdan çıxmışdır. Dərs vəsaiti Azərbaycan Dillər Universitetinin və ingilis dili tədris olunan digər universitetlərin ixtisas fakültələrinin tələbələri üçün yazılmışdır. Kitabdan həmin, eləcə də ingilis dili tədris olunan digər universitetlərin qeyri-ixtisas fakültələrinin tələbələri, magistrlar, özəl ali məktəb tələbələri, habelə ingilis dilini sərbəst şəkildə öyrənən hər bir kəs istifadə edə bilər.  

ətraflı

   

ADU-nun professoru diplom və medalla təltif olundu
15.02.2012

 

Nigar Vəliyeva “Ən yaxşı tədqiqatçı alim oldu

Fevralın 15-də Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin qrammatikası kafedrasının professoru Nigar Vəliyevaya “Avropa Nəşr Mətbuat Evi” tərəfindən diplom və medalın təqdim edilmə mərasimi keçirildi.  Mərasimdə “Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli, jurnalist Sahilə Mirzəqızı, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, ADU-nun Müəllim Azad Həmkarlar təşkilatının sədri Misgər Məmmədov, İngilis dilinin qrammatikası kafedrasının müdiri, dosent Leyla Cəfərova və həmin kafedranın professor-müəllim heyəti iştirak edirdi.

 

ətraflı

   
Bookmark and Share

Top