Kadrlar şöbəsi

Azərbaycan Dillər Universitetinin Kadrlar şöbəsi müstəqil struktur bölmədir. Kadrlar şöbəsinin fəaliyyətinin əsas məqsədi universitetdə kadrlarla əlaqədar təşkilati işlərin aparılmasıdır. Şöbə bilavasitə universitetin rektoruna tabedir.

Kadrlar şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək Məcəlləsini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və normativ aktlarını, “Təhsil” haqqında Qanunu, Universitetin  nizamnaməsini və şöbənin əsasnaməsini rəhbər tutur.

Şöbə,professor-müəllim və inzibati idarəetmə-xidmətedici heyət üzrə əmrlərin hazırlanması  (işə qəbul, işdən azadetmə, soyadın dəyişdirilməsi,  əmək haqqına dəyişiklik,  məzuniyyət, ezamiyyət, təşəkkür, töhmət, yeni müddətə seçilmə və müqavilələrin uzadılması və s.), müəllimlərin təqaüdü üzrə sənədləşmə, əmək kitabçalarının saxlanılması, xəstəlik vərəqələrinin, arayışların və vəsiqələrin qeydiyyatı, pedaqoji stajın hesablanması, əmək müqavilələrinin bağlanması və onlara dəyişikliklər edilməsi, sənədlərin hazırlanıb arxivə verilməsi, əmək intizamı və onun möhkəmlənməsi üçün işin təşkili, işçilərin davamiyyət tabellərinə nəzarət və s. funksiyaları yerinə yetirir.

Struktur bölmə rəhbərləri ilə birlikdə kadrların komplektləşdırılməsı işinin  təşkili, daxili idarəetmənin təkmilləşdirilməsi və universitetin  inkişaf perspektivləri ilə bağlı vaxtaşırı yeni təkliflərin hazırlanması və struktur bölmələrin kadrlarla komplektləşdirilməsidir;

Kadrların vəzifələrə təyin edilməsi, ehtiyat kadrların hazırlanması məqsədi ilə işçilərin ixtisas səviyyəsinin, iş, eləcə də əxlaqi keyfiyyətlərinin, fərdi və digər xüsusiyyətlərinin  öyrənilməsi;

Kadr dəyişiklikləri ilə bağlı məsələlərin öyrənilməsi, onların bölmələrə  təhkim edilməsinə  dair müddəaların işlənilib hazırlanması;

Müəllim heyətinin  müsabiqə yolu ilə seçilməsi işində iştirak etmək;

Universitetin işçilərinin attestasiyasında iştirak etmək. Növbəti və ya təkrar attestasiyadan keçməli olan mütəxəssislərin siyahısının və attestasiya sənədlərinin hazırlanması. Attestasiya komissiyaları tərəfindən verilən təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının işlənib hazırlanması;

Universitetin struktur bölmələri ilə birlikdə proqnozların  (kadrların hazırlanması,   təkmilləşdirilməsi, təhlili, ixtisas səviyyələrinin  artırılması, təcrübə keçmə) işlənib hazırlanmasında iştirak etmək;

Struktur bölmə rəhbərləri və həmkarlar komitəsi ilə birgə əməkdaşların iş rejiminə riayət etmələrinə nəzarətin təşkili;

Əməkdaşların iş vaxtına nəzarət məqsədi ilə tabel-uçot işini təşkil etmək;

Kadr məsələləri ilə bağlı əmr, eləcə də digər məlumatlar üzrə layihələrin hazırlanması, razılaşdırılması, rektora təqdim olunması və əmrlərin icrasına nəzarət;

Əmək intizamına dair məsələlərin təhlili və daha da yaxşılaşdırılması üçün təkliflərin verilməsi;

İşçilər  tərəfindən əmək qanunvericiliyinə, həmçinin əmr və  sərəncamlara, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarətin təşkili;

Müəyyən edilmiş müddətlərdə hesabatların və digər informasiya xarakterli məlumatların hazırlanması və vaxtında təqdim edilməsi;

Kadr məsələlərinin həllində universitetin bölmələri və istisna hallarda  kənar təşkilatlarla sıx əlaqə yaratmaq;

Elektron müqavilələrin işlənməsi.

Kadrlar şöbəsinin səlahiyyətinə daxil olan işin həyata keçirilməsi üçün vacib olan materialları universitetin  müvafiq bölmələrindən tələb etmək;

Rektorun göstərişi ilə universitetin kadr məsələləri ilə bağlı maraqlarını müvafiq təşkilatlarda təmsil etmək;

Kadrlarla iş məsələlərinə dair göstərişlər vermək və yerinə yetirilməsini tələb etmək;

Bölmə rəhbərlərindən məlumatlar almaq;

Qanunvericiliyə uyğun olaraq, işə qəbul, başqa işə keçirilmə,  işdən  azad olunma, mükafatlandırılma, intizam məsuliyyəti, kadr və digər məsələlərə dair əmr layihələrinin hazırlanması, həmçinin müvafiq təlimat və metodiki məsləhətlərin verilməsi ilə bağlı təklifləri rektorun nəzərinə çatdırmaq.

 

Kadrlar şöbəsinin müdiri

Hacıyeva Kifayət Balay qızı

Tel: (+99412) 440 15 22

E-mail: [email protected]